Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Mehriban Əliyevanın deputat olduğu dairədə seçki nə vaxt keçriləcək?

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva deputat mandatını təhvil verəcək. Bu barədə Mehriban Əliyeva “Rossiya 24" kanalına müsahibəsində bildirib: ”Mən artıq 12 ildən çoxdur ki, parlamentin deputatıyam. Qanunvericiliyə görə, öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir".
Ətraflı

Klintonun, ya yaxud Trampın qələbəsi Azərbaycana fərqli nəsə vəd edirmi?

Adıgözəl Məmmədov: “ABŞ-ın bir dövlət olaraq məqsədi siyasi hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, oturuşmuş xarici siyasət vasitəsi ilə hegemonluğunu dünyada qoruyub saxlamaqdan ibarətdir” Zaur Məmmədov: “Obama hakimiyyətinin prezidentlik dövrü Bakı və Vaşinqton arasında o qədər də yaxşı olmamışdı. ABŞ-ın Cənubi Qafqazla bağlı diqqətsizliyi, Azərbaycana qarşı ikilistandartlar ikitərəfli münasibətlərə zərbə vurmuşdu”
Ətraflı

Avropadan “Qarabağın açarı Rusiyadadır” bəyanatının pərdəarxası

Almaniyanın kansleri Angela Merkelin prezident İlham Əliyevlə görüşündən sonra Rusiya ilə bağlı dediyi fikirlər ciddi fikir dartışmalarına səbəb olub. Xüsusilə də Almaniya liderinin Rusiyanı Qarabağ məsələsinin həllində “xilaskar” statusunda göstərməsi, Qarabağ münaqişəsinin “açarı”nın Moskvada olması barədə mövqeyi anlaşılmazlıq doğurub.
Ətraflı