İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO) “Veteks-2017“ MMC-nin Beyləqanda gördüyü işlər niyə araşdırılmır? “AtaBank”da qalmaqal davam edir: Etibar Babaşlı təftiş edilir? İcra başçısının “Veteks -2017” əməliyyatı: Beyləqanda büdcə vəsaitlərinin talan mexanizmi
 

Gələcəyi təhlükədə olan Azərbaycan baleti – ARAŞDIRMA

Tarix 13.12.16, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


- Vay-vay, bunlar hamısı lüt-madarzıdır ki. Ay-hay, ay-hay.Biabır olasınız, eləə. Bu nə biabırçılıqdır? Adam baxanda xəcalət çəkir.

- Baletdir də.

- Həə, həə, baletdü, baletdü...  

 

Ardınca da Cənnət xalanın məsxərə mənasında əl yellətməsi...

 

Yəqin ki, “Qayınana”nın bu dialoqunu orta-statistik azərbaycanlının balet sənətinə olan münasibətinin güzgüsü saymaq olar. Əlbəttə, balet kütləvi sənət deyil, müəyyən intellektual səviyyəsi, sənət təcrübəsi olanlar üçün nəzərdə tutulub. Hazırlıqsız tamaşaçını iki saatlıq balet tamaşasına aparsan, ya yuxulayacaq, ya da o dünyanın əzabını bu dünyada yaşayacaq. Zatən, balet yarandığı gündən rahat həzm olunan meydan tamaşaları sayaq kütlə üçün nəzərdə tutulmamışdı.

 

Fransız sözü “balleto”dan götürülüb “rəqs edirəm” mənasını verən balet sənəti xoreoqrafiyanın ən yüksək pilləsidir və ilk dəfə XVI əsrdə italiyalı baletmeyster Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib.

 

Bu sənətin Azərbaycanda yaranma tarixi isə 1940-cı ildən başlayır. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin adı ilə bağlı olan baletin ilkin rüşeymləri 1920-ci illərin əvvəllərində gedib çıxır. 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini məhz bu məktəbdə öyrənib.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci səhnə əsəri Soltan Hacıbəyovun “Gülşən” baleti olub. 1952-ci ildə isə Qara Qarayevin “Yeddi gözəl” əsərinin səhnə quruluşu ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub.

 

Azərbaycan balet tarixində növbəti yeni səhifə Arif Məlikovun adı ilə bağlıdır. Bəstəkarın

1961-ci ildə yazdığı “Məhəbbət əfsanəsi” baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkəsinin opera teatrlarının repertuarında yer aldı.

 

Sonrakı illərdə Aqşin Əlizadənin “Babək”, Xəyyam Mirzəzadənin “Ağ və qara”, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletləri milli musiqi sənətimizi zənginləşdirib.

 

Bəs balet sənətinə münasibət bu gün necədir? Yeni əsərlər yazılırmı, sənətin tədrisi hansı səviyyədədir, nə kimi problemləri var? 

 

Keçmiş SSRİ-də yaxşı qarşılanan, təqdir olunan baletlər məhzAzərbaycanda yazılıb

 

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadədüşünür ki, balet sahəsində Azərbaycan hər zaman qabaqcıl sıralarda olub: “Musiqi tariximizə baxsaq, bizim çox gözəl baletlərimiz yazılıb. Onlardan bəziləri səhnəyə qoyulub, bəziləri qoyulmayıb. Bu, başqa məsələdir. Balet operaya nisbətən daha çox yazılıb. Opera nadir hallarda yazılır. Son illərdə isə ümumiyyətlə, yazılmır. Sonuncu “İntizar” operasını mən yazmışam. On il keçib. Elə bilirdim, yeni cığırlar açılacaq, yeni əsərlər olacaq, amma nədənsə, olmadı. Opera qərb musiqisinin ən mürəkkəb janrıdır. Operanın yazılması nə qədər çətin də olsa, biz bu ənənəni davam etdirməliyik. Bunu bəstəkarlara dəfələrlə demişəm. Düzdür, bəstəkara zorla heç nə yazdırmaq olmaz, amma bacardığımız qədər təbliğat aparırıq. Balet sahəsində isə son illərdə yazılan əsələr var. Məsələn, Polad Bülbüloğlu “Eşq və ölüm” baletini yazıb, səhnəyə də qoyulub. Yekaterinburqda səhnəyə qoyulanda mən özüm də çıxış elədim”.

