“Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır? Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”.. Beyləqanın icra başçısı meydan sulayır... - Qarşısına çıxanı əzir... dağıdır... Xocavənddə Məmmədovların “musiqi bazarı“
 

Milyonlar bankdan hansı yollarla çıxarılıb? - “Atrabank” sədrinin məhkəməsi

Tarix 16.05.18, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


“AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin məhkəməsi davam etdirilib


Musavat.com xəbər verir ki, E.Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin rəhbəri Asif Bədəlov ifadə verib.

O bildirib ki, 2015-ci ildə “AtraBank”dan adına 390 min dollardan çox kredit götürülüb.

"Tanışım Əkbər Məmmədovun bank rəhbərliyi ilə münasibətləri yaxşı idi. Onun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik"- deyən A.Bədəlov söyləyib ki, pulu bankın kassasından götürüb və Əkbər Məmmədova verib

Şahidin dediyinə görə, ödənişləri Əkbər Məmmmədov özü edirmiş: "Ödənişlərin tam olaraq ödənildiyi barədə dəqiq məlumatım yoxdur".

Daha sonra tikinti materiallarının alqı-satqısı firmasının sahibi Ağamirzə Arazov şahid qismində dindirilib.

A.Arazov deyib ki, 2016-cı ildə iş yoldaşı Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan adına 1 milyon dollar kredit götürüb: "Həmin pulu götürüb, elə kassaya da verdim. Yalnız sənədlərə qol çəkmişəm, 1 milyon dolları isə görməmişəm. Mən həmin zaman Elmixan müəllimlə müqavilə bağladım ki, ödəniş Rəşadın bankda adına olan depozit hesabından çıxılsın. Bildirildi ki, götürülmüş kredit də bankın kapital nizamnaməsinə sərf olunacaq".

Məhkəmədə şahid qismində İnşallah Camalov da ifadə verib.

O, təqsirləndirilən şəxsi tanımadığını deyib. İ.Camalov da digər şahidlərin adını çəkdiyi Əkbər Məmmədovun dostu olduğunu vurğulayıb: "2016-cı ildə iki dəfəyə adıma 600 min dollara yaxın kredit götürülüb. Pulu da Əkbər müəllimə verdim. Sonra maraqlandım. Dedi ki, hissə-hissə ödəyirəm".

İş adamı, "Polad" MTK-nın rəhbəri

Faiq Bədəlov isə şahid qismində dindirilən zaman bildirib ki, bankdan öz adına Əkbər Məmmədov üçün 255 min dollar kredit götürüb: "Şirkətin adına bankda 1 milyon dollarlıq xətt açılmışdı. Həmin xəttlə də bankdan 255 min dollar kredit verildi. Krediti də Əkbər müəllimin özü ödəyirdi".

Hakim isə xatırladıb ki, ötən məhkəmə iclasında Əkbər Məmmədov özü ifadə verib. O, dindirilən zaman hələ kreditlərlə bağlı ödəniş etmədiyini deyib.

Hakim ifadə verən şəxslərə xəbərdarlıq edib. Söyləyib ki, adlarına götürdükləri kreditləri özləri ödəməlidir, məhkəmə bununla bağlı qərar çıxaracaq.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

E.Nəbiyev özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadə verən zaman bildirib ki, “AtraBank” Açıq Səhmdar Cəmiyyəti 23 il fəaliyyət göstərib, heç bir qanun pozuntu etməyib: "Bank bağlanılandan sonra barəmdə ittiham irəli sürüldü ki, guya yeyinti etmişəm. Bankın 99.3 faiz səhimdarı mənəm. Mən burada necə pul mənimsəyə bilərəm axı? Guya mən 802 min manat pul mənimsəmişəm. Bu gün bankdan alacağım 92 milyondur, verəcəyim isə 16 milyondur. Bəs bu necə olur? Kimin pulunu yemişəmsə gəlsin desin. Bankda 23 il ərzində qazandıqlarımdan kasıba əl tutmuşam, heç mənim şəxsi maşınım belə yoxdur".

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İstintaq zamanı E. Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “Atrabank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin məlumatda qeyd edikir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “AtraBank” ASC ilə yanaşı “Bank Standard” QSC, “ZaminBank” ASC, “Bank of Azerbaijan” ASC, “GəncəBank” ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində, habelə qeyd edilən banklardan külli miqdarda kredit götürərək müxtəlif üsullarla, o cümlədən mənimsəmə və ya digər formada talamaqla həmin kreditləri ödəməyən fiziki və hüquqi şəxslər barəsində istintaqı aparılan cinayət işləri üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.



