İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO) “Veteks-2017“ MMC-nin Beyləqanda gördüyü işlər niyə araşdırılmır? “AtaBank”da qalmaqal davam edir: Etibar Babaşlı təftiş edilir? İcra başçısının “Veteks -2017” əməliyyatı: Beyləqanda büdcə vəsaitlərinin talan mexanizmi
 

Növbədənkənar prezident seçkiləri rusiyalı ekspertin gözündə

Tarix 09.02.18, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


"İlahm Əliyevi tələsdirən nə olub?" - Təhlil


İrina Corbenadze

rosbalt.ru, 08.02.2018

 

Əliyevin Azərbaycan rəhbərinin erkən seçilməsi haqda qərarı olduqca gözlənilməz oldu. Müxalifət artıq boykot barədə bildirib – hər necə olsa, onun qələbə şansı yoxdur. Bəziləri düşünürdülər ki, namizəd olaraq, Mehriban Əliyeva irəli sürüləcək, amma o, I vitse-prezident kimi qalmalı olacaq.

Azərbaycan prezidenti İlham Əliyev silahdaşlarını da, düşmənlərini də heyrətləndirib – üzdə olmayan heç bir səbəbsiz ölkədə dövlət başçısının, yəni, “özü özünün” erkən seçkisini elan edib. Çünki indiki anda bu posta gerçək alternativ yoxdur. Bu isə, əgər meydana çıxsa, tezliklə olmayacaq və yol açıb Azərbaycan siyasi olimpinə girmək onun üçün, demək olar, mümkünsüz olacaq – əlbəttə, söhbət fəaliyyətdəki prezidentin ailə üzvlərindən birindən getmirsə.

Onun özü aprelin 11-ə təyin etdiyi ilk baxışdan “məntiqsiz səsvermə”nin səbəbini səsləndirməyib – axı növbəti seçkilər bu ilin oktyabrına elan edilmişdi və hakim partiyadan irəli çəkilən məhz fəaliyyətdəki prezident idi. Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərə uyğun olaraq prezident səlahiyyətlərinin müddəti beş ildən yeddi ilə uzadılıb və artıq üç dəfə dövlət başçısı seçilmiş İlham Əliyev bu postda praktik olaraq ömürlük qala bilər. Çünki onu əvvəllər birinci vitse-prezident, yəni, dövlətin ikinci şəxsi təyin etdiyi xanımı əvəzləyə bilərdi. Bir çox müşahidəçilər hesab edirdilər ki, Əliyev ağıllı və gözəl Mehriban xanımı prezidentliyə hazırlayır və o, artıq oktyabrda namizədliyini irəli sürəcək – bu yöndə qəzəb ürəyin istəyən qədər idi. Lakin hər şey başqa cür dövr edir.

Bununla bağlı iki sual meydana çıxır.

Birincisi: seçkilər niyə vaxtından əvvələ təyin edildi və prezidentə payızada yenidən prezident olmağa nə mane ola bilərdi?

İkincisi xeyli sadədir: müxalifət niyə seçkiləri boykot etmək qərarına gəlib?

Əliyevin komandasındakı adamlara inansaq, erkən seçkilər keçirməyə səbəblər dedikcə – sadəlövhcəsinə sadədir. Xüsusən də prezidentin köməkçisi Əli Həsənov xatırladıb ki, Azərbaycanda cari ilin mayından Azərbayan Demokratik Respublikasının 100 illiyinin bayram edilməsi, Beynəlxalq Humanitar Forum və digər xeyli yerli və beynəlxalq miqyaslı mühüm tədbirlər nəzərdə tutulub. Bunların hamısı payızda keçirilsə, seçkiqabağı kampaniya və seçkilərlə üst-üstə düşür. Bundan başqa, Həsənov qeyd edib ki, prezidentin artıq 7 ilə seçilməsi prezident səlahiyyətlərinin maliyyə ilinin əvvəlıindən icrasını təmin edir ki, bu da sosial-iqtisadi sahədə vəzifələrin effektli icrası üçün son dərəcə önəmlidir.

“Новости-Армения” digərlərilə yanaşı, politoloq və qafqazşünas Sergey Markedonovun versiyasını təklif edir. “Qeyd edim ki, Azərbaycan prezidenti konstitusiyaya düzəlişlərin iki raundu sayəsində… bir dövlət başçısı üçün legislatura sayının (legislatura – hakimiyyət qurumunun fəaliyyət dövrü-tərc.) məhdudiyyətini götürüb, habelə səlahiyyət dövrünü beş ildən yeddi ilədək uzadıb. Həm də, yəqin ki,  “sürətləndirilmiş” seçkilər, bu hakim modeli “sementləyəcək”, – ekspert güman edir. – Diskussiyalara az vaxt gedəcək, sürprizlər, şayiələr və insinuasiyalar (böhtan düşüncələr-tərc.) azalacaq”.

