Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ilginc faktlar Dr. Səbinə Mirzəyevadan xəbərdarlıq: Erkən nikahlar və qohum evliliklər təhlükəlidir 245 saylı məktəbdə nə baş verir? - Direktor təkzib edir, valdeyn isə... Müşviq Rəhimovun kürsüsü əldən gedir: Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı?
 

Millimizin üzvü Aygünlə Röyadan danışdı - MÜSAHİBƏ

Tarix 02.11.16, 11:02

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının və "Azerreyl"in üzvü Valeriya Məmmədova (Karatenko) femida.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.


- Necəsiniz? İşləriniz necə gedir?

- Təşəkkür edirəm. Hər şey yaxşıdır. Azərbaycan çempionatı başlayır. Ona hazırlaşırıq. Bütün günü məşqlərdəyik. Ümid edirəm ki, bu il biz qalib olacağıq.


- İstərdim, idmana gəldiyiniz ilk vaxtları xatırlayaq. Niyə məhz voleybolu seçdiniz?

- İdmana gəldiyim gün bu günə kimi yadımdadır. Mənə elə gəlir ki, hər bir peşəkar idmançı həmin illəri unutmaz. Həmçinin, mən də. 3-cü sinifdə oxuyurdum. Voleybola həddindən artıq marağım var idi. Həmin vaxt anladım ki, voleybolçu olmalıyam. İdman müəllimim Yuri Məmmədov ilk vaxtlardan mənə xüsusi diqqət edirdi. Bütün günü qaçırdım, məşq edirdim. O da məni kənardan görürdü. Voleybolda ilk məşqçilərim Olqa Valerevna və Tatyana Simonovna olub. Daha sonra Faiq Qarayevlə tanışlıqdan sonra mən yığma komandaya gəldim. Bu, mənim tanınmağımın başlanğıcı oldu. İlk uğrumu da 2000-ci ildə qazandım.


- Voleybolu seçərkən ailənizin münasibəti necə oldu?

- Əvvəllər mənə qadağa qoydular. Evdə deyirdilər ki, Azərbaycanda qızın idmana gəlməsi o qədər də yaxşı qəbul edilmir. O vaxtlar vəziyyət bir qədər fərqli idi. Ancaq sonradan ailəm mənə dəstək oldu. Bu gün də mənimlə fəxr edirlər. Onlara minnətdaram ki, mənə şans yaradıblar ki, sevdiyim sahəni seçim.


- Ailənizdən danışdınız. Bacınız, qardaşınız varmı?

- Qardaşım məndən balacadır. Evlidir. Mən də bibiyəm. O, idmanı seçməyib. Bank sistemində çalışır. Ümumiyyətlə ailəmizdən idmanı seçən yeganə şəxs mənəm. Qardaşımın oğlu idmana meyillidir. Futbola marağı böyükdür. 


- Uşaqlığınız harada keçib?

- Uşaqlığım Bakıda - Günəşli tərəfdə keçib. Biz ümumiyyətlə elə Günəşli tərəfdə yaşamışıq. Demək olar ki, uşaqlıq yaşamamışam. Çünki bütün vaxtı idmanda keçirmişəm. Uşaqlğım elə idmanla bağlıdır.


- Bildiyimə görə həyat yoldaşınız da idmançı olub. Tanışlığınız necə oldu?

- Tanışlığımız tam təsadüfi olub. Komanda yoldaşım Kseynya Poznyakın vasitəsi ilə tanış olduq. Daha sonra münasibətlərimiz dərinləşdi. Sonda ailə həyatı qurduq. Həyat yoldaşım cüdo ilə məşğul olub. Hazırda bizneslə məşğuldur. İdmanda deyil. Şəxsi həyatımda çox xoşbəxtəm.


- Sizin kişi fanatlarınız da çoxdur. Yoldaşınızla aranızda mübahisəyə səbəb olmur ki, bu?

- Şəxsi həyatımla idman həyatım başqadır. İdman həyatım elə meydançada qalır. Yoldaşımı görsəniz onun yanında mənə yaxınlaşmazsınız. Mənə meydançada yaxınlaşmaq olar, şəxsi həyatda yox.( Gülür)


- Övladınız var?

- Bəli, bir oğlumuz var. Adı da Tamerlandır. O, bizim xoşbəxtliyimizi daha da dərinləşdirir. İdmandan gedəndən sonra 3 uşaq anası olmaq istəyirəm. İstəyirəm onu gələcəkdə idmançı kimi görüm.