Xəbərin oxunma sayı : 268

loading...

Sosial

Önəmli

Son xəbərlər

20 MAY 2018

20:08 Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

20:00 Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir

19:35 Türkiyədə iki terrorçu məhv edildi

19:10 Misirdə avtobus qəzası: Ölənlər var

18:50 Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

18:17 Həyat yoldaşına 300 minlik avtomobil aldı

17:42 “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

17:15 Qazaxıstanda neft yatağında yanğın baş verib

17:01 “Bild”: Putin Merkeli təhqir etdi

16:40 Roman Abramoviçi Britaniyadan qovurlar

16:21 Azərbaycan hərbçisi şəhid oldu

15:33 Ermənistanda yeni etiraz aksiyaları başlaya bilər

14:20 Sabiq nazir əfv üçün müraciət edib - MTN rəhbəri bağışlanmasını istəyir

12:35 “Rəsulzadənin, Elçibəyin, Heydər Əliyevin adlarına universitetlər açaq”

11:30 Bakının mərkəzində əməliyyat: bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanılıb

10:20 Bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

19 MAY 2018

21:30 Putin: Yeni nüvə silahları növbəti illərdə istifadəyə veriləcək

20:40 Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib

19:40 Britaniya şahzadəsi evləndi - baş nazir toya dəvət edilməyib

18:10 Ermənistanın yeni xarici işlər naziri Qarabağa gəldi

16:20 Prezident İlham Əliyev Kamerun prezidentini təbrik edib

16:00 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə təyinatlar olub – Siyahı

15:47 Əkin yerlərinin yandırılması ilə bağlı daha bir qadağa

15:30 Kadırovun sabiq köməkçi Azərbaycan biznesmeninin qətlində ittiham edilir

15:14 İraqda parlament seçkilərində iranyönlülər qalib gəlib

14:57 Narkotik və güclü psixotrop tərkibli həblər satan şəxslər saxlanıldı

14:41 ABŞ maliyyə nazirliyi Venesuela prezidentini narkotacir adlandırdı

14:27 Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

14:12 Sabaha olan hava proqnozu

13:40 BMT qərarına İsrailin cavabı: Riyakar qurum

13:27 Həbxsanadakı ərinə narkotik gətirərkən yaxalandı - Şəkidə

13:15 Moskva-Həştərxan təyyarəsi geri qayıtdı - Mühərrik sıradan çıxıb

12:53 İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi

12:40 Bu ilin ümumdaxili məhsulunun həcmi açıqlandı

12:26 Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? - Rəsmi cavab

12:11 “2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək” – Ülvi Mehdiyev

11:56 Hindistanda ağır yol qəzası baş verib, 19 ölü, 7 yaralı

11:40 Bakının 2 yerində hərəkət qismən məhdudlaşdırılır

11:29 İki rayona yeni polis rəisi təyin edilib

11:13 Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir

10:50 Məmmədyarov Qəzza hadisələrinə dair mövqeyini açıqlayıb

10:37 75 yaşlı kişi özünü asıb

10:19 Cəbhədə vəziyyət gərginləşib

10:00 Neftin qiyməti 81 dolları keçdi

18 MAY 2018

23:28 Prezident İlham Əliyev bu şəxslərlə bağlı sərəncam verdi

22:33 Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır

21:40 “Burada qəbahət olan nədir?”

20:12 Mehriban Əliyeva Koişiro Matsuuranın 80 illiyi münasibətilə keçirilən konfransda iştirak edib

19:20 Qaradağ İcra Hakimiyyəti jurnalistləri mükafatlandırıb

18:33 Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması kampaniyaya başladı

18:00 Bakıda yol niyə çökdü? - Səbəb +Fotolar

17:53 Təhsil naziri rektorlara tapşırıq verdi

17:47 Britaniyada zəhərlənən Sergey Skripal xəstəxanadan buraxılıb

17:41 Ötən il dövlət qurumları 42 mln. manat vəsaitin təyinatını dəyişdirib

17:35 İsrail aeroportunda reyslər gecikir - Yanğın olub

17:29 BMT-dən Qəzza açıqlaması : “İsrailin etdikləri müharibə cinayətidir”

17:23 Şamaxı sakini Rusiyadan evinə qayıdaraq özünü asıb

17:17 Leps yıxıldı, qabırğaları sındırdı - Xəstəxanaya yerləşdirilib

17:10 Azərbaycanda 26 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir

17:03 “Röyanın konsertində dicey olublar” - Roza əkizlərdən danışdı

16:57 İran prezidenti İstanbula getdi

16:50 Bakının Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır

16:48 Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində - Foto

16:46 “Hüseyn Abdullayev ölər, ancaq yalvarmaz, sınmaz!” – “Quska”dan ilk açıqlama

