Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

"Ustad Əli İldırımoğlunun əsərlərini oxuduqca, bir daha əmin olursan ki..."

"Səmimiyyətlə etiraf edirəm ki, müstəqillik dövrümüzün ən məhsuldar yazıçısı hesab etdiyim ustad Əli İldırımoğlunun əsərləri ilə dərindən və hərtərəfli tanış ola bilməmişəm. Amma əminliklə deyə bilərəm ki, ustad Əli İldırımoğlu çox zəngin və mənalı həyat yolu boyu qeyri-adi talant və iradə nümayiş etdirərək xalqımızın həyatını mühüm bir mərhələsini, xalqımıza məxsus mənəvi dəyərləri sevgi-məhəbbətlə, xüsusi qayğı ilə oxucularına çatdırır"
Ətraflı

Repressiya olunacağını Tolstoydan öyrənən yazıçımız

Yusif Vəzir öz gündəliklərini çox sevirdi. Onun «Dəftəri gülşəni cavanlıq» adlandırdığı bu dəftərlər «ruhunun bioqrafiyası» (R.Rollan) idi. ona görə də gündəliyə bir dost, sirdaş kimi müraciət edir: «Ey mənim gündəliyim! Bu dəfə də məni sakitləşdir və mənə xeyir-dua ver. Öz səhifələrinlə məni aydınlaşdır ki, mən nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. Nahaq yerə mənim başımın üzərində ildırım çaxır və kədər qəlbimi sarır! Nahaq yerə!» (11 aprel 1908)
Ətraflı

Azərbaycan deyəndə gözləri parlayan azərbaycanlı

Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Ətraflı

Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II Məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib
Ətraflı