Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Baytarlıq İdarəsi gələcəyimizi qumara qoyub?

KİV-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya- heç bir qanunun aliliyindən və heç kimdən çəkinmədən sahibkarların açıq-açığına soyulmasının davam etdirilməsi, peşəkar baytarlıq işçilərinin qanunsuz kütləvi işdən çıxarılaraq onların yerinə qohumluq və tələbə yoldaşı prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanması, rayonlarda yoluxucu xəstəliklərin, yayılması və digər qanunsuzluqlar barədə dəqiq, təkzib edilməz faktlara söykənən xeyli sayda yazılar dərc olunub. Onu da bildirək ki, cumhuriyyet.az olaraq sözügedən idarə və burda baş verənləri daimi olaraq diqqətdə saxlamışıq
Ətraflı

Bu yazı övladınızı ölümdən qoruyacaq - Ən vacib bilgilər

Körpə uşaqlar üçün ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Süd müxtəlif şirkətlər tərəfindən istehsal edilən uşaq yeməkləri ilə əvəzlənir. Son illərdə Azərbaycan uşaqların 80 faizinin qida təminatı əsasən xaricdən gətirilən uşaq yeməkləri ilə ödənilir. Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri 22 milyon dollar olub.
Ətraflı

Hansı deputatlar qurban kəsdirib? - SORĞU

Bu gün islam aləminin ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı qeyd olunur. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvanlar isə əsasən kasıblara, ehtiyacı olan insanlara paylanılır. Bayramı demək olar hər kəs sevinclə qarşılayır və imkanı çatdığı sayda qurban kəsdirir
Ətraflı

Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları - IV YAZI

Roma pontifiklərinin xeyir-duası ilə dördüncü qitəyə yollanan xaçpərəstlər bərəkətli, münbit torpaqda məskunlaşan, xüsusən də möhtəşəm mədəniyyət abidələri və özünəməxsus sivilizasiya yaratmış iki mindən çox dilə mənsub olan aborigenləri fiziki cəhətcə məhv etməklə, bəşəriyyət tarixində ən uzunmüddətli, miqyaslı bir soyqırım təşkil etmiş və bu ləkə əbədi olaraq, qatillərin tarixinə yazıldı.
Ətraflı