Rusiya Türkiyənin Rusiya əleyhinə sanksiyalara qoşulmamasını yüksək qiymətləndirir
AzVision.az xəbər verir ki, bu barədə Ankarada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada deyib.
“Xarici siyasət sferasında Rusiya və Türkiyə müstəqil kurs həyata keçirirlər. Biz tərəfdaşlarımızın anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etmələrini yüksək qiymətləndiririk.” – deyə, Lavrov vurğulayıb.
Rusiyalı diplomatın fikrincə, nə qədər ki, ölkələr sanksiyalar, təhdid, şantaj və diktə metodlarından istifadə edəcəklər, dünyadakı vəziyyət də bir o qədər gərgin olacaq.
Digər xəbərlər
loading...