Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

QHT erməni plagiatlığına qarşı

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Xarici musiqi yarışmalarında, elektron KİV-lərdə “anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahıya alınması, milli musiqimizin oğurlanması, özgələşdirilməsinə qarşı elektron mübarizə” adlı layihənin icrasına başlayıb.
Ətraflı

Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsündən çıxdı

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən çıxmaq barədə qərar qəbul edib. Bu addım təşkilatın ötən gün Kolumbiyanın paytaxtı Boqotada keçirilən toplantısında Azərbaycanın “öhdəliklərini yerinə yetirmədiyi üçün” Beynəlxalq Şəffaflıq Təşəbbüsünə üzvlüyünün dayandırılmasına dair qəbul etdiyi qərara cavab olaraq atılıb. Azərbaycanı Boqota toplantısında təmsil edən Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov bununla bağlı bəyanat yayıb.
Ətraflı

Moskvadan İrəvana növbəti hədə: “Qarabağı itirərsiniz, əgər...“

Ermənistanla Rusiyanın münasibətləri əslində göründüyü kimi, əsl müttəfiqlik münasibətləri deyil, hərgah, tərəflər rəsmi səviyyədə bunun məhz belə olduğunu göstərməyə çalışır. Ələlxüsus da 4 günlük aprel müharibəsindən sonra erməni toplumunda və siyasi dairələrində Moskvaya qarşı aşkar etimadsızlıq ovqatı hökm sürməkdədir - hərçənd Ermənistan adlı saxta dövlətin formal mövcudluğu bütünlüklə Rusiyanın hesabınadır. Ermənistandakı anti-Rusiya ovqatının bir təzahürü də Qərbə yönəlik siyasi reveransların artmasıdır.
Ətraflı

Gənclər sektorunda gülənçi şəbəkə milyonları necə qazanır? - Nazir müavininə qarşı sərt ittihamlar

“Sizə bu məktubu yazarkən qısa bir araşdırma apardım. Bəlli oldu ki, 1 il ərzində İ.Babayevin nəzarətində olan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyinə üst-üstə düz 500 MİN manat vəsait ayrılıb”.
Ətraflı