Bu, müəyyən mənada düzdür, amma yenə də erkən seçkilər üçün aşkar səbəblər görünmür. Deyirlər ki, Əliyevi Azərbaycanın sosial və siyasi çıxışlar törədə biləcək ağır sosial-iqtisadi durumu təhrik edib və indi “öz hakimiyyətini möhkəmləndirməyə” çalışır. Lakin buna qarşı etiraz etmək olar: neft qiymətlərinin düşdüyünə, iqtisadi və bank böhranına  baxmayaraq, Azərbaycan yenə də kasıb deyil və elə, ya belə, bir çox başqalarındansa çətin durumdan çıxmağa nail olur. Ancaq buna “kənardan” mane ola bilərlər, buna görə də, ola bilsin, Əliyev daxili və xarici opponentlərə respublikada durumu silkələmək üçün qüvvələri və pulları səfərbərlik etməyə vaxt verməməkdən yana seçkiqabağı dövrü azaldıb. Bu cür variantda yarım il udmaq da faydalıdır.

Buna Qarabağ problemi və Ermənistanın martda idarəçiliyin parlament modelinə keçidi və öz prezidentini seçəcəyi durum da əlavə olunsa, ehtimal etmək olar ki, Əliyev bütün bunları münaqişənin tənzimlənməsi üçün uzun fasilədən yayınmaq niyyətilə edir.

Ermənistanda seçkilərin yaz, Azərbaycanda payız dövrü nəzərə alınsa, bu, hətta bir il də çəkə bilərdi, halbuki Qarabağ problemini axıra kimi bu qədər uzaq perspektivə “sıxmamaq” üçün müəyyən zəmin var.

Ciddi danışsaq, həm Ermənistanda, həm də Azərbaycanda seçkilərin keçirilmə tarixi bölgəsəl güvənliyə təsir edir, ona görə də bunları sinxronlaşdırmaq məqsədəuyğundur. Əlbəttə, Bakı savaşa deyil, barışığa yönəlibsə. Lakin, yəqin ki, Əliyev hərbi avantüralara getməyəcək – danışıqlar fəallaşıb, Bakı ATƏT sədri şəxsi təmsilçisinin ofis ştatının xeyli genişləndirilməsinə razılaşıb və ilkin mərhələdə Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan çıxarılması və Azərbaycanın nəzarətinə verilməsini nəzərdə tutan “Madrid prinsipləri”nin gerçəkləşdirilməsini sürtələndirir. Düzdür, ermənilərin tənzimlənməyə bir qədər özgə cür yanaşması var, amma sanki konsensus “baş tutur”.

Lakin İrəvanda əksər müşahidəçilərin hesab etdikləri kimi, Əliyev müharibəyə və yaxud qoşunların təmas xəttində, ən azı, irimiqyaslı yaz hərbi gərginliyinin yayılmasına hazırlaşırsa, yuxarıda sözügedən bütün məntiq bərbad olur. Bu versiya həqiqətə yaxındırsa, Əliyevin yaza qədər seçki keçirməyə niyə tələsdiyi də izah olunandır. Əslində, savaş və ya barışığa tərəfdarlıq tezliklə aydınlaşacaq – tərəflərin danışıqlar prosesində diplomatik aktivliyi “lakmus kağızı” olacaq. Bu dövrə doğru Rusiyada da prezident seçkiləri başa çatacaq, rəhbərliyi daxili-siyasi probelmlərdən qurtulacaq. Məlum olduğu kimi, o isə Qarabağ tənzimlənməsi prosesinə çox fəal şəkildə qoşulub.

