Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Lerikdə əri tərəfindən döyüldüyü bildirilən 51 yaşlı qadın xəstəxanada ölüb



Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. M.Qafarova orada vəfat edib.
 
Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, sonradan halının pisləşdiyi deyiblər.

 
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib.
 
M. Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi bildirilir.
 
MilliYol.Az
Etiket:

loading...