Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Kreml Suriya danışıqlarında Türkiyəyə arxa çevirə bilər




Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 20 iyun 2018-ci il

Milli təhlükəsizlik camiyəsinin ən hörmətli şəxslərindən olan bir dostumun istəyilə Vaşinqtonda regionun xəritəsini, Suriya və Türkiyə mərkəzli olmaqla, önümüzə açaraq, bir az strategiyadan söhbət etdik. Etiraf etməliyəm ki, Suriyada baş verən bütün hadisələri daim hərbi və kəşfiyyat ağırlıqlı olaraq izləməyə alışmış bizlər üçün bu söhbət çox aydınlaşdırıcı oldu.

Aşağıda anladacaqlarımın çoxu həmin dostumun ağzından eşitdiyim məlumatlardır. Mümkün olduqca, öz şərhimi əlavə etmədən çatdırmağa çalışacam.

Suriyanın şimalı və xəritə deyincə, haqlı olaraq, orada bir kürd qurumunun yaradılması layihəsindən bəhs etməyimi gözləyə bilərsiniz. Çünki illər öncə gördüyüm bir xəritədən çox yazmışam.

O xəritəni mənə göstərən Pentaqonda işləyən bir dostum da yenidən Vaşinqtonda fəaliyyətini aktivləşdirib. Bunu da daha öncə yazmışdım. Ancaq bu dəfə mütəxəssis yazarla xəritə üzərində kürdlərlə əlaqəli olmayan, Türkiyəni orta və uzun müddətdə çətinliyə salma potensialı daşıyan başqa məsələləri müzakirə etdik.

“Kürd xəritəsi”ni mənə göstərən şəxs hazırda İsraildə olduğu üçün onunla, hələ ki, görüşə bilməmişəm. Ancaq görüşərkən, təbii ki, xəritə layihəsini soruşub, alacağım cavabı da yazacam.

Rusiyanın layihəsi

Milli təhlükəsizlik üzrə mütəxəssis olan yazar dostumun anlatdıqları, həqiqətən, çox önəmli idi. Və mən ən önəmli hesab etdiyim nöqtələri sizə çatdırmaq istəyirəm.

Suriyanın gələcəyi məsələsi ilə bağlı olaraq Türkiyə Rusiya və İranla birlikdə işləyir, lakin Rusiya o gələcəklə bağlı Türkiyənin maraqları ilə tam örtüşməyə biləcək, yeni bir sülh nizamı üzərində də işləyir.

Həmin mütəxəssis yazar önümüzə açdığımız xəritədə Aralıq dənizi sahilindəki bölgəni göstərərək, “Bura Tartus bölgəsindəki Manara sahəsidir” dedi. Putinə çox yaxın olan iki rus oliqarxı bu bölgədə böyük turizm obyektləri yaratmaq üçün çalışır. Arkadi Rottenberq və Gennadi Timçenko adlı, Putinin çox yaxın çevrəsindən olan iki oliqarx bölgənin infrastruktur investisiyalarını da öz üzərlərinə götürərək, işə başlayıblar. Bu iki şəxsin Suriyada olan “Vaqner” adlı muzdlu hərbi təşkilata da maliyyə dəstəyi verdiyi məlumdur. Xatırlayırsınızsa, bu “Vaqner”in muzdlu əsgərləri Deyr əz-Zor bölgəsində ABŞ tərəfindən vurulmuşdu.

Yaradılmağa çalışılan turizm bölgəsinin çox yaxınlığında rusların Aralıq dənizinə açılan ən böyük hərbi bazaları da mövcuddur.

Krımla əlaqə

Qısa müddət öncə, Putin Krımı Rusiyaya bağlayan 12 mil uzunluğundakı körpünün açılışını edib. Bu körpü üzərindən Krım limanlarından Suriyaya göndəriləcək gəmilərə yüklənən yüklər daşınır.

Ayrıca, gələcəkdə Rusiyadan Suriyaya tətilə gedə biləcək turistlərin də bu körpü vasitəsilə gəmilərədək daha rahat gedə bilməsi planlaşdırılır. Krım Suriya ilə bəzi sənaye investisiyaları haqqında ön anlaşmalar da imzalayıb.

Rusiya bölgədəki hərbi varlığı və infrastrukturu ilə oradakı turizm sahəsini tamamilə təhlükəsiz hala gətirdikdən sonra rus turistləri bu bölgəyə yönləndirməyi də planlaşdırır. Görülən bütün hazırlıqlar bunu göstərir.

Dostum bütün bunları anlatdıqdan sonra Rusiyanın planlaşdırdığı digər yatırımlarla birlikdə bölgəyə tamamən qalıcı bir şəkildə yerləşdiyini və bunun Türkiyənin iqtisadiyyatına və gələcəkdə Suriyaya qoymaq istədiyi investisiyalara necə təsir edəcəyinin hələlik məlum olmadığını, ancaq Rusiyanın hazırladığı planların ümumi yönünün Türkiyə lehinə olmadığının göründüyünü söylədi.

Qaynağım Suriyanın siyasi gələcəyi məsələsilə bağlı olaraq Türkiyənin Rusiya ilə ciddi şəkildə danışmasının lazım ola biləcəyini də sözlərinə əlavə etdi.

MilliYol.Az
Etiket:

loading...