Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Gəncə hadisələri xarici xüsusi xidmət orqanlarının planlaşdırdığı cinayətdir” – Xanlar Vəliyev

“İyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər”
Ətraflı

Allahşükür Paşazadə: “Dindarlarımızdan çox razıyam”

“İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə açılan atəş dövlətçiliyə açılan bir atəş idi. İyulun 10-da isə insanların keşiyində dayanan iki polisimizin şəhid olması bir daha göstərir ki, bu, məqsədyönlü şəkildə aparılan bir siyasət olub. Bunun arxasında Azərbaycanda iğtişaş törədilməsi məqsədini güdən, Azərbaycanın inkişafını istəməyən qüvvələr durur. Mən dindarlarımızdan, din xadimlərimizdən çox razıyam. Onların hamısı bu məsələni pislədi”
Ətraflı

Hadı Rəcəbli: “Sosial şəbəkə səhifələri nəzarətə götürülməlidir”

“Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır”
Ətraflı

“Gəncədəki hadisəni törədənlər Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qruplaşmalardır”

“Dünən Gəncədə baş verən iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin Müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyatı yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb”
Ətraflı