 

F. Əlizadə əlavə edib ki, Fikrət Əmirovun “Nəsimi” baleti Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə yenidən bərpa edilir: “Vaxtilə Qara Qarayev “Yeddi gözəl” və “İldırımlı yollarla”, Fikrət Əmirov “Min bir gecə”, “Nəsimi” kimi möhtəşəm baletlər yazıb və çox gözəl qarşılanıb. 2017-ci ildə Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə “Nəsimi” baleti təzədən bərpa olunur. Təkrar edirəm ki, balet sahəsində bizdə heç vaxt problem olmayıb. Onu da qeyd edim ki, balet sənətini Azərbaycan tamaşaçısı hər zaman məmnuniyyətlə qəbul edib, onu yüksək qiymətləndirib. Məsələn, Qara Qarayev və Fikrət Əmirov baletlərinə görə həm Dövlət mükafatları alıblar, həm də Lenin mükafatına layiq görülüblər. Keçmiş SSRİ-də yaxşı qarşılanan, təqdir olunan baletlər məhz Azərbaycanda yazılıb”.

Balet sahəsinin ən vacib tərəflərindən biri tədrisin düzgün qurulması, gənclərdə bu sahəyə marağın artırılmasıdır. Tədrisdə əsas qayğılardan biri klassik baletə olan marağın azalmasıdır. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. O səbəblərdən biri mentallıqdan irəli gələn problemlərdirsə, digəri klassik baletin insanlar üçün maraqlı olmamasıdır.

 

Bəzi valideynlər özlərinə sığışdırmır ki, övladı çılpaq çıxıb səhnədə oynasın

 

 

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev bütün sənət sahələrində olduğu kimi opera və balet sahəsində də problemlərin olduğunu gizlətmir. Rektor bu sənətin 60-cı illər səviyyəsində olmadığını etiraf edir: “İnformasiya vasitələri o qədər inkişaf edib ki, insanlar nəinki teatra, digər sahələrə o qədər də maraq göstərmirlər. Bakı Xoreoqrafiya Akademiyasında balet sənəti tədris olunur, kadrlar  hazırlanır. Deyə bilərəm ki, milli rəqslərdə problem yoxdur. Klassik baletin problemi ondandır ki, bizim mentalitetdə buna bir az başqa cür baxırlar. Bəzi valideynlər özlərinə sığışdırmır ki, övladı çılpaq çıxıb səhnədə oynasın. Hətta öz dostlarımız da belə düşünür. Klassik balet üzrə fəaliyyət göstərən ixtisasda uşaqların azlığı hiss olunur. Uşağı yeddinci sinfə qədər qoyurlar ki, boy-buxunu, qaməti düzəlsin, sonra götürüb aparırlar”.

Rektor bu stereotipi dağıtmaq üçün təbliğat işlərinin aparılmasının vacibliyini önə çəkir: “Biz bütün imkanlarımızdan istifadə edib bu sahədə təbliğat aparırıq. Özüm şəxsən bu işlə çox ciddi məşğulam. Dünyada yeni cərəyanlar yaranıb: modern rəqs, step rəqs və s. Ona görə xaricdə də klassik baletə maraq azalır. Başqa bir tərəfdən yeni balet cərəyanları bizdə öyrənilməyib. İndi-indi başlamışıq onu tədris etməyə, öyrənməyə. Bir ildə xaricdən səkkizə yaxın mütəxəssis çağırmışam. Bizim böyük balet ənənəmiz var. Çalışırıq ki, klassik baletə xüsusi fikir verək. Bununla yanaşı, ali məktəbi bir ixtisasla saxlamaq mümkün deyil. Ona görə də qohum ixtisaslar açmışıq”. 

