Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Bakıda adalar turizm cənnətinə çeviriləcək (PLAN)

Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahilboyu yerlərində dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və sairə yaradılması üçün əlverişli şərait vardır.
Ətraflı

“24 milyon insanı xəstəlik, 16 milyonu ölüm gözləyir“ - Azərbaycanlı professor

Azərbaycanda onkoloji xəstəliklərin sayı artıb. 2011-ci ildə əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 95,8 nəfər olub. 2012-ci ildə bu rəqəm 94,2-yə, 2013-cü ildə 97,5-ə, 2014-cü ildə 101,4-ə çatıb. 2015-ci ildə isə Azərbaycanda əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 106,9 nəfər olub. Ötən il isə bu rəqəm bir qədər yüksəlib və əhalinin hər 100 min nəfərindən 108,5-də onkoloji xəstəlik olub. Bir sözlə, onkoloji xəstəliklər 5 ilə 10 faizdən çox artıb.
Ətraflı

Bu yazı övladınızı ölümdən qoruyacaq - Ən vacib bilgilər

Körpə uşaqlar üçün ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Süd müxtəlif şirkətlər tərəfindən istehsal edilən uşaq yeməkləri ilə əvəzlənir. Son illərdə Azərbaycan uşaqların 80 faizinin qida təminatı əsasən xaricdən gətirilən uşaq yeməkləri ilə ödənilir. Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri 22 milyon dollar olub.
Ətraflı