Yeganə icra başçısıdır ki... Göyçay Rayon Təhsil Şöbəsinin müdiri direktorlardan “xərac“ toplayır - İttiham Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO Bakı Sosial-Pedaqoji Kollecindən şikayət: Şöbə müdiri tələbələrdən pul yığıb?
 

Mario Varqas Lyosa: Romanlar yalan danışır

Tarix 12.01.17, 9:30

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.A Qismətin tərcüməsində Mario Varqas Lyosanın "Bədii ədəbiyyat yaşamaq sənətidirmi?" essesini təqdim edir.

 
İlk hekayəmi yazdığım gündən bəri insanlar yazdıqlarımın “gerçək” olub-olmadığını soruşurlar. Cavablarım bəzən onları qane etsə də, nə qədər səmimi oluram olum, hiss edirəm ki, özümü tam ifadə edə bilməmişəm.
 
Romanların real, yaxud yalan olması bəzi insanlar üçün yaxşı, pis olması qədər vacibdir və əksər oxucular bilərəkdən, ya da inersiya ilə bu iki şeyi bir-biri ilə əlaqəndirirlər. Məsələn, İspan İnkvizisiyası Amerikadakı ispan koloniyalarında romanların çapını, ya da idxalını, mənasız və cəfəng, həqiqətdən uzaq hesab etdiyi üçün və yerli əhalinin mənəviyyatına zərər verə bilər deyərək yasaqlamışdı. Buna görə də 300 il boyunca ispan əsilli amerikalılar romanı ancaq gizlicə oxuya bildi və ispan Amerikasında ilk roman yalnız müstəqillikdən sonra, 1816-cı ildə Meksikada çap olundu. Müqəddəs Məhkəmə təkcə bəzi əsərləri yox, bütöv bir ədəbi janrı yasaqlayaraq istisnasız bir həqiqəti təsbit etmişdi: Romanlar həmişə yalan danışır, həyatı yalnış təqdim edir. İllər əvvəl bu despot fanatikləri lağa qoyan bir yazı yazmışdım. İndi isə düşünürəm ki, İspan İnkvizisiyası tənqidçilərdən və romançılardan qabaq bədii ədəbiyyat təbiətini, dağıdıcı cəhətlərini ilk anlayan qurumdur.
 
Əslində romanlar yalan danışır, başqa cür ola da bilməz, amma bu, məsələnin təkcə bir hissəsidir. Digər hissəsi isə romanların yalandan ancaq örtülü formada, olmamış kimi istifadə etməsi və ifadəsi mümkün olan qəribə bir reallığı ifadə etməkləridir. Bu cümlə qulağa həftəbecər kimi gələ bilər, amma əslində çox sadədir. İnsanlar öz talelərindən razı deyillər və az qala hamısı – varlı-yoxsul, ağıllı-sıravi, məşhur-sadə –  yaşadıqlarından fərqli bir həyat istəyirlər.  Bu istəyi (hiyləgərcəsinə) doyuzdurmaq üçün bədii ədəbiyyat meydana çıxıb. Romanlar ona görə yazılır və oxunur ki, insanlara yaşamadıqlarını boyunlarına almadıqları həyatlar təqdim edilsin. Hər romanın mahiyyətində bir istək və qəbul etməmək elementi var.
 
Bəs yaxşı, bu o deməkdir ki, roman irrealdır? Cosef Konradın introvert quldurları, Prustun mürgülü aristokratları, Kafkanın anonim, təzyiq altındakı balaca adamları və Borxesin hekayələrindəki müdrik, metafizik xarakterlər bizimlə maraqlanmadıqları üçün və təcrübələri ilə özümüzü onlarla eyniləşdirə bilmədiyimiz üçünmü bizə təsir edir, bizi həyəcanlandırırlar? Qətiyyən yox. Burada diqqətli olmaq lazımdır, çünki bədii əsərdəki doğrular və yalnışlarla bağlı bu yol tələlərlə doludur və bizi cəzb eləyən hər vahə adətən bir ilğımdır.
 