- İdmançı qadın və ailə. Mane olmur ki, bunlar sizə? 

- İdmançı qadın və üstəlik ana bir qədər çətindir. Ancaq mən güclü qadınam. Öhdəsindən gəlirəm.


- "Azerreyl"in Türkiyəyə sonuncu səfəri o qədər də uğurlu olmadı. Səbəb nədir?

- Komanda bu yarışa o qədər də yaxşı hazırlaşa bilmədi. Vaxt az oldu. İlk əvvəl komanda yaxşı oyuna başlasa da, sonradan uğursuz oldu. Bu idmandır. 


- Siz həmçinin yığma komandanın liberosunuz. Bu gün milli komandamızda boşluqlar çoxdur. Əgər, millinin baş məşqçisi dəyişsəydi, kimi bu postda görmək istərdiniz?

- Gəlin məsələnin kökündən başlayaq. Bu gün problemlərin olmasının günahkarı baş məşqçi deyil. Xarici ölkələrin voleybolçuları ilboyu yarışlarda iştirak edir və yerli çempionatlar keçirilir. Buna görə də idmançılar hər zaman formada qalır. Bizdə vəziyyət tam fərqlidir. Çempionat keçirmək üçün klublarımız azdır. Biz gözləyirik ki, 6 aydan sonra yerli çempionat başlayacaq. İdmançının yenidən özünü bərpa etməsi çətindir. Bu səbəbdən də baş məşqçidə gühan görmürəm.


- Özünüz də dedisiniz problemin kökündə komandaların azlığı durur. Bu mövsüm Azərbaycam çempionatı cəmi 4 komanda ilə keçiriləcək. Səbəb nədir? 

- Bütün dünyada olduğu kimi bizdə də krizis oldu. Bu da komandalara da təsir etdi. Bir voleybol klubunun formalaşması və yarışa qatılması üçün böyük pul tələb olunur. Bu səbəbdən də klubların çoxsu çətinlik yaşayır.


- Bəs sizin şəxsi vəziyyətiniz necədir?

- Azərbaycanda yaşayıramsa mənə də təsir edir.


- Əmək haqqını hansı valyuta ilə alırsınız?

- Manatla.


- Oksana Kiselyova, Ceyran Əliyeva, yoxsa, Yuliya Kərimova?

- Bu hər 3 liberonun özünəməxsus oyun tərzi var. Fikrimcə, Yulyanın təcrübəsi daha çoxdur. Oksana və Ceyran hələ gəncdir.


- İdmanla sıx məşğul olursunuz. Sizə idmandan kənar baş verən hadisələr maraqlıdırmı? Məsələn, Azərbaycanda hansı nazirləri tanıyırsınız?

- İndi ağlıma heç kim gəlmir. Siyasətə qarışmıram. Hesab edirəm idmançı elə idmanı ilə, siyasətçi isə siyasətlə məşğul olmalıdır.(Gülür)


- Dünya təcrübəsində belə deyil. Məsələn Ukraynanın tanınmış bokusçusu Vitali Kliçko böyük idmandan sonra siyasətə qatıldı. Sizi nə vaxtsa siyasətdə görə bilərikmi?

- Fikrimcə, idmandan ayrıldıqdan sonra istədiyin sahəni seçə bilərsən. Ancaq idmanla məşğul olduğun dövrdə siyasətə qarışmaq olmaz. Məsələn mən ola bilər ki, idmandan ayrıldıqdan sonra deputatlığa namizədliyimi verim. Hər şey zamanla həll olunur.


- Bəs idmanda sizin kumiriniz kimdir?

- Bu əvvəllər olub. Amerikalı libero Skora. O çoxdan voleybolu tərk edib. Onun oyununu çox izləmişəm. Ancaq bu gün kumirim yoxdur.


- Belə söz-söhbət gəzirdi ki, siz Yekaterina Qamovanı sevmirsiniz?

- Düz söhbət deyil. Qamova mənim sevimli rəfiqəmdir. Tez-tez danışırıq, yazışırıq. İmkan olanda görüşürük. Qamova öz o yunu ilə tarix yazan voleybolçudur. Qamova elə Qamovadır.


- Hər hansı bir voleybolçu ilə aranızda konflikt yaşanıbmı?

- İdmanda olan rəqabət elə idmanda qalır. Belə konfliktləri sevmirəm. Olan mübahisə elə meydançada qalır. Oyunda biz rəqib, həyatda dost ola bilərik. İdmanın qanunu belədir.


