Prezident Donald Trampın böyük oğlu Rusiya vətəndaşının ona Hillari Klinton haqda “incə” bir məlumat verə biləcəyinin iddia olunduğu elektron yazışmanı dərc edib
Ətraflı
“Prezidentin qardaşı və müşaviri Hüseyn Fereydunun həbsi prezident Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək və onu yolundan döndərməyəcək” Ətraflı
“Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb”.
Ətraflı
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib Ətraflı
Kürdəmir rayonunda Şor-Şor adlı kənd var. O qədər də böyük və varlı olmayan bu kənd əsas avtomobil və dəmir yolundan uzaqdadır. Daha imkanlı kəndlərdəki üçmərtəbəli villalarla müqayisə edilə bilməyəcək bayağı evlər, rayon üzrə qonşularının əlçatmaz hündür daş hasarlarından fərqli köhnə qamış çəpərlər onun sakinlərinin sadə həyatından xəbər verir. Kəndə aparan kələ-kötür yolun kənarındakı üfunət qoxan atılmış su hövzələri isə çoxdan iylənmiş lili ilə kasıblıq və ehtiyac təəssüratlarını daha da gücləndirir.
Ətraflı
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib Ətraflı
“Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyildir. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir”.
Ətraflı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir
Ətraflı
Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkarlanıb Ətraflı
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb Ətraflı