Bir roman həmişə yalan danışır nə deməkdir? İlk romanım “Şəhər və itlər”dəki hadisələrin – guya – baş verdiyi hərbi məktəbə iftira atdığımı düşünüb romanımı yandıran Leonisio Prado Hərbi məktəbinin tələbələrinin anladığı mənada yox. Başqa bir romanım “Culiya xala və cızmaqaraçı”da ondan bəhs etdiyini zənn edən və sonra bədii əsərin təhrif etdiyi gerçəkləri düzəltmək üçün özü bir kitab yazan birinci həyat yoldaşımın düşündüyü kimi də yox. Hər iki əsər də, təbii ki, xatirələrdən çox əlavələr, təhriflər və mübaliğələrlə doludur; onları yazanda heç vaxt romandan kənardakı insanlara, ya da hadisələrə sadiq qalmağı düşünməmişəm. Yaddaşımda hələ də diri olan və fantaziyamı işə salan təcrübələrlə yazmağa başladım və o materiala mümkün qədər sadiq qalmamağı düşündüm. Romanlar həyatı olduğu kimi ifadə etmək üçün yox, nəsə əlavə edərək dəyişdirmək üçün yazılır. Fransız yazıçı Restif de la Bertonun qısa romanlarında reallıq  XVIII əsr Fransız ənənələrinin kataloqunu tərtib etmişcəsinə əks olunub. Fəqət ənənələrin bu cür sadalanmasında hər şey reallığı xatırlatsa da, başqa, balaca və inqilabi bir şey daha var: bu dünyada kişilər qadınlara bədən cizgilərinin saflığı, zərifliyi, mənəvi zənginlikləri üçün yox, təkcə ayaqlarının gözəlliyinə görə aşiq olurlar.             
 
Hər romançı, daha az qaba, daha açıq və daha şüursuz şəkildə reallığı yenidən yaradır və möhtəşəm Restifin səmimiliklə etdiyi kimi, ya bəzəyir, ya da sönükləşdirir. Romançının öz ilişib qaldığı şeyləri də ətə-cana gətirdiyi bu incə, ya da kobud əlavələr (reallığa edilmiş əlavələr) bədii əsərin yeniliyini əmələ gətirir. Bədii əsərin dərinliyi onun ümumi ehtiyacları nə qədər dolğunluqla ifadə etməsi, eləcə də fərqli zaman və məkanlarda nə qədər çox oxucunun öz qaranlıq, narahat demonlarını bu separat sızıntılarda tapması ilə bağlıdır. Mən romanlarımda real xatirələrlə konkret bir əlaqə yaratmağa çalışardımmı? Əlbəttə. Amma həqiqi hadisələri adi formada ifadə etməyin və personajları bioqrafiyaları əllərinə əlcək kimi oturacaq şəkildə təsvir etməyin darıxdırıcılığında ilişib qalsaydım belə, romanlarım olduğundan daha çox, ya da daha az real olmazdılar.
 
Bir bədii əsərin gerçəkliyini, ya da saxtalığını müəyyənləşdirən şey hadisələrin baş verib-verməməsi yox, yaşanmamış, amma yazılmış olmağı, həqiqi təcrübələrdən yox, sözlərdən ibarət olmasıdır. Sözə çevrilən hadisələr dərin bir metamorfoza keçirir. Gerçəklik – iştirak etdiyim qanlı müharibə, sevdiyim qızın qrotesk profili – bir dənədir, amma onu ifadə edən işarələr sonsuzdur. Bunların bəzilərini seçib, digərlərini göz ardı edərək romançı birini seçir və sonsuz sayda olan başqa variantları öldürür. Beləcə, romançı təbiəti dəyişdirir və təsvir edən təsvir edilən olur.
 
Burada təkcə realist romançılardan, romanlarında oxucuların öz reallıq təcrübələrinə əsasən inandırıcı hesab etdikləri realist məktəbdən, ya da ənənədən danışıram. Reallıqla uzlaşmayan və irreal olduğu bilinən dünyaların ifadə olunduğu fantastik növdə, reallıqla qurmacanın əlaqəsi problemsiz görünə bilər. Əslində eyni problemdir, amma başqa formada. Fantastikanın “irrealığı” oxucu üçün bir simvol, bir alleqoriya, başqa sözlə desək,  “həyatda baş verməsi mümkündür” şəklində gördüyü reallıqların və təcrübələrin təsviridir. Əsas məsələ budur: qurmacadakı doğrunun, ya yalnışın sərhəddini müəyyənləşdirən, hadisələrin “gerçəkliyi” ya da “fantastikliyi” deyil.
 
