“Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezident seçkisində özünün namizədliyini irəli sürmək əvəzinə partiyann bir başqa tanınmış fiquru Məhərrəm İncəni prezident postuna layiq görməsinin bir neçə səbəbi ola bilər”
“Səbəblərdən biri odur ki, Kılıçdaroğlu İncənin qalib gəlməyəcəyi təqdirdə partiya daxilində nüfuzunun aşağı düşəcəyini yaxşı bilir”.
Teleqraf.com xəbər verir ki, bu bu barədə siyasi ekspert Elxan Şahinoğlu Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CXP) prezident seçkilərində Məhərrəm İncənin namizədliyini irəli sürməsini şərh edərkən bildirib.
"Kamal Kılıçdaroğlu seçkidə indiki prezident Rəcəb Təyyub Ərdoğanla yarışsaydı ona uduzacaqdı, bu halda partiya liderliyindən istefa vermək məcburiyyətində qalacaqdı. Ona görə də Kamal Kılıçdaroğluna partiya daxilində qurbanlıq quzu lazım idi. İkincisi, Kamal Kılıçdaroğlu Məhərrəm İncənin namizədliyini irəli sürməklə onun simasında partiyadakı əsas rəqibindən qurtulmağı da düşünür. Çünki Kamal Kılıçdaroğlu bilir ki, İncə Ərdoğana uduzsa, partiya liderliyi iddiasından da əl çəkəcək", deyə ekspert qeyd edib.
E.Şahinoğluna görə, Kılıçdaroğlunun hesabları alınmaya da bilər. Mühərrəm İncə Ərdoğana məğlub olsa belə kifayət qədər səs toplasa bu onun gələcəkdə CXP liderliyinə iddiasını ortaya qoya bilər: "Vaxtilə elə Kamal Kılıçdaroğlu da eyni yolla partiyanın başına gəlmişdi. O, İstanbulda bələdiyyə seçkilərində AKP-nin namizədinə az fərqlə məğlub olmuşdu, buna baxmayaraq qazanılan səslər bir müddət sonra ona Dəniz Baykalı əvəz etməyə şərait yaratmışdı. Fikrimcə, Məhərrəm İncə Kamal Kılıçdaroğludan daha güclü siyasətçidir, inandırıcılıq qabiliyyəti güclüdür".
Digər xəbərlər
loading...