Azərbaycan müxalifəti seçkiləri boykot edib. Bu da anlaşılandır – o, seçkiləri hökmən uduzacaq. Təkcə ona görə yox ki, Azərbaycanda hakim ailənin maraqlarına qarşı ictimai-siyasi fəaliyyət, sadəcə, yasaqdır və müxaliflərin çoxu xaricdə əyləşməyi faydalı sayır. Azərbaycanda İlham Əliyevi populyarlıq və nüfuz sarıdan gerçəkdən “ötməyə” qabil heç bir partiya və ya lider yoxdur. Əlbəttə, ondan çoxları narazıdır və çoxları mırtıldanır, lakin çox vaxt yetərincə əsaslı şəkildə dəyişikliklərdən qorxurlar. Azərbaycan Əliyevlərin – ata və oğulun – dönəmində müstəqil dövlət olub və neft qiymətləri düşməsəydi, ölkədə həyat səviyyəsi xeyli yüksək olardı və orada insan haqlarının pozulmasından daha az danışardılar. Amma təkrar edirik, Əliyev elə, ya belə, çətin durumdan yaxa qurtarır və bundan savayı, öz ölkəsinin gerçək suverenliyini saxlamağı bacarır.

Azərbaycan “demokratik qüvvələri”nə gəlincə, – həm ölkənin özündə, həm də xaricdə, – onlar israr edirlər ki, seçkilərin keçirilməsilə bağlı tələsiklik müxalifətin buna hazırlaşmasının qarşısını almaqla şərtlənib. Həqiqətən də, bu qədər gözlənilməzcəsinə təyin edilən növbədənkənar seçkilər həmişə hakimiyyətin maraqlarına işləyib. Amma həm də razılaşmaq lazım gəlir ki, Əliyev – istər yazda, istərsə də payızda – öz postunu saxlayacaq. Hətta deyildiyi kimi, Azərbaycanda gur şəkildə çiçəklənməyə başlayan “hakimiyyətdaxili ziddiyyətlər”lə də. Deməli, heç olmasa, ikinci tura keçməyə heç bir şans yoxdursa, seçkilərə qatılmağına dəyərmi?

Bir sözlə, indiki mərhələdə inamla iddia etmək olar ki, Azərbaycan istənilən halda İlham Heydəroğluna səs verəcək və bu zaman seçkilərin saxtalaşdırılması haqda söz-söhbət çox olacaq. Lakin Azərbaycan prezidentini nəyin tələsdirdiyi sualının cavabını ancaq Əliyevin özü  bilər. (strateq.az)



Xəbərin oxunma sayı : 1858

loading...

Analiz

Önəmli

Son xəbərlər

24 FEVRAL 2018

19:50 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

19:36 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

19:12 “Vəziyyət elə gərgindir ki, birdən hansısa artilleriya yaylım atəşi açılsa...”

19:04 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

18:55 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

18:33 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

18:11 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

17:51 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

17:30 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

17:15 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:57 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:34 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:30 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:11 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

16:00 Azərbaycan nefti bahalaşdı

15:44 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

15:23 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

15:08 Bakıda gənc oğlan bıçaqlanıb

15:00 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

14:46 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

14:21 Neft bahalaşıb

14:04 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:49 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

13:31 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

13:07 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:55 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

12:45 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:16 Tovuzda yanğın: 2 ölü

12:10 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini niyə döydü? - İcra başçısı o günləri niyə xatırlamaq istəmir?

11:53 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:29 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

11:08 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:46 Somalidə partlayış: azı 20 ölü

10:21 Atəşkəs 120 dəfə pozulub

10:08 Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

23 FEVRAL 2018

17:55 Moldova prezidenti Azərbaycana səfər edəcək

17:47 Buzovnada qeyri-qanuni ibadət yeri aşkarlanıb

17:42 Rusiya yeni “varis planı“na əl atacaq, yoxsa ömürlük prezidentə hazırlaşacaq? - Təhlil

17:37 Axtarışda olan biznesmen məhkəmə zalında qandallandı –Qohumunun şikayəti əsasında

17:32 Fərdi və fəxri adlara görə Prezident təqaüdünün artırılmasına 1,8 mln. manata yaxın əlavə vəsait ayrılacaq

17:27 Türkiyəyə kriptovalyuta aparatı keçirmək istəyən azərbaycanlı saxlanıldı

17:22 Aşıq Ələsərlə bağlı qalmaqal bir az da böyüdü

17:17 “Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır” – Deputat

17:09 Nazir və generala ağır itki

17:05 Könül Kərimova komunal borcları ödəmir - 172 manat borcu var

16:55 Bakıda 16 avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

16:42 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

16:32 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:22 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:15 Azərbaycanın Milli Qəhrəmanları xalqa müraciət etdilər:“Hücum əmrinə hazırıq!“

16:05 Bakıda kişini öldürmək üçün havalandırma qurğusunun içərisinə atdılar

15:50 Türkmən qadınlara maşın sürmək qadağan olundu

15:44 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib

15:38 “Öz oyunu”nu oynayan Almaniya –Avropa niyə həmrəy ola bilmir?