- Siz insanların yaddaşında balaca və gözəl qız kimi qalmısınız. Bir neçə il bundan əvvəl dünyanın ən gözəl 40 voleybolçusu sırasında sizin də adınız var idi. Bunun sirri nədədir?

- Bu ətrafdakılərin fikridir. Özümü o qədər də gözəl hesab etmirəm. Məndən də gözəl qızlar var. Hesab edirəm ki, insanın xarici görünüşü yox, daxili gözəl olmalıdır.


- Müsahibədən öncə sizi sevən azarkeşlərinizə bir neçə sual verdim. Onları maraqlandıran suallardan biri də sizin milliyətinizlə bağlıdır.

- Mən Azərbaycanlıyam. Özüm də Bakılıyam.(Gülür)


- Özünüz də dediniz ki, Bakıda doğulmusunuz, böyümüsünüz. Bəs niyə Azərbaycan dilində danışa bilmirsiniz?

- Azərbaycan dilində danışa bilirəm. Başa da düşürəm. Ancaq müəyyən ləhcəm var. Belə mənə yaxınlaşan olanda onlarla Azərbaycan dilində danışıram. Ancaq bütün müsahibələrimi rus dilində verirəm. Bunun da səbəbi fikrimi daha rahat bildirməkdir. Ona görə də, sizinlə rus dilində danışıram. Məni sevənlərə sözüm odur ki, Azərbaycan dilini sevirəm və başa düşürəm. (Red- Gülür)


- Azərbaycan sizin üçün nə deməkdir?

- Azərbaycan mənim Vətənim. Sözlə ifadə edə bilmədiyim məhəbbətimdir, Azərbaycan. Azərbaycan olmasaydı, mən də olmazdım. Ümumiyyətlə vətənimi, dövlətimi, prezidentimi sevən şəxsəm. Özüm də vətənpərvər insanam. 


- Dediniz ki, vətənpərvərsiniz. Bizim ən böyük problemimiz Qarabağdır. Nə bilirsiniz bu münaqişə haqqında?

- Qarabağ Azərbaycan torpağıdır. Bu gün işğal altındadır. Mən siyasətə qarışmıram. Xalqaları da bir-birindən seçmirəm. Ermənilərin də yaxşısı və pisi var. Bütün bunlar hamısı siyasətlə bağlıdır. İdman və siyasət bir-birindən ayrı olmalıdır. 


- Deyirsiniz ki, ermənilərin də yaxşısı və pisi var. Bəs erməni klublarından təklif gəlsə oynayarsınız?

- Əlbəttə, yox. Mən vətənimi çox sevirəm. Buranı tərk etmərəm.


- İstərdim, idmandan kənara çıxaq. Azərbaycan musiqisinə qulaq asırsınız?

- Bəli, Aygün Kazımovaya qulaq asıram. Fanat olmasam da, bəyəndiyim mahnıları çoxdur. Röya da yaxşı oxuyur. Musiqinin milliyəti olmur.


- Avropa klublarından sizə təkliflər edən olubmu?

- Çox olur. Türkiyə, Almaniya, Polşa klublarından təkliflər gəlmişdi. Amma mən öz klubumu sevirəm.


- Bəs, voleybolçular arasında dostluq etdiyiniz idmançılar var?

- Həyatda ən yaxın dostum həyat yoldaşımdır. İdmançılar mənim komanda yoldaşlarımdır.


- Azərbaycan voleybolunun ən böyük problemi nədir?

- Profesionallıq çatmır. Bunun da səbəbi bayaq dediyim kimi klublarımızın sayının az olmasıdır.


- Sosial şəbəkələrdə varsınız?

- Bəli, feysbukdan və instaqramdan istifadə edirəm. Mən publika üçün yalnız idman meydançasında açığam. Şəxsi həyatım qapalıdır.


- Sonda sevənlərinizə sözünüz nədir?

- Hər kəsə dəstəyə və sevgiyə görə təşəkkür edirəm. Bizi izləməyə davam etsinlər.


