Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Qız uşaqlarının sayı niyə azalır?

“BMT-nın Əhali Fondu (UNFPA-Azerbaijan) 50 il sonra Azərbaycanda qız uşaqlarının kəskin azalacağını, bunun da demoqrafik mənada kritik vəziyyət yaradacağını proqnoz verir. Hazırda Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra 2-ci yeri tutur. Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə100 qıza 105-107 oğlan düşməlidir. Hazırda bu nisbət 100-112-dir. Oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının selektiv abort yolu ilə yox edilməsi davam edərsə, gələcəkdə cins nisbəti balansına mənfi təsirini göstərəcək”
Ətraflı

“Müsəlman ümməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir. Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına təkan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətinizi əks etdirən belə görüşlər ənənənə halı alıb. Bu müqəddəs ayda müsəlmanlar sülh, həmrəylik şəraitində bir araya gəlməklə İslamın şərəfli dəyərləri olan ruh və fikrin qidalanmasına çağırış edilir və bu ay bizi birliyə, mənəvi rahatlığa, yüksəlişə və xeyirxahlığa doğru aparır. Bununla da imkansızlara kömək etmək, qardaş olduğumuza və paylaşdığımız taledən agah olduğumuza görə bir-birimizi bağışlamaq və qəbul etmək üçün hamımızın daxilində olan xüsusiyyəti alovlandırır”
Ətraflı