Eldar Mahmudovu 40 mühafizəçi qoruyurmuş - yaxın ətrafı haqda yeni bilgilər

Ötən ilin oktyabrında vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Cahangir Hacıyevin işi üzrə məhkəmə prosesi davam edir. Ötən proseslərdən birində məlum olub ki, Cahangir Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dönəmdə qızı, Eldar Mahmudovun gəlini olan Aida Mahmudovanın adına bankın “Mərkəz” filialından bir neçə milyonluq kredit götürülüb.
Ətraflı

“Qanuni oğrular” keşniş üstündə niyə qan tökürlər? – I YAZI

Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Adi riyazi hesablama eləsək, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla “göy” gətirən göyərti bazarı uğrunda illərdir ki, Rusiya paytaxtında qanlı müharibələr gedir: “Göyərti müharibələri…”.
Ətraflı
1