Mingəçevir və Gəncədə baş verən hadisələr ölkə gündəminin əsas hadisələri olaraq qalmaqdadır. Eyni vaxta təsadüf edən bu hadisələrin hərtərəfli araşdırılmasına ehtiyac duyulduğunu nəzərə alaraq biz də media orqanı olaraq üzərimizə düşən missiyanı yerinə yetirməyə çalışırıq Ətraflı
Dünən Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir Ətraflı
Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı etimadnaməsini Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib Ətraflı
“Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin araşdırılması üçün yaradılan Dövlət Komissiyası artıq öz işinə başlayıb. Ancaq Azərbaycanın energetika sistemindəki qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sənaye İnstitutunun mütəxəssislərindən ibarət Ekspert Komissiyası yaradılıb. Komissiyaya rəhbərlik AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiyanın bir həftə ərzində araşdırmaları yekunlaşandan sonra Sizə məruzə ediləcək” Ətraflı
“İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib” Ətraflı