Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyəti kim verib? Xanım idmançıdan Azad Rəhimova ittihamlar: “O, mənim yerimə güləşmir“ MTN-in müstəntiqi iş adamının əmlakını geri qaytarmır Ukraynadakı səfirliyimizin əməkdaşının ermənilərlə ŞOK FOTOSU
 

Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım - III YAZI

Tarix 19.08.16, 13:22

Font ölçüsü : - / +
bitmap-img6

Bu ondan xəbər verir ki, xristianlıq prinsiplərindən uzaq olan katolik papaları başqalarının qazandıqlarını reket yolu ilə ələ keçirmiş, üstəlik isə həmin adamları ən sərt üsullarla öldürmüşdülər. Buna bariz nümunə 1492-ci ildə İspaniyada Rekonkista başa çatan kimi ərəblərə və yəhudilərə qarşı törədilən soyqırım idi ki, həmin cinayətdən sonra ölkədə əsrlərboyu yaşamış iki böyük xalqın varidatı ispan inkvizisiyası ilə pontifik arasında bölüşdürülmüşdü. Bu azmış kimi ispan konkistadorları, sonradan isə portuqal, ingilis və fransızlar Amerika qitəsinə yollanaraq, orada minillərlə yaşamış on milyonlarla aborigenlərə qarşı soyqırım tətbiq etmiş və görməmişcəsinə onların maddi sərvətlərini, xüsusən də qiymətli metalları və daş-qaşları Avropaya daşımışdılar.


İspan kralları İzabella Kastiliyalı ilə Ferdinand Araqonlu martın 31-i 1492-ci ildə, tarixə Alqambra edikti kimi düşən xüsusi fərman imzalamışdılar. Həmin fərmana əsasən iyulun 31-nə kimi xristianlığı qəbul etməyən yəhudilər monarxların ərazilərini tərk etməli idilər. 1500 ildən çox İspaniya ərazisində yaşayan bütöv bir xalq doğma yurdlarından didərgin salınmışdı. Elə həmin ildə də belə bir müsibət 800 ilə yaxın İspaniyada yaşayan ərəblərin başına gəldi. Qranada süqut edəndə (2 yanvar 1492-ci il) katolik krallarına həmin kompaniyada yəhudi maliyyəçiləri İsaak Abravanel və Abraham Senyor (1412-1493) böyük yardım göstərmişdilər. 
Portuqaliyada sığınacaq tapmış yəhudilər, 1497-ci ildə kral I Manuelin fərmanına əsasən, xristianlığı qəbul etmədikdə, ərəblərlə birlikdə oradan da qovulmuşdular.

Maraqlı detalı xatırlamaq lazımdır. Qranada təslim olanda kral Ferdinand dilin və mədəniyyətin saxlanması ilə bağlı ərəblərlə müqavilə imzalayır. Lakin 1499-cu ildə ərəblər bütün İspaniyada təqib olumağa başlamış və onları zorla xristianlaşdırılmağa başladılar. Kralın baş inkvizitoru göstəriş verir ki, xristianlığı qəbul etməyənlərin hamısını, o cümlədən qadın və uşaqları qılıncdan keçirsinlər. Xristianlığı qəbul edənləri moriskilər adlandırdılar. Ən dəhşətlisi o idi ki, moriskilərin özünü də rahat buraxmadılar; dominikan Bled İspaniyada qalan bütün ərəbləri qılıncdan keçirmək üçün soyqırıma başlamışdı. İnsanlığı itirmiş həmin xristian deyirdi ki, “Allah o dünyada özü götür-qoy edəcək – kim cəhənnəmə və ya Cənnətə düşəcək”. 

İfrat xristian sayılan cəllad Bled bildirmişdi ki,  ölkəni tərk edən moriskilərin 80 faizini elə yoldaca öldürmüşdü. Yalnız bir ekspedisiyada Afrikaya keçmək istəyən 140 min ərəblərin 100 mini elə dənizdəqətlə yetirilmişdi. Sedilotun və başqa müəlliflərin araşdırmalarında göstərilir ki, Ferdinaddan başlayaraq ta ki, ərəblərin tam qovulmasına qədər (1610-cu ilə qədər) 3 mln müsəlman öldürülmüşdü. Məhz həmin qətliamdan sonra Avropada ən güçlü dövlət sayılan İspaniya elə tənəzzülə uğradı ki, hələ də həmin inkişafı bərpa etməyə nail olmayıbdır.  

