Daha bir kredit oliqarxı həbs olundu:“Bank Standard”ın 10 milyonunu yeyib

Təsisçisi olduğu şirkətin və öz adından bankdan aldığı külli miqdarda kredit vəsaitini həmin bankın İdarə Heyətinin sədri ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb
Ətraflı

“Çudo-Peçka”nın sahibi həbs edildi

Müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb
Ətraflı

“Topaz“da uduzan qızdan dəhşətli əməl (FOTOLAR)

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib. Day.Az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.
Ətraflı

Kərəm Həsənovdan İlham Əliyevə növbəti şikayət - Müraciət

"Kərəm Həsənov "Azərenerjitikinti quraşdırma ASC-yə” qarşı özbaşınalığını davam etdirir. Prezidentin 6 aprel 2010-cu il tarixli sərəncamına əsasən Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq və Əmlak Məsələləri Dövlət Komitəsinin 30 avqust 2010-cu il tarixli 263 saylı sərəncamı ilə "Azərenerjitikinti quraşdırma” ASC açıq elan edilib. Həmən sərəncamdan sonra heç bir əmək fəaliyyəti olmayan SC-in rəhbərliyi 3 dəfə dəyişdirilib, hər dəfə Əmlak Məsələləri Dövlət Komitəsi öz kadrlarını sədr təyin edib"
Ətraflı

“Evimi satıb, pulu MTN əməkdaşlarına verdim”

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Ətraflı