Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

İlham Əliyev: “Kifayət qədər neftimiz var, heç kim narahat olmasın“

“Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir”.
Ətraflı

Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II Məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib
Ətraflı

Professor açıqladı: İntihar etmək üçün dörd əsas səbəb

"Ətrafdakı insanların davranışına diqqətli olmaq lazımdır. Həyatımız yalnız xoş və sakit günlərdən ibarət deyil. İnsan həyatı boyunca müxtəlif çətinliklər və problemlərlə üzləşir. Əksəriyyəti özünü ələ alıb problemlərinin həllinə çalışır. Lakin çətinliklər qarşısında özünü itirən, geri çəkilənlər də olur. Təəssüf ki, problem qarşısında çıxış yolu tapmayanlar intihara əl atırlar".
Ətraflı