Devid Maski
“Perw” Araşdırmalar Mərkəzi (ABŞ)
Bu yaxınlarda Polşada ölkəni Holokostda və ya insanlığa qarşı digər cinayətlərdə ittiham edənləri cəzalandırmaq məqsədi ilə qanun qəbul edilib. Yeni qanun ölkədəki anti-semitizm və ksenofobiya tarixinin gizlədilməsi cəhdinə görə narahatlıq doğurub.
“Pew” Araşdırma Mərkəzinin 2015 və 2016-cı illərdə Polşa, habelə Mərkəzi və Şərqi Avropanın digər ölkələrdə keçirilən sorğusuna əsasən, bu gün Polşada böyüklərin əksəriyyəti yəhudiləri yurddaş, qonşu və ailə üzvləri kimi qəbul etməyə hazır olduqlarını deyiblər. Məsələn, on polyakdan təxminən yeddisi yəhudiləri qonşuları və ya yurddaşları kimi qəbul edəcəyini söyləyib.
Bununla yanaşı, Polşada böyüklərin əsas hissəsi əks mövqedədir. Polşa əhalisinin 18%-i yəhudiləri öz ölkələrinin vətəndaşları kimi qəbul etməyəcəklərini və 20%-i yəhudi qonşu istəməyəcəyini söyləyir. Əhalinin təxminən üçdə biri (30%) yəhudi şəxsi ailənin üzvü kimi qəbul etməyəcəyi rəyindədir.
Söhbət Avropadakı digər iki azlıq qrupundan getdikdə, polyakların baxışları daha mənfi olur: müsəlmanlar və qaraçılar.
Digər xəbərlər
loading...