MilliYol.Az



Xəbərin oxunma sayı : 580

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

27 İYUN 2017

18:12 Mehriban Əliyeva: “400 mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

17:46 İlham Əliyev Polşa prezidentinə təşəkkür etdi

16:12 Sabiq baş nazir: “Trampın arvadından xoşum gəlir“

15:11 Səməd Seyidov: “Bunun adı “əcinnə ovu”dur“

15:02 Azərbaycanlı rəqqasə: “Mənə iyrənc təkliflər edirlər” (VİDEO)

13:57 Ağcabədidə həkim səhlənkarlığı: ayağı sındı, əməliyyat masasında öldü

13:43 Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü baş tutub (FOTOLAR)

13:36 Bəy və gəlin toydan imtina etdi: görün nə etdilər (FOTO)

12:51 Mübariz İbrahimov erməniləri bu cür məhv etdi (VİDEO)

12:37 Hərbi ekspert: “Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır”

12:25 Meray Kerri Bakı konsertində çətin anlar yaşadı (VİDEO)

12:12 “Reyncres“in futbolçusu “Qəbələ“də

12:00 Türkiyə böyük müharibəyə başlayır

26 İYUN 2017

13:51 Xalq artisti vəfat etdi (YENİLƏNİB)

13:04 Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ilginc faktlar

11:32 Ermənilər Ağdamı atəşə tutdu, yanğın başladı

11:02 Azərbaycanın müdafiə nazirləri (SİYAHI)

10:33 Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb

9:53 General-leytenant Hüseyn Rəsulbəyov - 100

9:31 Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

25 İYUN 2017

20:02 Azərbaycan Qran-Prisi başa çatdı: qalib kim oldu?

17:33 Prezident və ailəsi “Formula 1“in açılış mərasimində (FOTOLAR)

13:43 Tovuzda çağırış zənginə gec cavab verən həkim və tibb bacısı döyüldü (TƏFƏRRÜAT)

12:19 300 min rüşvət təklif edən azərbaycanlı cəzalandırılacaq

12:10 İlham Əliyev baş redaktoru qəbul etdi

12:00 Xalq artistinin oğlundan insanı sarsıdan sözlər

23 İYUN 2017

18:27 Prezident 3 milyon manat ayırdı

18:21 İlham Əliyevdən Ramazan təbriki

18:19 Rafael Cəbrayılov iş xanımının borcunu qaytarmır – Açıqlama

17:55 Dolların iyunun 29-na olan məzənnəsi açıqlanıb

17:40 “Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”

17:33 “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

17:18 “Formula-1”: Maks Ferstappen hamını qabaqladı

17:12 Tarkanın Bakı bulvarından fotosu: “Azərbaycan üçün darıxmışam“

17:00 "Mərkəzi Bank "Bank Standard"da auditin aparılmamasına göz yumub"

16:33 Ucarda 11 yaşlı oğlan çayda batıb

16:20 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

15:27 Çexiyanın Ermənistandakı səfirinin söylədiyi fikirlər araşdırılacaq

15:05 "Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"

14:33 "Ordumuz bir həftə əvvəl düşmənə layiqli cavab verdi"

14:12 Zərərçəkən Maqsud Mahmudov Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edib

13:26 “Rəsmi Kiyevə ölümcül silahlar verilsin“ - 8 tələbdə başqa nələr var?

13:20 Azərbaycan prezidenti Kosta Rika XİN rəhbərini qəbul edib

13:10 İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq

12:20 Sabah Bakıda 29 dərəcə isti olacaq

12:18 “Əmək pensiyaları haqqında” qanunun tətbiqində problem olmayacaq”

12:12 Nəqliyyat və telekommunikasiya qurumları gücləndirilmiş iş rejiminə keçi

11:50 "Bu yayın ən yaraşıqlı bəy və gəlini"

11:38 "Atam ikinci arvadını evimizə gətirdi"- "Banu"nun Güneli

11:33 Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur

11:15 Ərəb ölkələrindən Qətərə qarşı 13 tələb –Dohaya 10 gün vaxt verildi

11:05 Ramazan tətili başlayır

10:34 “Müəyyən vəzifələrdə yoxsul insanların çalışmasını istəmirəm”

10:18 Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib

10:12 "Formula-1" Azərbaycan Qran-prisi start götürür

22 İYUN 2017

17:50 Putin məzarlıqda leysana düşdü

17:44 Qubad ibadoğlu: “Manat nədən möhkəmlənir?”

17:30 Trampın müşavirləri Fed-ə yeni sədr istəyir

17:24 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:15 2017-ci il dövlət büdcəsinə yenidən baxılmasının səbəbləri açıqlanıb

17:05 Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

16:55 Belçikalı senator “qara siyahı”ya salınacaq – XİN araşdırma aparır

16:40 Azərbaycanda bayram namazı ilə bağlı qeyri-müəyyənlik - açıqlama

16:33 400 minlik toyu ilə gündəmə gələn Aysel “Lider“də aparıcılıq edəcək?

