Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Yazıçılar Birliyinin sədri olmağımla bağlı təklifi ilk dəfə Əkrəm Əylisli səsləndirdi” - Anar

“Bir həqiqəti də deməsəm olmaz ki, o vaxt (1987-ci ildə – red.) Mərkəzi Komitənin Birinci katibi Kamran Bağırov mənim seçilməyimi istəyirdi. Çox illər sonra bir “sirri” açmağın da zamanı yetişib. Plenum ərəfəsi MK nın başqa bir katibi Həsən Həsənov mənə: sədr seçmək məsələsi ortaya çıxsa sənin namizədliyini yazıçılardan kim təklif edə bilər? – deyə soruşdu. Bir an da tərəddüd etmədən: -Əkrəm Əylisli – dedim, Həsən müəllim Əkrəm Əylisliyə telefon etdi, məsələdən agah etdi və soruşdu: səncə İsmayıl müəllimin ərizəsinə Plenum razılıq versə, onun yerinə kim namizəd ola bilər? O biri telefonla Həsən müəllim mənimlə əlaqə yaratmışdı və Əkrəmin cavabını başqa telefondan eşitdim: – Əlbəttə Anar – dedi Əkrəm. Bunu unutmuram, amma bir az komik məqam da yadımda qalıb. Bu cavabdan dərhal sonra Əkrəm Həsən müəllimdən xahiş etdi ki, onun Əylisdə tikdirdiyi evə bir maşın daş göndərmək lazımdır. Həsən müəllim sevincək:-Əşşi bu asan məsələdir,-dedi-sən bu təklifi plenumda ver”
Ətraflı

Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Bakıdakı Mərkəzi Klinik Xəstəxanadadır. Fevralın 23-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər deyib ki, İsa Qəmbər xəstəxanaya dünən müraciət edib və bu gündən müayinələr təyin olunub: “Belə müayinələrin olacağı 20 gün əvvəldən bəlli idi, ona görə də xəstəxanaya müraciət etdik. Həkimlərin dediyinə görə, proses iki-üç gün çəkəcək. Yəqin İsa bəy qarşıdakı bazar ertəsi evə buraxılacaq. Səhhəti qaydasındadır, heç bir problem aşkar edilməyib”
Ətraflı

“Niyə İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər demir ki, kitab yandırmaq yaxşı şey deyil?!”

"Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy – mənim ona hörmətim var – haqqında yazmışdım. Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil? Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?”
Ətraflı