Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Vergi nazirinin həbsi: Nəsirov kimin güdazına gedib?

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Ukraynanın Dövlət Fiksal Xidmətinin (Vergilər Nazirliyi statusunu daşıyır) rəhbəri, milliyyətcə azərbaycanlı Roman Nəsirov saxlanılıb. Ukraynanın Milli Antikorrupsiya Bürosu onu "korrupsiyada" və dövlətə "2 milyard qriven ziyan vurmaqda" ittiham edir. İttihama əsasən Roman Nəsirov Dövlət Fiksal Xidmətinin rəhbəri kimi öz səlahiyyətlərindən "sui-istifadə" edərək hazırda mühacirətdə olan oliqarx Aleksandr Onişşenkonun şirkətlərinə vergi möhləti verib.
Ətraflı

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” - FOTOLAR

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilir.
Ətraflı

“Boz kardinal” azərbaycanlı milyarderə qarşı: “Nazir də bunun güdazına getdi”

Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin "Rosneft” şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması ətrafında müxtəlif fərziyyələr müzakirə olunmaqdadır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, nazirə "torbanı” Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin "boz kardinal”ı sayılan "Rosneft” prezidenti İqor Seçin "tikib”. O, Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib. Hərçənd İstintaq Komitəsi Ulyukayevin rüşvət tələb etdiyinə və pulu alarkan yaxalandığına dair təkzibedilməz dəlillərə malik olduğunu, yaxın günlərdə videokadrları yayacağını bildirir.
Ətraflı