16:12 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiqlənib

15:35 “Magistraturaya plan yerləri 80.92% dolub“

15:23 Yaxın Şərqin ən güclü lideri olmaq istəyən 31 yaşlı qorxulu və çılğın siyasətçi taxt-taca necə varis oldu?

15:10 Eldar Əzizov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

14:50 lham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

14:40 Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edilib

14:20 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

14:15 "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"

12:50 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

12:44 “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”

12:27 Hesablama Palatası dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsinə rəy verib

12:15 “Ailə TV”nin ofisinə silahlı basqın – Seyfi apardılar

12:05 “Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar“

11:44 Əhəd Abıyevin Gürcüstan sevgisi

11:30 Tağı Əhmədov:“3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”

11:12 Manatı yeni devalvasiya gözləyirmi? – Mərkəzi Bankdan açıqlama

10:50 Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub

10:34 Bakıda 17 və 18 yaşlı qızlar itkin düşüb

10:30 “Şimal axını-2” kiməsə qarşı yönəlməyib – Putin

10:24 Lənkəranda intihar – 64 yaşlı kişi özünü asdı

10:18 Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

10:12 Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini 10%-ə endirib

10:06 MN: Ermənistana məxsus PUA məhv edilib

21 İYUN 2017

18:21 Prezident bu şagirdlərin adını “Qızıl kitab”a saldı

18:19 İlham Əliyev bu şəxsləri təltif etdi

13:05 Sabah leysan yağacaq, dolu düşəcək

12:50 Məleykə Əsədovaya ev verən keçmiş məmur: “Dedilər ki, ona sponsorluq edim“

12:15 “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

10:35 Liviya sahillərində miqrant faciəsi- 126 nəfər itkin düşüb

10:30 “Qara bazar”da dollar neçəyədir?

10:24 Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

10:18 Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu

10:12 Ana öldürüldü, qızı yaralandı – Evə basqın

10:05 Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

20 İYUN 2017

18:40 Prezident 4 nəfərə general rütbəsi verdi (SİYAHI)

18:21 Prezident dini qurumlara maliyyə yardımı ayırdı

17:55 Sabah Bakının iki rayonuna su verilməsində məhdudiyyətlər olacaq

17:40 Neftin qiyməti 7 aylıq minimuma düşdü

17:33 Xəzər dənizində zəlzələ baş verib –4 bal

17:20 Həbs edilən iranlılar kimdir: diversant, yoxsa balıqçı? –Körfəzdə daha bir gərginlik

17:12 İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17:05 Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı

16:50 “Apreldə də yarış keçirə bilərik“ - Nigar Arpadarai

16:38 Atambayev Putinə dedi: “Bizə siyasi oyunlar lazım deyil”

16:33 İstanbulda partlayış: yaralı var

16:24 “Dostlarımın mənə münasibəti dəyişdi“ - Natavanla nişanlanan Dado

16:18 İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu

16:12 2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

16:05 Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

15:55 Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

15:50 1500-dən çox müəllimin iş yeri dəyişdirilib

15:44 Merkelin britaniyalılara ürəyi yumşalıb

15:39 Prezident İlham Əliyev Almaniyanın Bakıdakı səfirliyində olub

15:33 AZAL 4 “Boenig 787-Dreamliner” təyyarəsi alır – 918 mln. dollara

15:20 Şengen vizası ilə bağlı dəyişiklik –Avropa İttifaqı qərar verdi

15:12 İpoteka kreditlərinə çıxış imkanları sadələşdirilib



loading...
Kosmosu fəth edən ilk qadın: Xuruşovun təbliğat məqəsədli evlilik planı (DOSYE)


Valentina Tereşkova kimdir?
Milyard dollarlıq dahi türk kimdir?

2016-cı ildə Forbes jurnalı İzmirdə doğulan Robert Kollec məzunu və San Dieqo mərkəzli 12 milyard dollar dəyərindəki biotexnologiya şirkəti Samumedin qurucusu və CEO-su iş adamı Osman Kibarı da dünyanı dəyişdirən 30 insan arasına salaraq jurnalın üz qabığına yerləşdirmişdi.
Tanınmış azərbaycanlı jurnalistin karyerası bitdi

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
“Space TV“də keçmiş ANS-çilər arasında qalmaqal

Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016