Ərəblərin İspaniyadan deportasiya edilməsi


Yəhudilərin İspaniyadan deportasiya edilməsi
                            
Yəhudilər isə bilməlidilər ki, İspaniyada onları tam məhvdən məhz türklər qurtarmışdılar.

Qranada əmirinin süqutundan sonra yəhudilərə qarşı əsl soyqırımın başlandığını eşidən Sultan II Bəyazidin əmri ilə avqust ayında, admiral Kamal Rəisi böyük donanma ilə, qaçqınların doluşduğu Kadis limanına yollanmışdı. Dəniz quldurlarından qorxan yəhudilər gəmilərə minməyə çəkinirlər. Ona görə ki, Mərakeş sahillərinə yollanan yəhudilərlə dolu olan gəmilərin tam əksəriyyəti dəniz quldurlarının əlinə keçərək, amansızcasına qətlə yetirilmişdilər. Kamal Rəis limana daxil olan kimi hamıya bəyan etmişdi ki, Sultan II Bəyazid bütün yəhudiləri öz himayəsinə götürür və türk donanması mütəmadi olaraq 150 minə yaxın ispan yəhudisini Türkiyəyə köçürmüşdü.

Buradan belə nəticə çıxarmaq olar ki, Pireney yarımadasında yəhudilərin əsl dayağı ərəblərin timsalında müsəlmanlar idi, xristianlar soyqırıma başlayanda isə yenə də onların köməyinə müsəlmanlar gəlmişdi, amma bu dəfə türklərin qismində.

Əlavə olaraq bildirmək istəyirəm ki, XV əsrin sonuna qədər yəhudilər, Avropada bir neçə dəfə kütləvi qırğına və deportasiyaya məruz qalmışdılar: Hələ 1-ci səlib yürüşü zamanı (1096-1099) Almaniyadan keçən xaçpərəstlər oradakı yəhudiləri ucdantutma qırmışdılar. Elə bir aqibətlə yəhudilər 1290-cı ildə İngiltərədə, 1306-cı ildə isə Fransada üzləşmişdilər.

İzabella Kastiliyalının və Ferdinand Araqonlunun xahişi ilə papa IV Sikst (1471-1484) 1478-ci ildə İspaniyada inkvizisiya yaradılmasına razılıq vermiş və iki ildən sonra fəaliyyətə başlamışdı. Dominikan ordeninin üzvü, öz vəhşiliyi və yırtıcılığı ilə Afrikadakı kaftarlardan (giyena) fərqlənməyən Tomas de Tokvemada 1487-ci ildə baş inkvizitor təyin olunmuşdu.


İnkvizisiyanın törətdiyi ekzekusiyalar

İspaniyada yaradılan 17 katolik tribunalın hər birisi ildə 10 adamı tonqala göndərmiş, ümumiyyətlə isə 32 min adam inkvizisiya tərəfindən edam edilmişdi. 1498-ci ilə qədər şəxsən Torkvemadanın göstərişi ilə 2 mindən çox adam tonqalda yandırılmışdı. Lakin bu siyahıya edam edilmiş Amerika hinduları daxil deyil.

Tarixçilər qeyd edirlər ki, ümumiyyətlə inkvizisiya tərəfindən 339 min adam ən amansız şəkildə işgəncələrə məruz qalmış və onların əksəriyyəti yarımmeyit vəziyyətdə azadlığa buraxılandan sonra qısa müddət ərzində dünyalarını dəyişmişdilər.

Dini baxışlardan etnik mənsubiyyətinə keçid, yeni dövr üçün soyqırımların baş verməsinə təkan verdi və bu səbəbdən Amerikadakı aborigenlərinin kütləvi qırğınına heç bir Avropa dövləti müdaxilə edə bilmədi. Bu ayrıseçkilik, hətta başqa dinlərə mənsub olan millətləri də qan içərisində boğdu. Buna bariz nümunə X əsrin sonundan XV əsrin ortalarına kimi xristian dünyasının türklərə və ümumilikdə müsəlmanlara qarşı total müharibələri, XV əsrin sonlarında ərəblərin, sonra isə yəhudilərin İspaniyada ispanlar, XV-XX əsrdə Amerika hindularının ispan, portuqal, ingilis, fransız, amerikanlar (XVIII əsrin 70-ci illərində müstəqillik qazanandan sonra) XVII-XIX əsrlərdə indoneziyalıların hollandlar, Qərbi Hindistan, Mozambik, Anqola, Qvineya sahil zolağında əhalinin portuqallar, XVIII-XIX əsrlərdə hindistanlıların və benqaliyalıların ingilislər, Hind-Çin yarımadasındakı yerli əhalinin fransızlar, XIX əsrdə konqoluların belçikalılar, XX əsrdə azərbaycan və türklərin ermənilər, yəhudilərin və rusların almanlar, yaponların, vyetnamlıların amerikanlar və s. tərəfindən qırılmasıdır ki, bu məsələdə Katolik kilsəsi təhrikçi rolunu oynamışdır. 


