Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Murad Xatundan intiqamını aldı


Müğənni-bəstəkar Murad Arif ünvanına sərt sözlər deyən Xatun Əliyevaya cavab verib

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində həmkarından qisas alıb. O, “Hid parad” rubrikasından Xatunu uzaqlaşdırıb:

“Onun mahnısı hit, qlamur, zövqlü, maraqlı, stil deyil. Onda potensial görmürəm. Xatunun mahnısı buradan çıxmalıdır. Dediklərinə cavab istəyirlərsə, bu olsun".

Murad Xatunla aralarındakı küsülülüə səbəb olan hadisədən danışıb:

"Çıxardıb telefonunda şəkilləri göstərir. Mənim də gözüm yaxşı görmür, ərk edib telefonu aldım və yaxından baxdım. Mənə elə reaksiya göstərdi, şokda oldum. Ətrafdakıların diqqətini çəkmək istəyirdi. Ondan üzr istədim. İki ay sonra məclislərdən birində görüşdük. Amma indi gəlib nələr deyir. Bu da piarın bir formasıdır”.

Qeyd edək ki, Xatun Muradla bağlı "Onu müğənni kimi qəbul etmirəm. Bir dəfə telefonumda şəxsi şəkillərimə girib baxıb" sözlərini deyib.

MilliYol.Az
Etiket:

loading...