Bu ilk metamorfozada, yəni hadisələrə vurulan söz damğasının yanında o qədər də vacib olmayan başqa bir şey də var: zamanın damğası. Real həyat dayanmadan axır, xaotikdir, qarışıqdır, hər hekayə başqa hekayə ilə birləşir və buna görə də nə əvvəli var, nə də sonu . Qurmacada təsvir olunan həyat başgicəlləndirici xaosun, sıranın, sistemin, səbəb-nəticənin, əvvəl-axırın qazanılmış bənzətmələrdir. Bir romanın əhatə dairəsi təkcə yazıldığı dillə yox, zaman içindəki sxemiylə, mövcud olanın içində özünü necə göstərməsiylə, fasilələr və sürətlənmələrlə, təhkiyəçinin nəql etdiyi zamanı açıqlamaq üçün istifadə etdiyi xrononolji baxış bucağı da ilə də müəyyənləşir. 
 
Sözlərlə hadisələr arasındakı uzaqlıq həqiqi zamanla bədii zaman arasındadırsa, burda uçurum var. Bədii zaman müəyyən psixoloji effektlər doğurmaq üçün kəşf olunmuş alətdir. Orada keçmiş indidən sonra ola bilər – nəticə səbəbdən əvvəl gələ bilər – Alexo Karpentiyerin qoca bir kişinin ölməsi ilə başlayan və anasının bətninə düşməsinə qədər qayıdan “Toxuma səyahət” adlı hekayəsindəki kimi. Ya da əksər klassik romanlar kimi, təhkiyəçinin içindən nəql etdiyi, yaxın keçmişə heç vaxt çatmayan çox uzaq bir keçmiş ola bilər. Ya da Bekketin əsərlərində olduğu kimi, keçmişi ya da gələcəyi olmayan sürəkli bir indiki zaman ola bilər. Ya da, keçmiş, indi və gələcəyin birgə mövcud olduğu və bir-birini dağıdıb yox etdiyi bir labirint ola bilər, Folknerin “Səs-küy və hiddət” romanındakı kimi.
 
Romanların bir əvvəli, bir də sonu var, ən yumuşaq və elastik romanlarda belə, həyat hiss edilən bir məna qazanır, çünki romanlarda içinə batdığımız real həyatın bizə heç vaxt təklif etmədiyi bir baxış bucağı təklif olunur. Bu sistem uydurmadır, həyatı yenidən yaradırmış kimi görünərkən, onu barmaq eləyən hiyləgər romançının əlavələridir. O, həyatın miqyasını kiçildərək onu oxucunun çata biləcəyi yerə qoyan söz sırası içində təqdim edərkən, qurmaca ona bəzən zərifliklə, bəzən vəhşicə xəyanət edir. Beləcə, oxucu onu ittiham edə bilər, başa düşə bilər və ən vacibi də onunla gerçək həyatın heç vaxt təklif etmədiyi bir toxunulmazlıq içində yaşaya bilər.
 
Onda bədii əsərlə qəzet xəbəri, ya da tarix kitabı arasındakı fərq nədir? Onlar da sözlərdən ibarət deyilmi? Onlar da təhkiyənin süni zamanı içində gerçək zamanın sərhədsiz leysanına düşmürlərmi? Nəyin gerçək olduğuna yaxınlaşanda, söhbətin mövzusu bir-birinə zidd olan strukturlar olur: roman həyata üsyan edir və onu əzir, digər janrlar həyatın köləsi olur. Hər iki nümunədə doğruluq və aldatma anlayışları müxtəlif cür işləyir. Jurnalistikada, ya da tarixdə yazılanla onun qarşılığı olan gerçəyin nə qədər uyuşması vacibdir; yaxınlaşdıqca doğru olur, uzaqlaşdıqca yalnış. Mişelenin “Fransız inqilab tarixi”, ya da Preskotun “Perunun fəthi” əsərlərinin “roman kimi” olduğunu demək onları tənqid etməkdir, çünki bu o deməkdir ki, onlar mənbə kimi dürüst deyillər. “Hərb və sülh”də Napaleonun Rusiya səfəri ilə bağlı tarixi xətaların siyahısını tutmaq vaxt itkisidir; romanın doğruluğu reallığa bağlı deyil.
 
