Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Elza Seyidcahandan şok etiraf: “Övladımdan imtina etdim“

"Son zamanlar sosial, maddi problemlərə görə cütlüklər birdən çox uşaq dünyaya gətirmirlər, deyirlər saxlamaq olmur. Amma hər uşağın öz qisməti, ruzisi, alın yazısı var. Bəlkə də ana bətnində tələf olan uşaq Azərbaycanın hansısa dahi şəxsiyyətidir. Bəlkə də analar özləri də bilmədən Üzeyir Hacıbəyli, Bethoven, Eynşteyn kimi dahiləri tələf edirlər. Fikir vermisinizsə, ailədə mübahisə ilə, istənilmədən dünyaya gələn uşaqlar digərlərindən fərqlənir, qeyri-adi olurlar. İstənilməyən uşaq ağlı, ruzisi, parlaq gələcəyi ilə fərqlənir. Bəzən bütün ailənin qayğıları onların çiynində olur”.
Ətraflı

Baytarlıq İdarəsi gələcəyimizi qumara qoyub?

KİV-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya- heç bir qanunun aliliyindən və heç kimdən çəkinmədən sahibkarların açıq-açığına soyulmasının davam etdirilməsi, peşəkar baytarlıq işçilərinin qanunsuz kütləvi işdən çıxarılaraq onların yerinə qohumluq və tələbə yoldaşı prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanması, rayonlarda yoluxucu xəstəliklərin, yayılması və digər qanunsuzluqlar barədə dəqiq, təkzib edilməz faktlara söykənən xeyli sayda yazılar dərc olunub. Onu da bildirək ki, cumhuriyyet.az olaraq sözügedən idarə və burda baş verənləri daimi olaraq diqqətdə saxlamışıq
Ətraflı

Hansı deputatlar qurban kəsdirib? - SORĞU

Bu gün islam aləminin ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı qeyd olunur. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvanlar isə əsasən kasıblara, ehtiyacı olan insanlara paylanılır. Bayramı demək olar hər kəs sevinclə qarşılayır və imkanı çatdığı sayda qurban kəsdirir
Ətraflı

Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları - IV YAZI

Roma pontifiklərinin xeyir-duası ilə dördüncü qitəyə yollanan xaçpərəstlər bərəkətli, münbit torpaqda məskunlaşan, xüsusən də möhtəşəm mədəniyyət abidələri və özünəməxsus sivilizasiya yaratmış iki mindən çox dilə mənsub olan aborigenləri fiziki cəhətcə məhv etməklə, bəşəriyyət tarixində ən uzunmüddətli, miqyaslı bir soyqırım təşkil etmiş və bu ləkə əbədi olaraq, qatillərin tarixinə yazıldı.
Ətraflı