Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Bu, təhlükəli tendensiyanın başlanığıcıdır” - Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli “Strateq.az”-a müsahibəsində Azərbaycanda baş verən son olaylara – Mingəçevirdə yaranan enerji böhranına, Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsdə və polis zabitlərinin qətlə yetirilməsinə müxalifətin münasibətini açıqlayıb. O, həmçinin təmsil etdiyi təşkilatın yaranmış situasiyadan çıxış yolları barədə təkliflərini səsləndirib
Ətraflı

İlham Əliyev: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm“

"Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq"
Ətraflı