Bəs yaxşı onda nəyə bağlıdır? Öz inandırmaq gücünə, nəql etdiyi fantaziyanın ötürülmə qüvvəsinə və ecazına. Hər yaxşı roman düzünü deyir və hər pis roman yalançıdır. Bir romanın “düzünü deməsi” oxucunun bir xəyalı təcrübədən keçirməsidir, “yalan danışması” isə bu bədii yalanın alınmaması deməkdir. Bu baxımdan roman əxlaq ötəsidir, ya da başqa cür desək, əxlaqı özündədir; doğruluğu və yalnışlığı sadəcə estetik meyarlardadır.   
 
Yuxarıdakı sözlərim qurmacanın əsassız bir uydurma, dəyəri olmayan bir hoqqabazlıq olması kimi başa düşülə bilər. Amma əksinə, qulağa nə qədər çılğınca gəlir-gəlsin, qurmacanın kökləri insan təcrübəsinə batıb, ondan qidalanır və bu qidanı ona geri qaytarıb onu doyurur. Qurmaca tarixində tez-tez təkrarlanan temalardan biri də romanların gerçək olması və həyatın romanlardakı kimi olduğunu zənn etmək olub. Cəngavərlər haqqındakı kitablar “Don Kixot”un başını xarab eləyərək onu əldə qılınc yel dəyirmanlarına hücum etdirib. Emma Bovarinin faciəsi, əgər Floberin personajı oxuduğu romantik romanlardakı qadın qəhrəmanlar kimi olmaq istəməsəydi, qətiyyən baş verməyəcəkdi. 
 
Reallığın qurmaca kimi olduğunu inandıqları üçün Don Kixot və Emma Bovari dəhşətli təlatümlər keçirirlər. Onları buna görə ittiham etmək olarmı? Xeyr, hekayələr bizi həyəcanlandırır və heyrətləndirir; qurmacanı təcrübədən keçirməyə imkan verən bu imkansız prinsipiallıq insan növünü şərəfləndirən idealist mövqeyin bir işarəsidir. Olduğundan başqa cür olmağı istəmək insanın ən insani arzusudur. Bu, tarixdə ən yaxşıya və ən pis şeylərə səbəb olub, eləcə də bədii əsərlərin dünyasında.
 
Romanları oxuyanda biz təkcə özümüz olmuruq, həm də romanın bizi özünə çəkən  əfsunlanmış varlıqları oluruq. Bu, bir metamorfozadır; həyatın bizi boğan məngənəsi açılır və biz çölə çıxıb başqası oluruq, qurmacanın bizim malımıza çevirdiyi təcrübələri dolayı yolla yaşayırıq. Gözəl bir röya, ətə-cana gələn bir xəyal olan qurmaca, dəhşətli bir parçalanmanı birləşdirərək, təkcə bir həyatı olsa da, min dənə arzusu olan biz şikəst varlıqları tamamlayır. Real həyat ilə onun daha zəngin, daha dəyişkən olmasını istəyən arzular və xəyallar arasındakı bu boşluq qurmacanın ərazisidir.
 
Hər bədii əsərin qəlbində bir etiraz alovlanır. Yazıçılar bunları yaşaya bilmədikləri üçün yaradıblar və oxucular (inananlar) bu xəyali varlıqlarda öz həyatlarını zənginləşdirəcək sifətlər və macəralarla qarşılaşırlar. Qurmacanın yalanları ilə ifadə edilən reallıq budur – yaşadığımız yalanlar, bizə təsəlli verən, həsrətlərimizi və ümidsizliklərimizi dəf eləyən yalanlar. Romanı – bədii yalanları cəmiyyət özü doğurub, bəs cəmiyyət haqqında romanın şahidliyinə nə qədər inanmaq olar?
 
