• Xəbər lentİ
Fləş

Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

11:46 / 21.02.2019

Sumqayıtda avtobus binaya çırpıldı: 20-dən çox yaralı var (VİDEO)

18:27 / 21.02.2019

Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb (SƏRƏNCAM)

17:50 / 21.02.2019

MTRŞ sədri: "Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər"

16:44 / 21.02.2019

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasından iki il ötür

16:04 / 21.02.2019

Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib (FOTO)

15:45 / 21.02.2019

Sabunçu məhkəməsində hakim və prokurora fiziki təzyiq göstərilib

14:54 / 21.02.2019

Prezident yol tikintisinə 2,3 milyon manat ayırdı

14:17 / 21.02.2019

Londonda mal-mülk, ərəbə verilən milyonlar... - Arif Əsgərovun var-dövləti haqda yeni faktlar

13:06 / 21.02.2019

Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

11:46 / 21.02.2019

Şeyx dünya liderlərinə müraciət etdi

11:42 / 21.02.2019

Arif Babayev əməliyyat olundu

11:21 / 21.02.2019

Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - İddialar...

11:16 / 21.02.2019

Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

11:14 / 21.02.2019

Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

10:49 / 21.02.2019

DİM qəbul imtahanlarının vaxtını dəyişdi

10:38 / 21.02.2019

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

21:33 / 20.02.2019

Deputat qadının öldüyü qəzadan danışdı: “Porşeni idarə edən sürücüm olub”

18:13 / 20.02.2019

XİN-dən Elşad İskəndərovla bağlı bəyanat

16:37 / 20.02.2019

İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”

16:13 / 20.02.2019

Hacıbala Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...  

15:19 / 20.02.2019

İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb

14:34 / 20.02.2019

Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

14:01 / 20.02.2019

İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)

13:30 / 20.02.2019

Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: Mikayıl Cabbarovun gücü çatmır?

13:19 / 20.02.2019

AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi

13:15 / 20.02.2019

Meydan TV və Məhəmmədəli (VİDEO)

12:34 / 20.02.2019

21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

12:00 / 20.02.2019

Martda bayramlarla əlaqədar 10 gün iş olmayacaq

11:40 / 20.02.2019

Bu maşından Azərbaycanda bir dənədir (FOTO)

10:56 / 20.02.2019

Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər

10:36 / 20.02.2019
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə
Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Helsinki zirvəsi Suriya münaqişəsinin həllinə nə töhfə verdi?

18:21 18.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Maksim Suçkov

“Əl-Monitor”

Helsinkidə ABŞ prezidenti Donald Tramp və rusiyalı vəzifədaşı Vladimir Putin arasında keçirilən zirvə bu yayın ən çox gözlənilən siyasi hadisəsi idi. ABŞ-Rusiya münasibətilərində yeni bir səhifə açılsa da, 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq Trampa qarşı daxili müxalifətin təzyiqi artıb. Putin və Tramp iki saat davam edən təkbətək görüşdə bu məsələyə “aslan payı” ayırıb.

Yaxın Şərqə aid olan məsələlər bu mənzərədə olduqca marginal idi. Bir tərəfdən, Yaxın Şərqin Moskva və Vaşinqton üçün dominant məsələ olması iddia edilsə də, Suriya münaqişəsi də daxil olmaqla, region mövzular ABŞ-Rusiya gündəmində ikinci dərəcəli olub. Rusiya və ABŞ hərbi birləşmələrinin fəaliyyət göstərdiyi məkanda geosiyasi mürəkkəblikləri və ən vacibi – yaxınlığı nəzərə alaraq, nə Kreml, nə də Ağ Ev bu regionu görməməzliyə vurub və Suriyanı iki qüvvə arasında körpü saymaq üçün səbəbləri var.

Putin zirvənin açılışında bildirib ki, “tərəfdaşlığımız, eləcə də ölkələrimiz arasında qaynar nöqtələr haqqında ətraflı danışmaq vaxtı gəlib-çatıb”. Birgə mətbuat konfransında seçkiyə müdaxilə mövzusuna üstünlük verildiyini nəzərə alsaq, Tramp və Putinin Suriya və İrana dair çox az irəliləyiş əldə etdiyi görünüşünün mövcudluğu, bu iki mövzunun geniş gündəmdə olacağı gözlənilir.

