Bu gün islam aləminin ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı qeyd olunur. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvanlar isə əsasən kasıblara, ehtiyacı olan insanlara paylanılır. Bayramı demək olar hər kəs sevinclə qarşılayır və imkanı çatdığı sayda qurban kəsdirir
Qaynarinfo.az Milli Məclisin deputatları arasında Qurban Bayramı ilə bağlı sorğu keçirib.
Deputat Çingiz Qənizadə bildirdi ki, biz də Qurban Bayramını sevinclə qeyd edirik:"Bayramı rayonda keçirdirik. Bayramın qaydalarına uyğun olaraq 1 baş qurban kəsdirmişəm".
Deputat Fazil Mustafa:"Səhər tezdən Mehdiabad məscidində bayram namazı qılmışam. Ondan sonra qurban kəsərək nəzərdə tutduğum insanlara paylamışam. Adətən iki baş heyvan kəsdirirəm. Daha çox kəsdirmək imkanım yoxdur. Amma minimum iki heyvan kəsdirib ətini paylıyıram".
Deputat Əli Məsimli:"Qurban bayramı xalqımızın əziz bayramlarından biridir. Hər il Qurban Bayramının adətinə uyğun olaraq və imkanım çatdığı qədər qurban kəsirik".
Deputat Elmira Axundova bildirib ki, o da bu gün qurbanları kəsdirdib:"Bundan başqa rayonda da xeyriyyə işlərini görürəm. Kasıbl məktəblilərə forma aldım. Qızılağac kəndində ev yanmışdı, ora 1 kub taxta alıb göndərdim. Çalışıram hər zaman kasıblara əl tutum. Rayonda adətən 5-6, burada isə 2 heyvan kəsdirirəm".
MilliYol.Az
Digər xəbərlər
loading...