Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

NATO PA-da erməni vəhşiliyi müzakirə olundu

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb
Ətraflı

Polkovnik Sarkisyanın müharibə bəyanatına cavab verdi

Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı gedişlər edir. İşğalçı dövlət bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərmək üçün Moskvada keçirilən xarici işlər nazirlərinin toplantısına qatılır, bir tərəfədən cəbhədə vəziyyəti gərginləşdirir, Azərbaycan tərəfinə raket atır. Digər yandan isə prezident Serj Sarkisyan müharibənin hər an başlaya biləcəyinə dair bəyanat verir. Təbii ki, bu təzadlı gedişlər bir sıra suallar yaradır.
Ətraflı

“Sankt-Peterburq görüşündən sonra Ermənistan danışıqlardan qaçmağa çalışır”

“Azərbaycan və Rusiyanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq iqliminin yaradılması üçün ciddi səylər göstərir. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və bölgədə, ümumən ATƏT məkanında sülhə təhdid yaradan əsas amildir”
Ətraflı

Aprel müharibəsinin ildönümü: Düşmənə layiqli cavab veriləcək

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında dördgünlük müharibə baş verdi. Döyüşlər zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Erməni tərəfinin Azərbaycanın işğaldan azad etdiyi torpaqları geri qaytarmaq cəhdləri isə boşa çıxdı.
Ətraflı