Repressiya olunacağını Tolstoydan öyrənən yazıçımız

Yusif Vəzir öz gündəliklərini çox sevirdi. Onun «Dəftəri gülşəni cavanlıq» adlandırdığı bu dəftərlər «ruhunun bioqrafiyası» (R.Rollan) idi. ona görə də gündəliyə bir dost, sirdaş kimi müraciət edir: «Ey mənim gündəliyim! Bu dəfə də məni sakitləşdir və mənə xeyir-dua ver. Öz səhifələrinlə məni aydınlaşdır ki, mən nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. Nahaq yerə mənim başımın üzərində ildırım çaxır və kədər qəlbimi sarır! Nahaq yerə!» (11 aprel 1908)
Ətraflı

Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II Məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib
Ətraflı