Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri -qanuni aksiya keçirməyə cəhd göstərib Ətraflı
Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd cinayətində ağır yaralanan mühafizəçi-polis Qasım Aşbazov haqqında yeni bilgilər üzə çıxıb Ətraflı
Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib Ətraflı
"Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir’’ Ətraflı
“Mən dünən Elmar Vəliyevi ziyarət etdim. Elmar Vəliyevlə mən uzun müddət bir yerdə işləmişik. Mən Yevlax şəhəri Yeni Azərbaycan Partiyasının sədri və Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən, Elmar Vəliyev də icra başçısı idi. Cənab prezident İlham Əliyevin diqqət və qayğısı, Elmar Vəliyevin işgüzarlığı ilə Yevlax şəhərində yenidənqurma işləri aparıldı, parklar, mədəniyyət mərkəzləri, insanlar üçün yeni iş yerləri yaradıldı. Mən də o hadisələrin şahidi olmuşam. Elmar müəllimlə bir yerdə fəaliyyətimiz olub. Mən Elmar Vəliyevin işgüzarlığını, fəaliyyətini, peşəkarlığını həmişə yüksək qiymətləndirmişəm. Onun insanlara olan diqqət və qayğısı göz qabağındadır. Elmar Vəliyev Yevlaxda doğulub və orada yaşayıb” Ətraflı
Mingəçevir və Gəncədə baş verən hadisələr ölkə gündəminin əsas hadisələri olaraq qalmaqdadır. Eyni vaxta təsadüf edən bu hadisələrin hərtərəfli araşdırılmasına ehtiyac duyulduğunu nəzərə alaraq biz də media orqanı olaraq üzərimizə düşən missiyanı yerinə yetirməyə çalışırıq Ətraflı
Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun vəziyyəti normaldır Ətraflı
Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Musavat.com xəbər verir ki, orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir
Ətraflı
Xəbər verdiyimiz kimi, iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər Ətraflı
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun cangüdəninə edilən silahlı hücum cinayət hadisəsidir. Gəncə Şəhər İcra Hakimiyyəti və respublikanın hüquq-mühafizə orqanları bu barədə rəsmi açıqlama veriblər. Allaha şükür ki, salamatçılıqdır. Elmar müəllimin səhhəti normaldır və inşallah, tezliklə işinin başına dönəcək” Ətraflı