Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Cahangir Hacıyev: “Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm“

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ətraflı

Eldar Mahmudovun həbsi gündəmə gəldi

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Beynəlxalq Bankın sabiq prezidenti Cahagnir Hacıyev bir sıra sensasiya doğuracaq bəyanatlar səsləndirməkdədir. Cahangir Hacıyev sonuncu prosesdə sabiq MTN rəhbəri Eldar Mahmudovun gəlini olan qızı Leyla Mahmudovanın adına külli miqdarda kredit borcu yazılması barədə danışıb.
Ətraflı

Cahangir Hacıyevdən sensasion sözlər: “Samir Şərifov ifadə verməlidir”

Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb. Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqarAbdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnterSecurity” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.
Ətraflı

Eldar Mahmudov Hacıbala Abutalıbova niyə bata bilməyib?

Keçmiş MTN “şefi” Eldar Mahmudovun rəhbərliyi dövründə bu qurumda fəaliyyət göstərmiş cinayətkar "çete"nin ən müxtəlif vəzifəli şəxsləri, iş adamlarını və s. müxtəlif yollarla şantaj edərək, onlardan külli miqdarda pul qoparmasına dair indiyədək mətbuatda kifayət qədər sensasiyalı məlumatlar dərc ounub. Bu gün də həmin qəbildən çeşidli informasiyalar KİV-ə sızmaqdadır.
Ətraflı

Beynəlxalq Bankla bağlı yeni komissiya yaradıldı - QƏRAR

Nazirlər Kabineti “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar verib.
Ətraflı