“Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır? Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”.. Beyləqanın icra başçısı meydan sulayır... - Qarşısına çıxanı əzir... dağıdır... Xocavənddə Məmmədovların “musiqi bazarı“
 

Naxçıvanda yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib

Tarix 16.05.18, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub


“Report” xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlət başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var. Hərbi sahəyə dövlətin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.

Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayan ordumuzda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Yüksək döyüş, mənəvi-psixoloji hazırlığı ilə seçilən Azərbaycan Ordusu bu gün həm də ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunur. Silahlı Qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Ən əsası isə odur ki, ordumuz bu cür müasir silah-sursatın, hərbi texnikanın vasitəsilə Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vura və tarixi torpaqlarımızı işğaldan azad edə bilər. Azərbaycan əsgəri bunu düşmənə dəfələrlə sübut edib. Bu gün Azərbaycan Ordusunun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Mühüm məqam ondan ibarətdir ki, son illərdə dövlət başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın, silah-sursatın istehsalına imkan verir. Təsadüfi deyil ki, indi ordumuzun silah-sursatı bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır, hərbçilərimizin peşəkarlıq səviyyəsi getdikcə daha da artır, nəticə etibarilə Azərbaycanın ordu və müdafiə potensialı güclənir.



Xəbərin oxunma sayı : 187

loading...

Ölkə

Önəmli

Son xəbərlər

20 MAY 2018

20:08 Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

20:00 Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir

19:35 Türkiyədə iki terrorçu məhv edildi

19:10 Misirdə avtobus qəzası: Ölənlər var

18:50 Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

18:17 Həyat yoldaşına 300 minlik avtomobil aldı

17:42 “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

17:15 Qazaxıstanda neft yatağında yanğın baş verib

17:01 “Bild”: Putin Merkeli təhqir etdi

16:40 Roman Abramoviçi Britaniyadan qovurlar

16:21 Azərbaycan hərbçisi şəhid oldu

15:33 Ermənistanda yeni etiraz aksiyaları başlaya bilər

14:20 Sabiq nazir əfv üçün müraciət edib - MTN rəhbəri bağışlanmasını istəyir

12:35 “Rəsulzadənin, Elçibəyin, Heydər Əliyevin adlarına universitetlər açaq”

11:30 Bakının mərkəzində əməliyyat: bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanılıb

10:20 Bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

19 MAY 2018

21:30 Putin: Yeni nüvə silahları növbəti illərdə istifadəyə veriləcək

20:40 Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib

19:40 Britaniya şahzadəsi evləndi - baş nazir toya dəvət edilməyib

18:10 Ermənistanın yeni xarici işlər naziri Qarabağa gəldi

16:20 Prezident İlham Əliyev Kamerun prezidentini təbrik edib

16:00 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə təyinatlar olub – Siyahı

15:47 Əkin yerlərinin yandırılması ilə bağlı daha bir qadağa

15:30 Kadırovun sabiq köməkçi Azərbaycan biznesmeninin qətlində ittiham edilir

15:14 İraqda parlament seçkilərində iranyönlülər qalib gəlib

14:57 Narkotik və güclü psixotrop tərkibli həblər satan şəxslər saxlanıldı

14:41 ABŞ maliyyə nazirliyi Venesuela prezidentini narkotacir adlandırdı

14:27 Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

14:12 Sabaha olan hava proqnozu

13:40 BMT qərarına İsrailin cavabı: Riyakar qurum

13:27 Həbxsanadakı ərinə narkotik gətirərkən yaxalandı - Şəkidə

13:15 Moskva-Həştərxan təyyarəsi geri qayıtdı - Mühərrik sıradan çıxıb

12:53 İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi

12:40 Bu ilin ümumdaxili məhsulunun həcmi açıqlandı

12:26 Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? - Rəsmi cavab

12:11 “2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək” – Ülvi Mehdiyev

11:56 Hindistanda ağır yol qəzası baş verib, 19 ölü, 7 yaralı

11:40 Bakının 2 yerində hərəkət qismən məhdudlaşdırılır

11:29 İki rayona yeni polis rəisi təyin edilib

11:13 Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir

10:50 Məmmədyarov Qəzza hadisələrinə dair mövqeyini açıqlayıb

10:37 75 yaşlı kişi özünü asıb

10:19 Cəbhədə vəziyyət gərginləşib

10:00 Neftin qiyməti 81 dolları keçdi

18 MAY 2018

23:28 Prezident İlham Əliyev bu şəxslərlə bağlı sərəncam verdi

22:33 Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır

21:40 “Burada qəbahət olan nədir?”

