Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verdi

“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”
Ətraflı

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirir
Ətraflı

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir
Ətraflı

Ötən il ölkədə 1886 km yeni qaz kəməri quraşdırılıb

"Ölkənin bütün regionlarının qazlaşdırılması, əvvəllər qazla təmin olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış bölgələrin qaz təchizatının bərpası, yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi və nəticə etibarı ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrası da ötən il ən vacib məsələlərdən biri olub"
Ətraflı