Bədii əsərlərdəki insanlar həqiqət eləmi olublar? Müəyyən mənada hə, çünki elə olmaq istəyirdilər, sevərkən, əzab çəkərkən, sevinərkən özlərini o cür görürdülər. O yalanlar həyatlarını yox, onları yönləndirən demonlardan – onları sərxoş edən və həyatlarını dözüləsi edən fantaziyalardan bəhs edir. Bir epoxa təkcə ətdən-sümükdən ibarət varlıqlardan yox, həm də onları həbs edən sərhədləri qırmaq üçün insanların çevrildiyi xəyali varlıqlardan ibarətdir. Romanlardakı yalanlar necə gəldi deyil, həyatın çatışmazlıqlarını doldurmaq üçündür. Buna görə yaşanan həyat dolu və mütləq görünür, insanlar hamını əhatə edən bir inancla qismətlərinə razı olanda, romanlar heç bir işə yaramır. Dindar mədəniyyətlər şeir və dram əsəri yaradır, roman yox. Qurmaca əsərlər inancın böhrana girdiyi, bir şeyə inanmaq lazım gələndə, birləşdirici, güvəniləsi mütləq inancın bölünüb dağıldığı, dünya və sonrası haqqında şübhəyə düşülən cəmiyyətlərin sənətidir.
 
Hər roman post-əxlaqi olduğu kimi, içində bir şübhə toxumu də daşıyır. Dindar mədəniyyətlər böhrana düşəndə, həyat nəzarətedici sistemlərdən, doqmalardan və əmrlərdən xilas olur və bir xaos yaranır. Bu, qurmaca üçün ən yaxşı andır. Bədii ədəbiyyat süni müstəvidə sığınacaq, təhlükəsizlik, real həyatı körükləyən, amma doyura bilməyən, ya da qova bilməyən, arzular və qorxular üçün sərbəst ərazilər yaradır. Bədii ədəbiyyat həyatın müvəqqəti vəkilidir. Reallığa qayıtmaq, kasıblığın, arzu etdiyimizdən daha az olduğumuzun qəddar bir təsdiqidir. Qurmaca fantaziyanı qamçılayaraq insanın doyumsuzluğunu müvəqqəti də olsa, yüngülləşdirir, amma həm də körükləyir. 
 
İspan İnkvizisiya bu təhlükəni başa düşmüşdü. Real həyatda yaşanmamış şüylərin bədii əsərdə olması əndişə qaynağıdır, dünyaya üsyan etməyə və qurumları qarşı asi bir münasibətə çevrilə biləcək təhlükədir. Həyatın başı üstə durub onu nəzarət altına almaq istəyən rejimlərin qurmaca əsərlərə qarşı inamsız olması və onları senzuraya məruz qoyması buna görə başa düşüləndir. Öz mənliyindən çıxıb başqası olmaq, xəyalda belə olsa, daha az kölə olmaq və azadlığın risklərini təcrübədən keçirmək üçün bu ən yaxşı yoldur.
 
“The New York Times Books”, 1984, 7 oktyabr



Xəbərin oxunma sayı : 154

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

22 YANVAR 2017

14:34 Arvadının gözü önündə xəyanət edən bakılı - FOTO-VİDEO

14:30 Yeganə icra başçısıdır ki...

14:15 Rəqsanənin qızı gecə klubunda mahnı oxudu, rəqs etdi - VİDEO

14:10 “Heç kim Qarabağın taleyini həll etmək hüququna malik deyil“ - Sarkisyan

12:39 Evlənən dostuna kömək etmək istədi, öz başına oyun açdı - VİDEO

12:17 Tramp gəldi, dollar ucuzlaşdı, neft bahalaşdı

12:14 Cəbhədə hər iki ayağını itirən Sərxanın toyu oldu - FOTO/VİDEO

21 YANVAR 2017

15:31 Bu video sosial şəbəkəni alt-üst etdi - VİDEO

13:56 Pensiyalar artırıldı - SƏRƏNCAM

13:36 Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

13:29 Yaponların ixtira etdiyi virtual arvad - VİDEO

12:46 Tramp erməniyə vəzifə verdi - FOTO

12:40 Cahangir Əsgərov qəzəbə tuş gəldi...