 

 

Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov APA-ya açıqlamasında son illərdə Azərbaycan bəstəkarlarının bu janrda əsərlər yazmadığını və bunun narahatlıq yaratdığını dilə gətirib. İttifaq katibi hesab edir ki, balet janrının inkişafı, populyarlaşması üçün proqram yaradılmalıdır: “Balet elə sənətdir, hər bəstəkar istəyər ki, bu janra müraciət eləsin. Bu janrda Azərbaycanda çox gözəl nümunələr olub və onlar indiyə qədər səhnədən düşmür. Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, Soltan Hacıbəyovun “Gülşən” baletlərinin adını çəkə bilərəm. Lakin ardını gətirə bilmirəm. 60-70-ci illərdə birpərdəli baletlər də yaranmışdı. Məsələn, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Tofiq Bakıxanovun “Xəzər balladası”, “Xeyir və Şər” baletləri yazılmışdı. Müasir dövrümüzdə yeni baletləri az görürük. Bəstəkarlarımız arasında bu janra o qədər də müraciət edən yoxdur. Əlbəttə, burda müxtəlif səbəblər var. Balet gözəl janrdır. Özü də xarici ölkələrin müasir musiqisində çox populyardır. Azərbaycan bəstəkarları bu tilsimi qırmalı, gözəl yeni baletlər ortaya qoymalıdırlar. Bu, təkcə arzu deyil, həm də proqram kimi nəzərdə tutulmalıdır. Balet, opera, simfoniya bəstəkarın gücünü-qüdrətini göstərən janrlardır. Hər bəstəkar bu janrlara müraciət edib uğur qazana bilmir. Bir halda ki, Azərbaycanda saydığım baletlər var, əlbəttə, yeni nəsil bəstəkarlar da yeni baletlər haqqında düşünməlidir”.

 

Hər bəstəkar bu janrlara müraciət edib uğur qazana bilmir

 

 

“Müasir dövrdə nəyə görə yeni baletlər yazılmır” sualına isə Sərdar Fərəcovun cavabı belə olub: “Bilirsiniz ki, balet janrı bəstəkardan neçə il ömür istəyir. Bəstəkarın həm fiziki, həm də mənəvi qüvvəsi olmalıdır. Balet yazmaq həqiqi mənada böyük işdir. Bunun müqabilində əsər səhnəyə qoyulmursa, yaxud hazırlanıb bir dəfə nümayiş olunursa, onda danışmaq çətin olur. Əsərlərinin aqibətini əvvəlcədən görən bəstəkar bir az çəkinir. Mahnı janrı belədir ki, bu gün yazdın, bir müğənni oxudu, sabah başqasının dilində səslənəcək. Baletin arxasında nə qədər böyük zəhmət çəkilir, onu səhnədə saxlamaq böyük qüvvə istəyir. İstedadlı bəstəkarımız Azər Dadaşov 20 ildir deyir ki, balet yazmaq istəyir, amma libretto tapa bilmir. Balet təkcə bəstəkar tərəfindən yaradılmır. Bu, ədəbi mətni yazan, səhnə həllini tapan insanların müştərək işidir. Yəni belə bir komanda yığılanda yeni baletlər də ortalığa çıxacaq”.

 

