"Zapılar" günahkar deyil

Zakir Qaralovdan yeni təyinat

ANS-in dağılan tıfağı

ANS bağlanandan bir çox söz və təhlillər əşitdim. Amma ən yadımda qalan iki fikir oldu... Biri “Azərbaycan mediyası yetim qaldı” və xətri əziz olan bir insanın dediyi “ANS-lə xalqın hakimiyyəti də tənəzzülə uğradı” ifadəsi oldu.
Ətraflı

Türkiyədə nə baş verir? - ŞƏRH

Türkiyədə Xalqların Demokratik Partiyasından olan deputatlara qarşı əməliyyatlar davam edir. Məhkəmənin qərarı HDP-nin həmsədri Səlahəddin Dəmirtaş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Figən Yüksəkdağ daxil olmaqla 8 millət vəkili həbs olunub. Onlar PKK-ya silah və maliyyə yardımı göstərilməkdə ittiham edilirlər.
Ətraflı

Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları - III HİSSƏ

Transatlantik nəzəriyyəni öyrənən Kolumb, bir çox alimlərin başağrısına çevrilən məşhur layihəsini tərtib edir və onu, Seutanın arxiyepiskopu Diyeqo Ortis de Villeqasın rəhbərliyi altında, Portuqaliyanın ən istedadlı və bacarıqlı alimlərin, riyaziyyatçıların fəaliyyət göstərdikləri kiçik Lissabon akademiyasına – “Riyaziyyatçılar Xuntası”na – təqdim edir. Bu təşkilatın bir neçə üzvü yəhudi alimləri idi; o dövrün astrolyabiyasını və sektantını təkmilləşdirmiş usta Rodriqo və naviqasiya astronomiyasının ustası Xose Vitsinqo. Adı çəkilən adamlar dəqiq bilirdilər ki, layihədə göstərilmiş uzunluq barəsindəki ölçülər və həmin ölçülərə dair verilmiş məsafələr düzgün ola bilməz. İş ondadır ki, onlarda da Yer kürəsinin uzunluğunun dəqiq ölçüsü yox idi, lakin buna baxmayaraq həmin alimlər əmin idilər ki, elə Kolumbun da ortaya qoyduğu hesablamalar düzgün verilməyibdir.
Ətraflı

11 sentyabr dünyanı necə dəyişdi?

11 sentyabr 2001-ci il... bu tarixi amerikalilar dəhşətli terror aktları ilə, bütün dünya isə bir neçə müharibə və dünyada başlanan antiterror əməliyyatları ilə xatırlayacaq. Amerika tarixinin ən dəhşətli terror aktı yalnız Amerikaya və amerikalılara təsir etmədi.
Ətraflı

Fikrət Yusifov: Böhrandan çıxışın yolları...

Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu.
Ətraflı