Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Moskvadan İrəvana növbəti hədə: “Qarabağı itirərsiniz, əgər...“

Ermənistanla Rusiyanın münasibətləri əslində göründüyü kimi, əsl müttəfiqlik münasibətləri deyil, hərgah, tərəflər rəsmi səviyyədə bunun məhz belə olduğunu göstərməyə çalışır. Ələlxüsus da 4 günlük aprel müharibəsindən sonra erməni toplumunda və siyasi dairələrində Moskvaya qarşı aşkar etimadsızlıq ovqatı hökm sürməkdədir - hərçənd Ermənistan adlı saxta dövlətin formal mövcudluğu bütünlüklə Rusiyanın hesabınadır. Ermənistandakı anti-Rusiya ovqatının bir təzahürü də Qərbə yönəlik siyasi reveransların artmasıdır.
Ətraflı

Türkiyə ordusu Qarabağa daxil olacaq - MƏXFİ PLAN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin Dağlıq Qarabağ münaqişəsində konstruktiv rolunu yenidən vurğuladı. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı iclasından Sergey Lavrovun “Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ münaqişəsinin həlindən keçir” açıqlamasının davamı idi.
Ətraflı

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda “İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə “regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.
Ətraflı