16:44 “Qaçqınkom”un daha bir şöbə müdiri işdən çıxarılıb

16:38 Qafqaz müsəlmanları İdarəsi bəyanat yaydı

16:33 Mərhum nazirin villası sökülür - Fotolar

16:30 Şirvanda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı

16:22 İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı

16:15 “Bank Respublika”nın əməkdaşları haqqında cinayət işi başlanıb

16:07 Putin Rusiya hökümətinin yeni tərkibini təstiqləyib

15:59 Hesablama Palatasının səlahiyyətləri artırıldı

15:54 Amerikalılar Sarkisyanlar ailəsinin hesablarını dondurdu

15:52 İşdən çıxarılacaq digər icra başçıları – Adlar

15:50 Mikayıl İsmayılovun fermasında SOCAR-ın qul kimi işləyən əməkdaşları

15:48 “Niyə beynəlxalq aləmdə irad almalıyıq?!” - Zahid Oruc

15:42 Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

15:35 “Etirazımız Rusiya Xarici İşlər Nazirliyinə çatdırılacaq” - Hikmət Hacıyev

13:57 4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi

13:51 Səməd Seyidov: “Sanksiyaya məruz qalmağımdan şərəf duyuram”

13:45 Rusiya aviadaşıyansız qaldı - “Kuznetsov” tərsanəyə göndərilib

13:39 “Səməd Seyidov niyə hədəf seçildi?” - Deputatlar dəstək oldu

13:33 Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

13:27 Arvadını benzinlə yandıran şəxsə ağır cəza verildi

13:21 Bu il 193 nəfər İİV-ə yoluxub - 16 nəfər ölüb

13:15 Türkiyə parlamentində erməni deputatın toxunulmazlığı ləğv oluna bilər

13:10 Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı

13:04 Azərbaycanda BU SƏNƏDLƏR üçün yeni rüsumlar tətbiq edilə bilər

12:59 DİM-dən rus bölməsinin abituriyentlərinə MÜRACİƏT

12:53 “Mən də xanımam, ürəyim var” - Sevda

12:47 Netanyahudan “toyuq rəqsi” - Video

12:41 Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr

12:35 Avstriya Türkiyə vətəndaşlarını deportasiya edir

12:29 Bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılır

12:23 DYP xəbərdarlıq etdi - 200 manat cərimə və ya 1 ay həbs

12:17 Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

12:11 Yerevan yenə qarışdı - Bu dəfə baş prokurorun istefası tələb olunur

12:06 Sabah voleybol millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq

12:00 Serbiya prezidenti Azərbaycana səfərə gələcək

11:55 Araz Abdullayev Kipr klubundan rəsmən ayrıldı

11:50 Meksikadan miqrantlara “heyvan” deyən Trampa sərt reaksiya

11:46 Həbs olunan yazıçıya şər atıblar – Yeni İddia

11:41 Tovuzda 41 yaşlı qadın faciəvi şəkildə öldü

11:37 Nəsimi Paşayev istefa verdi

11:32 Bakının mərkəzində balkon aşdı

11:28 Tramp NATO ölkələri üçün kvota təyin edir: “ÜDM-nin 4 faizi...”

11:23 Özbəkistanda güclü daşqınlar nəticəsində azı 5 nəfər həyatını itirib

11:19 Buffon PSJ-yə keçə bilər

11:14 “Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı fəallaşdırılmalıdır”

11:10 ABŞ MKİ direktoru qadın oldu

11:06 Cəbhədə gərginlik: kəndlərimiz atəşə tutuldu

11:03 “Kölgə iqtisadiyyatına” qarşı birgə əməliyyatın pərdəaxrası...

11:01 Pxenyan Seulu həyasızlıqda ittiham edib

10:57 Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişdi

10:52 “Məşhur olmaq istəyirsənsə, soyun, ya da...” - Sevinc

10:48 Lerik meşələrini qıranlarla bağlı rəsmi məlumat

10:43 “Səylərimi artıracam” – Anjey Kaspşik

10:39 Trampdan Kim Çenə inanılmaz hədə: Qəzzafi kimi...

10:35 Laçının işğalından 26 il ötür

10:31 500 məhbus əfv ediləcək - Onların arasında “ömürlüklər” də var



loading...
Azərbaycanlı jurnalistlə erməni lideri bir-birinə bağlayan nədir?

“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…”
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016