Azərbaycanda balet tamaşalarının nümayiş olunduğu yeganə mədəniyyət ocağı Opera və Balet Teatrıdır. Bəs bu teatrın repertuarına hansı tamaşalar daxildir? Tamaşaçıların marağı hansı səviyyədədir? Teatrın balet truppasının baş baletmeysteri, xalq artisti Kamilla Hüseynova da APA-a fikirlərini açıqlayıb. Baş baletmeyster əvvəlcə balet tamaşalarına olan tamaşaçı marağından danışıb. Onun sözlərinə görə, Opera və Balet Teatrı tamaşaçı qıtlığından heç vaxt əziyyət çəkməyib: “Bizim tamaşaçılarımız təkcə yerli tamaşaçılar olmur. Bakıya qonaq gələn insanlar, diplomatik korpusun nümayəndələri, turistlər teatrımızın daimi tamaşaçılarıdır. Teatrın repertuarına bir sıra klassik dünya bəstəkarları və milli bəstəkarların balet tamaşaları daxildir. Bilirsiniz ki, Opera və Balet Teatrının balet truppasında milli baletimizin ən görkəmli nümayəndələri, məsələn, SSRİ xalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnyov, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Mədinə Əliyeva və başqaları çalışıblar. Bundan başqa, balet truppamızın yetirmələrindən Timur Əsgərov indi Sankt-Peterburqun Mariinski Teatrında, Ülvi Əzizov Latviya və Çexiyada, əməkdar artist Naira Ramazanova Kanadada çalışırlar. Repertuarımızda klassik bəstəkarlarla yanaşı, müasir bəstəkarların tamaşalarına da geniş yer verilib. Məsələn, Polad Bülbüloğlunun “Eşq və Ölüm”, Tofiq Bakıxanovun “Xəzər balladası”, “Xeyir və Şər”, Aqşin Əlizadənin “Qafqaza səyahət”. “Ümid valsı”, Xəyyam Mirzəzadənin “Ağ və Qara”, Fərəc Qarayevin “Qobustan kölgələri”, Elnarə Dadaşovanın “Səyalı”, Oqtay Zülfüqarovun “Sehirli alma” və s. tamaşaları göstərmək olar. Azərbaycanın müstəqilliyi illərində teatrın balet truppası bir sıra ölkələrdə - 4 dəfə Moskvada Böyük Teatrda, Sankt-Peterburqda Mariinski Teatrında, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında, Antalya, İstanbul və Ankarada, Paris və Strasburq şəhərlərində qastrol səfərlərində olub”.

 

"Belə davam etsə, fikrimcə, bizdə balet çox yaşamayacaq"

 

 

Opera və Balet Teatrının solisti, xalq artisti Gülağası Mirzəyev isə bu sahədə olan bir sıra ciddi problemlərə toxunub. Bunların sırasına sosial təminatdan tutmuş, ictimai maraq, tədris səviyyəsi, reklam və təbliğata qədər müxtəlif qayğılar daxildir. Xalq artisti düşünür ki, balet çətin, əziyyət tələb edən sənət olsa da, insanların əksəriyyətinin bu sənətdən xəbəri yoxdur: “Deməzdim ki, Opera və Balet Teatrının tamaşaçısı azdır. Sadəcə, bu sahədə təbliğata, reklama ciddi ehtiyac var. Bu sənətin inkişaf etməsi üçün həm qiymətləndirmək, həm də kömək etmək lazımdır. Azərbaycanda Xoreoqrafiya Akademiyası və onun nəzdində balet məktəbi fəaliyyət göstərir. Onlar strukturu qurublar, amma həmin struktur xoreoqrafiyanın inkişafı üçün işləmir. Onlar instrumental, menecmentlik və başqa işlərlə məşğuldurlar ki, daha çox adam yığsınlar. Bu, mənim fikrimdir. Akademiyada sırf xoreoqrafiya, sırf balet üçün şərait yaratmaq lazımdır ki, bu iki ixtisas inkişaf etsin. Gələcəkdə belə davam etsə, fikrimcə, bizdə balet çox yaşamayacaq. Bizim sənətə çox diqqət etmək lazımdır. Dəfələrlə bu sahədə olan problemləri açıqlamışam. Amma deyəsən, qulaq asan yoxdur. Ən böyük problemlər də son beş il ərzində başlayıb”.