Tonqala məruz qalanlar


Tonqalda əsasən şərlənən qadınlar yadırılırdı

1 aprel 1992-ci ildə ispan kralı Xuan Karlos sinaqoqa gəlmiş və 500 il əvvəl baş verən haqsızlığa görə bütün yəhudilərdən üzr istəmişdi. Halbuki rəsmi rəqəmlərə görə 500 minə (bəzi mənbələrə əsasən 1 milyon) yaxın yəhudinin bir qismi amansızcasına məhv edilmiş və digər hissəsi isə ölkədən qovulmuşdu. Lakin ərəblərin taleyi yada salınmadı.


Yazıçı-tədqiqatçı, publisist, ədəbiyyat üzrə Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureat Ramiz Dəniz 

Əvvəlki yazılar

Katolik papaların  törətdikləri soyqırımlar” - I YAZI

Pontifiklərin cinayəti sayılan səlb yürüşləri - II YAZI



Xəbərin oxunma sayı : 874

loading...

Analiz

Önəmli

Son xəbərlər

26 FEVRAL 2017

13:59 İlham Əliyev Ərdoğana zəng etdi

13:31 İlham Əliyev və Mehriban Əliyeva Xocalı yürüşündə - FOTOLAR

13:16 Nazir müavinindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

12:02 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

11:02 Cəbhədə vəziyyət necədir? - Nazirlikdən son açıqlama

10:00 Ermənilərin Xocalıda soyqırımı törətməsindən 25 il ötür

25 FEVRAL 2017

18:15 SON DƏQİQƏ! Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - FOTO/VİDEO

16:21 Cəbhədə son vəziyyət - VİDEO

15:31 Bakıda bahalı avtomobillərdən ibarət toy karvanı - VİDEO

13:46 Ərdoğan: “Edam üçün referendum da keçirərik”

13:41 Ukrayna yeni inqilab astanasında: Moskva Poroşenkonu devirə bilər

13:02 Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyəti kim verib?

12:51 Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər - VİDEO

12:48 “Ermənilər bu təxribata görə peşman olacaq“ - Baş nazirin müavini

12:29 Flora Kərimovadan sərt açıqlama: “Zeynəb, heç vicdanın sızıldamadı?”

12:10 Cəbhədəki gərginliyin səbəbi açıqlandı - Hədəf Nərgiz təpədir

11:53 Burada boşanan qadınları diri-diri qəbirə salırlar - VİDEO

11:46 Xanım idmançıdan Azad Rəhimova ittihamlar: “O, mənim yerimə güləşmir“

11:40 954 milyon manat hara xərclənib?

11:34 “Ən yaxşı həyat yoldaşı“ olan bürclər - SİYAHI

11:28 “Kruqunuzu” düzgün seçin - 5 məsləhət

11:20 ABŞ dolların bahalaşma tarixini açıqladı - Məzənnə yüksəldi

11:09 Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama

10:03 Cəbhədə gərginlik pik həddə çatdı

9:52 İşğalçının təhrikçi davranışının arxasındakı “Rusiya izi”

9:45 MTN-in müstəntiqi iş adamının əmlakını geri qaytarmır

24 FEVRAL 2017

20:06 Rəqqasə Fatimənin özündən gözəl qızı - FOTOLAR

18:57 İsrailin daha bir fantastik silahı - VİDEO

18:44 Brilliantla Nazpərinin arxiv görüntüləri ortaya çıxdı - ŞOK VİDEOLAR

18:38 Prezident 16 milyon manat ayırdı - Vacib sərəncam

18:03 Mehriban Əliyeva təşəkkür etdi - “Yeni hədəflər, yeni imkanlar...“

17:27 “İlham Əliyev kimi prezidentə xəyanət etmək olmaz“ - Milyarder Fərhad Əhmədov