15:33 Gerhard Şröder: “Rusiya və Türkiyəni Çinin qucağına buraxmaq olmaz”

14:35 “Əməkdaşlıq etdiyimiz bəzi qüvvələrin Afrinə getdiyini görürük”

14:18 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

14:13 Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb

14:05 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı“sından çıxarılıb

13:55 "Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir"

13:22 Mehriban Əliyeva İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

13:18 “Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi aktualdır”

13:13 Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir

13:09 “Bizim əsas məqsədimiz…” – Ərdoğan

13:05 Oqtay Əsədov: “Böyük əfv gözlənilir”

12:55 Yağmursuz hava davam edəcək

12:47 “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

12:42 “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

12:37 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan” –Əhmədinejad ev həbsinin bir addımlığında

12:31 Siyavuş Novruzov: "Azərbaycanda siyasi məhbus yoxdur"

12:26 Polis Eldar Mahmudovun pullarını offşorlara ötürən bank barədə təhqiqata başladı

12:22 "Fədayənin arxasına düşüb onu izləməyəcəkdim ki.."

12:13 Şəmkirdə gediş haqqına görə sürücü öldürüldü –Qətl

12:09 Azərbaycan və Türkiyə milli valyuta ilə ticarətə başlayır –Rəsmi açıqlama

12:05 Azərbaycanın 2017-ci il üçün cinayət statistikası

11:56 Ölümlə nətəcələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib

11:42 Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş etdirilib

11:32 Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub – Video

11:29 Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat başa çatır

11:24 Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək

11:17 YAP imzaları MSK-ya təqdim edib

11:13 Avroliqa oyunu öncəsi faciə - polis öldü

11:05 Arif Əsgərovun qohumuna hökm oxundu– 9 il

10:55 Dünyanın ilk rəssamları neandertal insanlar olub

10:46 Rəsulzadənin Stalinə məktubu: “Mənim xilas olmağım...“

10:42 "Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram" - Xoşqədəm

10:38 İnterpol qətl törədən şəxsi axtarışa verdi

10:32 Deputatlar bu gün toplaşır – 19 məsələ müzakirə ediləcək

10:27 Prezident İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

22 FEVRAL 2018

21:05 Sankt Peterburqda terror aktının qarşısı alındı

20:50 “Qarabağ” ilk “onluq”da

20:33 MTN GENERALLARINA AĞIR CƏZALAR İSTƏNİLDİ

20:15 Nəsimi və Yasamala içməli suyun verilməsində məhdudiyyət olacaq

19:35 Fəxri adlara görə aylıq təqaüd artırılıb

19:23 Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

19:11 Bakıda iki avtomobil toqquşub

18:49 İş adamı Anar Əliyev Moskvada güllələndi - Sifarişli qətl

18:30 Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

18:10 Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

17:55 DİN-in sabiq polkovniki məhkəmə zalından azadlığa buraxılıb

17:47 Bu gün “Fəlakət“in toyudur

17:42 İŞİD liderinin müavini öldürüldü –İraqda

17:38 Dolların rəsmi məzənəsi dəyişmədi –Mərkəzi Bank

17:27 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”

17:22 Sarkisyan Livan prezidentinə Qarabağdan danışdı

17:17 Prokuror MTN generallarının rütbələrinin alınmasını istəyib

17:13 Nəm salfet istifadə edənlərə həkim xəbərdarlığı: “Tərkibindəki maddə...”

17:09 “Ölkəyə ərzaq mallarının idxalı dəfələrlə artıb, ixrac isə azalıb”-Ekspertdən diqqətçəkən Şərh

17:05 “ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv olunmalıdır“

16:38 Qaxda “Hazıra-nazir” əməliyyatı– Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?

16:32 Dəməşq Suriya kürdlərini güdaza verir – Təhlil

16:27 Ədalət Şükürovun qızı butik açıb

16:26 İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO)

16:22 52 faiz Avropa İttifaqına, 43 faiz NATO-ya hə deyir

16:16 Prokuror Sübahir Qurbanova 16 il iş istəyib

16:05 Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayır

15:58 Düşmən Tərtər-Ağdərə istiqamətində yenə itki verdi

15:55 Bakı metrosunda maşinist kabinasında siqaret çəkmək qadağan edilib



loading...
Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq


30 ilə sığan dahi ömrü
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Azərbaycanda baş redaktor istefa verdi

Oxu.az saytının baş redaktoru Seymur Teymurov istefa verib.
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016