Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verdi

“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”
Ətraflı

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir
Ətraflı