17:10 Baş redaktordan birinci vitse-prezidentə müraciət

16:30 Nazir: “Bu il “Cənub Qaz Dəhlizi“ üçün həlledicidir“

16:15 “Biz artıq ağlaşma üzərində köklənməyəcəyik”

15:50 “Prokuror 2.5 milyon ödəyib, Abbası həbsdən çıxardı…”

15:15 DTX-dan növbəti əməliyyat – 2 casus həbs edildi

14:44 Manatla neftin qiyməti arasında əlaqə axtarmayın

14:20 Trampı Ağ Evdən vurub çıxarmaq planı açıqlandı

13:43 Aktrisa zorlanma səhnəsi üçün ərindən icazə aldı - VİDEO 18+

13:35 Saxta viza satan şəxs barədə məlumat yayıldı - RƏSMİ

13:30 İŞİD-i vuran türk pilot Nusretin bu hərəkətini etdi, fenomen oldu - VİDEO

13:15 Azərbaycan neftinin qiymətində böyük bahalaşma

12:56 “Uşaq başqasındandır“ deyən hamilə arvadını... - VİDEO

12:46 “Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu“ - Ayaz Mütəllibov

12:40 Problemli kreditlər silinməlidir - Dünya Bankı

12:31 Azərbaycanlı müğənni nəvəsinin ad günündə 75 minlik maşın bağlatdırdı - VİDEO

11:15 Erməniləri təxribat törətdi, Zakir Həsənov izlədi - VİDEO

10:33 Hesabından pul çıxardanlara dollar təklif edilir – Banklarda manat tapılmır

10:21 İlham Əliyev Azərbaycanın yeni qaz yatağı haqda

10:13 Yaxın 2 ildə manatın kursu neçə olacaq? – “FİTCH“ açıqladı

10:02 Leyla Əliyeva müəllimlərlə selfi çəkdirdi - FOTO

23 FEVRAL 2017

17:39 Ukraynadakı səfirliyimizin əməkdaşının ermənilərlə ŞOK FOTOSU

17:33 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:24 “Cənub Qaz Dəhlizi“ ABŞ üçün strateji layihə olaraq qalır

17:18 Lapşinin anası Bakıya gəldi, yeni vəkil tutdu

17:08 Azərbaycanda saxta viza qalmaqalı: 200 nəfər necə aldadıldı - ŞOK

17:00 “Niyə vaxt itirək, vaxt pul deməkdir“ - İlham Əliyev

16:44 Natiq Əliyev: “Avropa ölkələrinin gözü Azərbaycandadır“

16:18 İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib

16:13 Yunanıstan naziri Türkiyəni hədələyib:“Biz viranə qoyulmuş Suriya deyilik”

16:06 Azərbaycan təhsilində “yenilik“: valideynlərə rüşvət sənədi imzalatdırılır - FOTO

15:56 Azərbaycanda qadın ərini yataqda bacısıyla tutdu - VİDEO

15:33 66 yaşlı Şəmkir sakini intihar edib

15:24 Ötən il Azərbaycana 2 milyon 250 min nəfər turist gəlib

15:18 “İnsanlığın özünü ərzaqla təmin etmək qabiliyyəti təhlükə altındadır”

15:12 “Tramp – Putinin oyuncağı deyil ki?“

15:05 Gürcüstan baş naziri Azərbaycan prezidentinə zəng edib

14:50 Cavid Qurbanovun yanlış yolu

14:37 Vasif Talıbovun vitse-prezident məsələsinə aydınlıq: “Yanlışlığa yol veriblər“

14:22 “Bakı Marafonu-2017” üçün qeydiyyat məntəqələri fəaliyyətə başladı

14:01 Nazir gəlinin erotik görüntüləri yayıldı - VİDEO

13:50 İcra başçısı saxta sənəd verdi: sahibkar 700 min ziyana düşdü - FOTO

13:43 “FOX TV”nin Azərbaycanda yayımını kim dayandırıb?

13:34 Rusiyadan Mehriban Əliyeva haqqında deyilən sözlər

13:20 Ramil Usubov işdən çıxardığı generallara vəzifə verdi

13:18 “Kiçik otağa girmiş iki fil” –Türkiyə ilə İran arasında gərginlik niyə artır?

13:18 “Kiçik otağa girmiş iki fil” –Türkiyə ilə İran arasında gərginlik niyə artır?