Bu müşahidə doğru ola bilər, çünki iki lider ikitərəfli münasibətlərin qurulmasına və regional böhranların müzakirəsi üçün daha az vaxt sərf etməyə lap çox diqqət yetirib. Bu mənada xarici işlər naziri Sergey Lavrov və dövlət katibi Mayk Pompeo arasında görüşün məzmunu daha maraqlıdır.

Rusiya və ABŞ-ın ən yaxşı diplomatları arasında ilk görüş prezident görüşünə paralel aparılıb. O, qapalı qapılar arxasında keçirilib və indiyədək bir neçə detal məlumdur.

Ancaq həm Putin, həm də Tramp Suriyadakı yol xəritəsini nəzərdən keçirə biləcəklərini, komandalarının bir-biri ilə və müvafiq regional tərəfdaşları ilə danışıqlar aparacağını bəyan edib.

“Suriyaya gəldikdə, bu ölkədə sülh və uzlaşmanın yaradılması məsələsi müvəffəqiyyətli ortaq işin ilk vitrin nümunəsi ola bilər, – Putin mətbuat konfransında bildirib. – Rusiya və Birləşmiş Ştatlar, görünür, bu məsələdə aktiv şəkildə hərəkət, bu istiqamətdə əhəmiyyətli liderlik, humanitar böhranı aradan qaldırmaq və suriyalı qaçqınların evlərinə dönmələrinə kömək etmək üçün qarşılıqlı fəaliyyət təşkil edə bilər. Suriyadakı uğurlu əməkdaşlığın bu səviyyəsini təmin etmək üçün lazım olan bütün komponentlər var”.

Həmin komponentlərdən biri – Rusiya və ABŞ arasında hərbi əlaqələndirmədir. Hər iki prezident Suriyadakı hərbi əlaqələrini tərifləyib və hər birinin peşəkarlığını vurğulayıb. Putin ayrıca, təhlükəsizlik və kəşfiyyat xidmətləri arasında əlaqələrin “sistemli bir çərçivəyə” çevrilməsini və ehtimal ki, 2000-ci ilin əvvəlindən terrorizmə qarşı işçi qrupu yaratmaq barədə Rusiyanın təklifini xatırladıb.

Digər bir komponent isə institusional əməkdaşlıqdır. Putin İran və Türkiyə ilə birlikdə Astana prosesini davam etdirəcəyini, lakin Fransa, ABŞ, Birləşmiş Krallıq, Almaniya, İordaniya və Səudiyyə Ərəbistanı koalisiyası ilə “son uğur qazanmaq üçün mübarizə şansımızı maksimalizə etmək” hazırlığını dilə gətirib.

Başqa bir komponentə çevrilə biləcək şey – Rusiyanın Qərb qüvvələri, əsasən Fransa və ABŞ-la humanitar məsələlər və yardım səyləri ilə məşğul olmağa açıqlığıdır. Moskva bildirib ki, humanitar yardımın və digər yardım tədbirlərinin çatdırılması üçün hərbi nəqliyyatla təmin etməyə hazırdır.

Putin deyib: “Suriyanın cənubunda  qüvvələrin ayrılması (İsrail və Suriya) 1974-cü il müqaviləsinə əsasən, tam şəkildə həyata keçirilib. Bu, Colan Təpələrinə sülh gətirəcək və Suriya ilə İsrail arasında sülhü, həmçinin İsrail dövlətinin təhlükəsizliyini təmin edəcək. Cənab prezident bugünkü danışıqlar zamanı məsələyə xüsusi diqqət yetirib”.

Xəbər, yəqin ki, İsraildə məmnunluq yaradıb. Bəyanat, həmçinin İrana qoşunlarını çıxarma və İsraillə sərhəddən müttəfiq milisləri geri çəkilməsi mesaj olaraq şərh edilə bilər. Ancaq bu məsələ Putinin İsrailin baş naziri Binyamin Netanyahu və ya İranın ali liderinin təmsilçisi Əli Əkbər Vilayəti ilə Moskvada razılaşdığına dair aysberqin üst qatı ola bilər. İranın yeni dislokasiyası ilə bağlı Rusiyanın “zəmanətləri” məsələsi havada uçuşur və İsrailin ona güvənməsi üçün çox az səbəbi var.

Üstəlik, sammitdən bir gün sonra Suriyanın cənub-qərbində Quneytra vilayətinin son hissələrini hökumətin nəzarətinə vermək üçün hücumun ikinci günü idi. Rusiya ordusunun köməyi ilə Suriya ordusu Colan Təpələrinə baxan strateji yüksəkliyi ələ keçirib.

