Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Millimizin sabiq üzvü klubundan ayrıldı


Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk klubu "Manisaspor"la yollarını ayırıb

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı PTT I liqa təmsilçisinin prezidenti Gökay Budak verib.
 
O, yerli mətbuata açıqlamasında bildirib ki, iki futbolçu ilə müqaviləyə xitam verilib. Prezident buna səbəb kimi gənclərə üstünlük vermək istəyini göstərib: "Həm Uğur Pamuk, həm də Timur Karagülməzlə görüşərək, komandanın mövsümün sonuna qədər gənclərin xidmətindən yararlanacağını bildirdik. Onlarla mövsümün sonuna qədər olan müqaviləmizə qarşılıqlı razılıqla xitam verdik. Aramızda heç bir problem yaşanmadan, mehriban şəkildə ayrıldıq".
 
Uğur isə rəhbərliyin bu qərarına hörmətlə yanaşdıqlarını söyləyib.
Etiket:

loading...