10:54 Prezident və birinci xanımdan ehtiraslı rəqs - FOTO/VİDEO

10:50 Azərbaycanlı aparıcının səhhəti pisləşdi - FOTO

10:47 Lapşinin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi

10:41 “Trabzonspor“ Ramil Şeydayevə klub tapdı

10:11 Azərbaycanda siqaretlər yenidən bahalaşdı - QİYMƏT

10:06 Ərəb toyu izlənmə rekordları qırır - VİDEO

10:01 ANS-in keçmiş aparıcısı ölkəni tərk edir

0:21 DTX daha bir “reket”i saxladı

20 YANVAR 2017

22:53 Donald Tramp and içib, dünyanı silkələyəcək çıxış etdi - MƏTN, FOTOLAR

22:15 Azərbaycanın ən imkanlı biznes-ledisindən 20 yanvar FOTOSESSİYASI-VİDEO

22:11 Qızlar bu üstündə saçyolduya çıxdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

20:42 Toy günü polis gəlini yerdə sürüdü - VİDEO

20:21 Bakı sakinlərinin 20 Yanvar biabırçılığı: “Xaçmaz işğal edilib“ - VİDEO

20:13 Sabirabadda 20 Yanvar faciəsinin 27-ci ildönümü anılıb - FOTOLAR

20:04 “7 yaşlı övladımı döyənlərdən heç kim cəzalandırılmayıb“ - Azərbaycanlı general

19:45 Azərbaycanlı milyarder Trampı belə təbrik etdi

19:22 Göyçay Rayon Təhsil Şöbəsinin müdiri direktorlardan “xərac“ toplayır - İttiham

19:00 Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO

15:16 Aleksandr Lapşin Azərbaycana təhvil verilir

14:41 Bakıda gənc qız son anda ölümdən xilas oldu - VİDEO

13:39 Parlamentdə qadın deputatlar arasında saç-saça dava - VİDEO

13:18 “Qorbaçov istintaqdan yayınıb“

13:15 20 Yanvar faciəsindən iki gün öncə nə baş vermişdi? - ŞOK DETALLAR

13:09 Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

19 YANVAR 2017

21:20 Millət vəkili özünü kürsüyə qandalladı - FOTO/VİDEO

20:22 MTN-nin qadın generalı Namiq Abbasovdan şiddətli töhmət alıbmış - SƏBƏB

19:12 Ramil Usubov: “Mümkün təxribat hallarının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilib“

18:58 Vüsal Kərimli hökumətin gözündən düşüb - Bakı nəqliyyatında dəyişiklik anonsu

18:34 Sarkisyan Azərbaycanda özünə krallıq qurur

17:21 Sumqayıt Şəhidlər Xiyabanını necə quruldu? - MÜSAHİBƏ

17:17 Bakı Sosial-Pedaqoji Kollecindən şikayət: Şöbə müdiri tələbələrdən pul yığıb?