Daha sonra Rusiyanın “1-ci kanal”ına müsahibəsində Putin deyib ki, “Suriya ilə bağlı bəzi məsələlərdə razılaşdıq. Xüsusilə Colan Təpələri yaxınlığında yerləşən cənub hərbisizləşdirmə zonasında İsrailin maraqları tam nəzərə alınıb, əvvəllər bunu iranlı tərəfdaşlarımızla da müzakirə etmişik. Beləliklə, biz yalnız Suriya deyil, daha geniş mənada vəziyyəti düzəltmək üçün doğru yoldayıq”.

İran məsələsi daha geniş kontekstdə qaldırılıb, o, Putinin və Trampun Netanyahu ilə apardığı son danışıqların təsiri altındadır: “JCPOA (İranla nüvə razılaşması) haqqında Rusiyanın mövqeyi dəyişməzdir: bu, regionda nüvə silahının yayılmamasına zəmanət verən vasitədir. İran regionda MAQATE tərəfindən ən çox nəzarət edilən ölkələrdən biridir və bu alət yoxluğu təəssüf doğurur. Prezident Trampın bu mövzuda mövqeyini başa düşürük, o deyirdi ki, İran dağıdıcı regional siyasətini dayandırmalıdır. Ancaq, fikrimizcə, bu yanaşma JCPOA-nun ləğvinə gətirib çıxarmamalıdır”.

Moskva və Vaşinqtondakı mövcud siyasi mühit nəzərə alınmaqla, sammit Yaxın Şərq üçün mümkün qədər az faydalı olub. Suriyadakı və ondan xaricdəki fərqlər yerində qalır. Bölgədə davamlı sabitlik məsələlərini həll etmək üçün tərəflərin nə qədər iştahalı olduqları da görünmür. Tərəflərin müvafiq öhdəliklərini möhkəmləndirmək üçün danışıqların nəticəsi olaraq heç bir yekun sənəd yoxdur.

Putin-Tramp təkbətək görüşündən qısa müddət sonra Lavrov deyib: “Danışıqlar superdən daha yaxşı oldu”. Lavrov bu ifadəni artıq ən az bir dəfə istifadə edib. 2015-ci ilin fevral ayında Şərqi Ukrayna ilə bağlı Minsk müqaviləsi imzalandıqda. O vaxt Rusiya özü və milisləri üçün yaxşı bir razılığa gəlib, lakin münaqişə Rusiyanın xarici siyasətinə ağır yük qoyur. Bu dəfə ruslar Trampın qarşılaşacağı daxili çətinliklərdən daha çox narahatdırlar; artıq bir çox amerikalı zirvədə Putinlə münasibətinə və s. görə ABŞ prezidentini tənqid edir.

Anonim şəraitdə “əl-Monitor”a danışan Kreml rəsmisi, zirvənin nəticələrinə baxmayaraq, Moskvanın ABŞ-la təmiz səhifədən başlama illüziyasına malik olmadığını söyləyib.

“Prezidentlərin söhbəti tutub. Bu mənada zirvə ikitərəfli əlaqələrdəki inkişafını istəyənlər üçün qələbədir. Amma bilirik ki, bu gün Rusiyaya daha çox düşmən olan başqa bir Amerika da var. Onlarla heç bir dialoq yoxdur və yaxın gələcəkdə ola bilməz. Prezident Trampı bu cür səylərə görə tənqid etməyə davam edəcəklər. Beləliklə, biz uğur qazanmağımıza dair vaxtından əvvəl sevinmirik. Hazırda ağır iş gedir”.

 

Tərcümə: Strateq.az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Aytən Səfərova tanınmaz halda (VİDEO)
 

Aytən Səfərova tanınmaz halda (VİDEO)  

16.02.2019
Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

20.02.2019
Prezident Siyavuş Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident Siyavuş Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

16.02.2019
İlham Əliyevdən AzTv ilə bağlı sərəncam

İlham Əliyevdən AzTv ilə bağlı sərəncam

14.02.2019
Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

15.02.2019
Deputatdan prezidentə dollar kreditləri ilə bağlı müraciət  

Deputatdan prezidentə dollar kreditləri ilə bağlı müraciət  

12.02.2019
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Рейтинг@Mail.ru

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az