Milli Məclisdə yeni təyinat

Komissiya sədri qəzanın səbəbini açıqladı - “Neft emalı zavodunda bütün qurğular dayanıb”

“Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin araşdırılması üçün yaradılan Dövlət Komissiyası artıq öz işinə başlayıb. Ancaq Azərbaycanın energetika sistemindəki qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sənaye İnstitutunun mütəxəssislərindən ibarət Ekspert Komissiyası yaradılıb. Komissiyaya rəhbərlik AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiyanın bir həftə ərzində araşdırmaları yekunlaşandan sonra Sizə məruzə ediləcək”
Ətraflı

“İradların heç birinə məhəl qoyulmayıb” – Heydərov Pirverdiyevi ittiham etdi + Video

“İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib”
Ətraflı