20:12 Mehriban Əliyeva Koişiro Matsuuranın 80 illiyi münasibətilə keçirilən konfransda iştirak edib

19:20 Qaradağ İcra Hakimiyyəti jurnalistləri mükafatlandırıb

18:33 Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması kampaniyaya başladı

18:00 Bakıda yol niyə çökdü? - Səbəb +Fotolar

17:53 Təhsil naziri rektorlara tapşırıq verdi

17:47 Britaniyada zəhərlənən Sergey Skripal xəstəxanadan buraxılıb

17:41 Ötən il dövlət qurumları 42 mln. manat vəsaitin təyinatını dəyişdirib

17:35 İsrail aeroportunda reyslər gecikir - Yanğın olub

17:29 BMT-dən Qəzza açıqlaması : “İsrailin etdikləri müharibə cinayətidir”

17:23 Şamaxı sakini Rusiyadan evinə qayıdaraq özünü asıb

17:17 Leps yıxıldı, qabırğaları sındırdı - Xəstəxanaya yerləşdirilib

17:10 Azərbaycanda 26 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir

17:03 “Röyanın konsertində dicey olublar” - Roza əkizlərdən danışdı

16:57 İran prezidenti İstanbula getdi

16:50 Bakının Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır

16:48 Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində - Foto

16:46 “Hüseyn Abdullayev ölər, ancaq yalvarmaz, sınmaz!” – “Quska”dan ilk açıqlama

16:44 “Qaçqınkom”un daha bir şöbə müdiri işdən çıxarılıb

16:38 Qafqaz müsəlmanları İdarəsi bəyanat yaydı

16:33 Mərhum nazirin villası sökülür - Fotolar

16:30 Şirvanda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı

16:22 İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı

16:15 “Bank Respublika”nın əməkdaşları haqqında cinayət işi başlanıb

16:07 Putin Rusiya hökümətinin yeni tərkibini təstiqləyib

15:59 Hesablama Palatasının səlahiyyətləri artırıldı

15:54 Amerikalılar Sarkisyanlar ailəsinin hesablarını dondurdu

15:52 İşdən çıxarılacaq digər icra başçıları – Adlar

15:50 Mikayıl İsmayılovun fermasında SOCAR-ın qul kimi işləyən əməkdaşları

15:48 “Niyə beynəlxalq aləmdə irad almalıyıq?!” - Zahid Oruc

15:42 Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

15:35 “Etirazımız Rusiya Xarici İşlər Nazirliyinə çatdırılacaq” - Hikmət Hacıyev

13:57 4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi

13:51 Səməd Seyidov: “Sanksiyaya məruz qalmağımdan şərəf duyuram”

13:45 Rusiya aviadaşıyansız qaldı - “Kuznetsov” tərsanəyə göndərilib

13:39 “Səməd Seyidov niyə hədəf seçildi?” - Deputatlar dəstək oldu

13:33 Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

13:27 Arvadını benzinlə yandıran şəxsə ağır cəza verildi

13:21 Bu il 193 nəfər İİV-ə yoluxub - 16 nəfər ölüb

13:15 Türkiyə parlamentində erməni deputatın toxunulmazlığı ləğv oluna bilər

13:10 Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı

13:04 Azərbaycanda BU SƏNƏDLƏR üçün yeni rüsumlar tətbiq edilə bilər

12:59 DİM-dən rus bölməsinin abituriyentlərinə MÜRACİƏT

12:53 “Mən də xanımam, ürəyim var” - Sevda

12:47 Netanyahudan “toyuq rəqsi” - Video

12:41 Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr

12:35 Avstriya Türkiyə vətəndaşlarını deportasiya edir

12:29 Bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılır

12:23 DYP xəbərdarlıq etdi - 200 manat cərimə və ya 1 ay həbs

12:17 Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

12:11 Yerevan yenə qarışdı - Bu dəfə baş prokurorun istefası tələb olunur

12:06 Sabah voleybol millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq

12:00 Serbiya prezidenti Azərbaycana səfərə gələcək

11:55 Araz Abdullayev Kipr klubundan rəsmən ayrıldı

11:50 Meksikadan miqrantlara “heyvan” deyən Trampa sərt reaksiya

11:46 Həbs olunan yazıçıya şər atıblar – Yeni İddia

11:41 Tovuzda 41 yaşlı qadın faciəvi şəkildə öldü

11:37 Nəsimi Paşayev istefa verdi

11:32 Bakının mərkəzində balkon aşdı

11:28 Tramp NATO ölkələri üçün kvota təyin edir: “ÜDM-nin 4 faizi...”

11:23 Özbəkistanda güclü daşqınlar nəticəsində azı 5 nəfər həyatını itirib

11:19 Buffon PSJ-yə keçə bilər

11:14 “Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı fəallaşdırılmalıdır”

11:10 ABŞ MKİ direktoru qadın oldu

11:06 Cəbhədə gərginlik: kəndlərimiz atəşə tutuldu

11:03 “Kölgə iqtisadiyyatına” qarşı birgə əməliyyatın pərdəaxrası...

11:01 Pxenyan Seulu həyasızlıqda ittiham edib

10:57 Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişdi

10:52 “Məşhur olmaq istəyirsənsə, soyun, ya da...” - Sevinc

10:48 Lerik meşələrini qıranlarla bağlı rəsmi məlumat

10:43 “Səylərimi artıracam” – Anjey Kaspşik

10:39 Trampdan Kim Çenə inanılmaz hədə: Qəzzafi kimi...

10:35 Laçının işğalından 26 il ötür

10:31 500 məhbus əfv ediləcək - Onların arasında “ömürlüklər” də var



loading...
Azərbaycanlı jurnalistlə erməni lideri bir-birinə bağlayan nədir?

“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…”
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016