Gəncə təxribatının arxasında dayanan güc...

“Gəncədə öz vəzifəsinin icrasını həyata keçirən polislər cinayətkarlar tərəfindən qətlə yetirildi. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd cəhdində olduğu kimi bu dəfə də cinayətkarları “qəhrəman” kimi təqdim etməyə çalışanlar var”
Ətraflı

“Dünən Elmar Vəliyevi ziyarət etdim…” - Yevlaxın deputatından Fəzail Ağamalıya cavab

“Mən dünən Elmar Vəliyevi ziyarət etdim. Elmar Vəliyevlə mən uzun müddət bir yerdə işləmişik. Mən Yevlax şəhəri Yeni Azərbaycan Partiyasının sədri və Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən, Elmar Vəliyev də icra başçısı idi. Cənab prezident İlham Əliyevin diqqət və qayğısı, Elmar Vəliyevin işgüzarlığı ilə Yevlax şəhərində yenidənqurma işləri aparıldı, parklar, mədəniyyət mərkəzləri, insanlar üçün yeni iş yerləri yaradıldı. Mən də o hadisələrin şahidi olmuşam. Elmar müəllimlə bir yerdə fəaliyyətimiz olub. Mən Elmar Vəliyevin işgüzarlığını, fəaliyyətini, peşəkarlığını həmişə yüksək qiymətləndirmişəm. Onun insanlara olan diqqət və qayğısı göz qabağındadır. Elmar Vəliyev Yevlaxda doğulub və orada yaşayıb”
Ətraflı