Mətbuatımızın siması olmuş qəzetlər: onlar indi yoxdur (SİYAHI)

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ili müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.
Ətraflı

“Səddamın evi yıxılsın, o elədi“ - Qəzənfər Paşayev

Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru Qəzənfər Paşayevlə geniş müsahibəmizdə türkmənlərin faciəvi durumundan danışdıq. Hələ ötən əsrin 80-ci illərində İraqdakı çalışmalarının məntiqi yekunu olaraq yazdığı “Altı il Dəclə və Fərat sahillərində” kitabı ilə tanınan və uğur qazanan professorun yaradıcılığının böyük hissəsi türkmənlərlə bağlıdır.
Ətraflı