13:05 Lerikdə qar uçqunu - bir ailənin 4 üzvü ölüb

12:48 Əfsanəvi futbolçumuzun 71 yaşı qeyd olunur

12:42 Azərbaycan generalıdan müharibə anonsu: “Genişmiqyaslı döyüşlər olacaq“

12:12 Qorbaçov villasını neçəyə satır?

12:05 Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

11:44 Ermənistandakı “İsgəndər” raketlərinin sayı açıqlandı – 25 ədəd raket alıb

11:38 Prezident İlham Əliyev Maroş Şevçoviçlə görüşüb

11:32 “Rəis mənə deyir ki, səni ilişdirəcəm“-Neftçalada özbaşınalıq

11:24 Eks-deputatın “imperiyası” süqut edir

11:15 Ərdoğanın kürəkəni İlham Əliyevin qəbulunda

11:05 İtaliyalı nazir: “TAP bizim üçün ən böyük enerji layihəsi hesab olunur”

10:44 İnstaqram Sevdanı rəsmən tanıdı

10:38 Gürcüstan prezidenti Azərbaycana gələcək

10:33 Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradılıb - Siyahı

10:24 Türkiyənin baş naziri Mehriban Əliyevanı təbrik etdi

10:18 Cəbhədə vəziyyət gərginləşdi: Zakir Həsənov təcili ön xəttə getdi

10:12 “Yanvar ayında Azərbaycan əhalisinin gəlirləri artıb” – Rəsmi

10:05 XİN Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22 FEVRAL 2017

18:36 Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək

18:28 Röya elə bir fotosunu paylaşdı ki...

18:24 “Rusiya Qarabağda münaqişəni qızışdırır...”

18:20 Gediş haqqı ucuzlaşa bilər

18:15 Prezident Qarabağ atı ilə bağlı 2 milyonluq sərəncam imzaladı

17:28 “Yunanıstan və İtaliyada hökumət dəyişiklikləri “Cənub Qaz Dəhlizi“nə təsir göstərir“

17:23 Mətanət İsgəndərli qızı ilə elə rəqs etdi ki... - VİDEO

17:18 Hərbi prokurorun köməkçisi işdən çıxarıldı

17:12 “Vaşinqton səfir Çurkinin cəsədinin ekspertizası barədə məlumatları sızdırıb”

16:49 Cəbhədən acı xəbər gəldi: şəhidimiz var

16:44 “U-19 liqasında oyun alqı-satqısı virus kimi düşüb“ - VİDEO

16:37 “Evlilik proqramındakı qızlar fahişədir, qiymətlərini də bilirəm“ - VİDEO

16:26 İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir - Deputat anons verdi

16:16 “Yeni Yasamal” MTK-dan şikayət var

16:05 “İsgəndər”lər bizimdir” - Ermənistanın müdafiə naziri

15:44 Azərbaycanda narkomanların sayı artıb

15:33 Kim Çen Inın öldürülən qardaşının erməni dostu üzə çıxdı və nələri danışdı...

15:28 “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”

15:22 “ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”

15:14 Lavrovla Nalbandyan görüşdü – Fotolar

15:09 “Mehriban Əliyevanın təyinatı düzgün, ədalətli və faydalı qərardır” - Əli Əhmədov

14:44 Akif Çovdarovun vəkilləri KİV-də gedən yazıları məhkəməyə təqdim ediblər

14:38 Ancelinadan gözlənilməz cavab: “Bred çox yaxşı atadır“

14:34 Əsgərlərin pulunu “yeyən” komandir: “Vətənə xəyanət etməmişəm ki...” - VİDEO



loading...
Dünyanı əlil arabası ilə idarə edən demokrat - FOTOLAR

Vədinə xilaf çıxan siyasətçi, yeriyə bilməyən “don juan”
Qızının üşüməməsi üçün 2 milyon dolları yandıran narkobaron… - İlginc faktlar

Onun pulu hər il 10 faiz azalırdı. Çünki pullarını siçovullar yeyirdi. Haqqında danışacağımız adam yaşadığı dövrün ən məşhur və ən zəngin insanlarından olub. Söhbət 1970-ci illlərdə narkotik ticarətinə başlayan bir çox insanın tanıdığı narkobaron Pablo Eskobardan gedir.
“FOX TV”nin Azərbaycanda yayımını kim dayandırıb?

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.
TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016