"Hörmətli cənab prezident, mənə göstədiyiniz yüksək etimada görə minnətdarlığımı bildirirəm. Öhdəmə düşən məsuliyyətin ciddiyyətini tam şəkildə dərk edirəm. İnanıram ki, sizin və mənə inanan insanların etimadını doğrultmağı bacaracam".
MilliYol.Az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Mehriban Əliyeva bildirib: "Fəaliyyətim haqqında dediyiniz sözlər və verdiyiniz qiymətə görə təşəkkür edirəm. Belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir nailiyyətimin arxasında sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Fəxr edirik ki, ölkəmizdə baş verən müsbət inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına kiçik də olsa töhfə verməyi bacarmışıq.
Vəzifəsindən asılı olmayaraq, insan öz işini seçəndə ona vicdanla yanaşmalıdır. Söz və işlərində birgə olmalıdır.
Əmin edirəm ki, ölkəmiz və xalqımızın marağını hər şeydən üstün tutacam”.
MilliYol.Az
Digər xəbərlər
loading...