Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatına “həm ziyarət, həm ticarət” prinsipini əsas götürərək gələn azarkeşlər də var
“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, bu ölkənin hüquq-mühafizə orqanları Dünya Çempionatına azarkeş qismində gəlib, oğurluqla məşğul olan 7 nəfərin həbsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, əcnəbi oğrular üçün həbsxanaların birində xüsusi kamera ayrılıb. Həmin kameradan çəkilmiş videokadrlar mətbuata ötürülüb.
“Azarkeşlər”in 3-ü Meksika, 2-si Qazaxıstan vətəndaşıdır. Digər iki nəfər isə İrandan və Perudan gəlib. Perunu təmsil edən qonağın qadın olduğu da bildirilir.
O da qeyd olunur ki, sözügedən şəxslərin hamısı Cinayət Məcəlləsinin 158-ci maddəsilə ittiham olunur və bu maddə 5 ilədək həbsi nəzərdə tutur. Məlumatda xüsusi olaraq vurğulanır ki, onlar cəzalarını Rusiyada çəkəcəklər və çempionatdan sonra ölkələrinə ekstradisiya olunmayacaqlar.
Rusiya mətbuatının yazdığına görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumat həqiqəti əks etdirmir və həbs olunan əcnəbi oğruların sayı dəfələrlə çoxdur.
MilliYol.Az
Digər xəbərlər
loading...