16:49 İlham Əliyev: “Rusiyadan ən müasir silahlar alacağıq“

16:00 “Dindar qız“ın bu rəqsi aranı qarışdırdı - VİDEO

15:57 Ramil Usubov onu işdən çıxartdı

15:42 Nuridə Allahyarovaya yeni vəzifə verildi

15:30 FES rəhbəri danışdı: Dollar dünya bazarını “silkələdi“

14:36 Hacıbala Abutalıbovdan jurnalistlərə şok iş təklifi - VİDEO

14:00 Reina terrorundan heç yerdə görmədiyiniz dəhşətli görüntülər - VİDEO

13:50 Sosial şəbəkələrin fəaliyyətinə nəzarət olunacaq

12:33 “Neft hasilatını əlavə olaraq azalda bilərik“ - İlham Əliyev

12:12 “Reina“ terrorçusu azərbaycanlılarla eyni düşərgədə - ŞOK MƏLUMATLAR

12:00 Supermarketlər bizi necə tələyə salırlarlar? - DİQQƏT

11:45 Xanım jurnalistin oğlunu bıçaqladılar - Azərbaycanda

10:00 Leyla Əliyeva Davosda - FOTO

9:50 42 milyardı var, 20 ildir eyni maşını sürür - FOTO

9:39 “Reina“ terrorçusunun yanında tutulan 3 qadınla bağlı İYRƏNC HƏQİQƏT

9:30 28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI

18 YANVAR 2017

21:43 Qalmaqallı boks səhnəsi “Recep İvedik 5“ filmindən çıxarıldı

21:35 Prezident Davosda həmkarı və Vahid Ələkbərovla görüşüb - FOTO

19:39 Sosial evlər neçəyə olacaq? - Direktor danışdı

19:25 Dəhşətli proqnoz reallaşır: Bakı su altında qalacaq - VİDEO

18:20 Metroda qadın görün kişinin başına nə oyun açdı - VİDEO

18:11 Dağlıq Qarabağda erməni əsgəri məhv edildi

18:00 Dollar rəsmi məzənnəsi yenə rekord vurdu

17:45 Azərbaycanlı holdiq rəhbərinin qızı təyyarə sürdü - FOTO/VİDEO

16:59 “Dövlət universitetlərinin də bir çoxu bağlanacaq“ - ŞOK AÇIQLAMA

16:16 “ANS-i açacaqlar“ - Mais Məmmədov

16:11 Azərbaycanda sürüşmə: yol dağıldı, 400 evə ziyan dəydi - VİDEO

14:22 Kamil Zeynallı polis şöbəsinə çağırıldı

14:19 Qafqaz Universiteti qəyanat yaydı

13:28 Dünya çempionumuz toyda belə rəqs etdi - VİDEO

12:34 Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala - Video

11:52 10 ilin icra başçısı Hacıqabulda nə qədər vəsait mənimsəyib?

11:46 Tanınmış milyarder nəvəsinin toyuna 8 milyon manat xərclədi - VİDEO

11:39 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat

11:07 Eldar Mahmudovla yaxın olan idarə rəisi çıxılmaz durumda

10:47 Kəndlərimiz snayperlərlə atəşə tutuldu

10:15 “Qara bazar”da dollar neçəyədir?

9:42 Azərbaycanda daha bir universitet ləğv olunduğunu elan etdi

9:30 Çin əsgərlərinin təlimi dünyanı heyrətə saldı - VİDEO

17 YANVAR 2017

23:09 L.Ter-Petrosyanın “göz yaşları“na inanmaq olarmı?...

22:52 Kəndçi qızı, həkim, yoxsa... - Birinci xanım kimdir?

22:46 Milyarderlərin pul üçün verdiyi qurbanlar

21:15 Dünya çemipionunun intim görüntüləri ailə həyatına problem yaratdı - VİDEO

20:53 İlham Əliyev xanım həmkarı ilə görüşdü - FOTOLAR

20:45 Prezidentin bir sözü dolları ucuzlaşdırdı

19:46 Elmar Məmmədyarovdan sərt sözlər - MÜSAHİBƏ

19:28 Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

18:33 Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - VİDEO/FOTO

18:05 Banklara borcu olanlarla bağlı - YENİ QADAĞA

17:51 Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17:42 Novruzda neçə gün tətil olacaq?

17:30 Mədət Quliyev görüş keçirdi

17:15 İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları - SİYAHI

17:02 Azərbaycanda ən çox nə zəhərləyir?

9:58 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər

16 YANVAR 2017

22:37 İlham Əliyev Davosda görüşlər keçirib - FOTO

21:31 Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü - VİDEO

20:04 Emin Ağalarov əkizləri və Əminə ilə gəzintidə - VİDEO

19:26 Prezidentin tənqid etdiyi “Azəraqrartikinti”də talan - Oliqarx-deputatın əməlləri

18:47 “Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı

16:58 Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı



loading...
Arvadının gözü önündə xəyanət edən bakılı - FOTO-VİDEO
Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi.
42 milyardı var, 20 ildir eyni maşını sürür - FOTO

Dünyanın məşhur milyarderləri arasında özünə məxsus xüsusiyyətləri olanlardan biri də İKEA şirkətinin qurucusu Ingvar Kampraddır.
Azərbaycanlı aparıcının səhhəti pisləşdi - FOTO

ATV-nin məşhur aparcısı, ANS-in keçmiş əməkdaşı Aytən Səfərovanın səhhəti pisləşib. Bu haqda aparıcı özü məlumat verib:
MTN-nin qadın generalı Namiq Abbasovdan şiddətli töhmət alıbmış - SƏBƏB
MTN işi üzrə barəsində cinayət işi açılan və ev dustaqlığı qətimkan tədbiri seçilən general Natavan Mirvətova ilə bağlı maraqlı detal ortaya çıxıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016