 

G. Mirzəyevin sözlərinə görə, balet artistlərinə ən böyük zərbəni 2006-cı ildə qəbul olunan pensiya haqqında qanun vurub. O, hesab edir ki, bu qanun balet sənətinin gələcəyinə problemlər yaradacaq: “Balet artistləri 15-20 il çalışırlar. Bu, idman kimidir. Yalnız gənc artist səhnəyə çıxıb oynaya bilər. Əvvəlki qanuna görə artistlər 15, solistlər 20 il işləyəndən sonra pensiyaya çıxa bilərdilər. Yəni 20 il işlədin, istəyirsən, müəllim kimi davam elə, istəyirsən, sənəti tərk elə, pensiyanı alacaqsan. İndiki qanuna görə isə balet artistləri adi vətəndaş kimi 65 yaşdan sonra pensiyaya çıxa bilər. Balet artisti 15-20 ildə bütün gücünü-bədənini, ayaqlarını, belini, ürəyini xərcləyir. İndi siz fikirləşin: kim uşağını bu sənətə verər? Valideyn bilir ki, 15-20 ildən sonra onun uşağı küçədə qalacaq. Mən 24 ildir, Opera və Balet Teatrında çalışıram. Üç ildən çoxdur ki, köhnə qanunla səhnədən uzaqlaşa bilərdim. Amma indiyə qədər işləməyə məcburam. Çünki yeni qanunla pensiya ala bilməyəcəyəm. Mənim kimi çox balet artisti bu vəziyyətdədir”.

 

P.S. Yazının əvvəlində “Qayınana” filmindən dialoq yazmışam. Ümid edirəm, biz Cənnət xala kimi balet haqqında “bu nə biabırçılıqdır?” düşüncəsi ilə yaşamırıq. Onda bir zəhmət, yolumuzu Opera və Balet Teatrının kassalarından salaq. Qiymətlər? Əgər siz teatrın truppasına daxil olan balet artistlərinin iştirakı ilə nümayiş olunan səhnə əsərinə baxmaq istəyirsinizsə, 13-16 manat xərciniz çıxacaq. Yox, könlünüzdən qastrol səfərinə gələn xarici artistlərin bacarığını görmək keçirsə, onda 22-33 manatınızdan keçməli olacaqsınız. Bahadırmı? Mən bilmirəm. Bu qalır sizin sənət sevginizə. Könül istər, içimizdəki teatr sevgisi, sənət təəssübkeşliyi tükənməz olsun...


kulis.az



Xəbərin oxunma sayı : 223

loading...

Mədəniyyət

Önəmli

Son xəbərlər

23 FEVRAL 2018

17:55 Moldova prezidenti Azərbaycana səfər edəcək

17:47 Buzovnada qeyri-qanuni ibadət yeri aşkarlanıb

17:42 Rusiya yeni “varis planı“na əl atacaq, yoxsa ömürlük prezidentə hazırlaşacaq? - Təhlil

17:37 Axtarışda olan biznesmen məhkəmə zalında qandallandı –Qohumunun şikayəti əsasında

17:32 Fərdi və fəxri adlara görə Prezident təqaüdünün artırılmasına 1,8 mln. manata yaxın əlavə vəsait ayrılacaq

17:27 Türkiyəyə kriptovalyuta aparatı keçirmək istəyən azərbaycanlı saxlanıldı

17:22 Aşıq Ələsərlə bağlı qalmaqal bir az da böyüdü

17:17 “Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır” – Deputat

17:09 Nazir və generala ağır itki

17:05 Könül Kərimova komunal borcları ödəmir - 172 manat borcu var

16:55 Bakıda 16 avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

16:42 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

16:32 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:22 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:15 Azərbaycanın Milli Qəhrəmanları xalqa müraciət etdilər:“Hücum əmrinə hazırıq!“

16:05 Bakıda kişini öldürmək üçün havalandırma qurğusunun içərisinə atdılar

15:50 Türkmən qadınlara maşın sürmək qadağan olundu

15:44 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib

15:38 “Öz oyunu”nu oynayan Almaniya –Avropa niyə həmrəy ola bilmir?

15:33 Gerhard Şröder: “Rusiya və Türkiyəni Çinin qucağına buraxmaq olmaz”

14:35 “Əməkdaşlıq etdiyimiz bəzi qüvvələrin Afrinə getdiyini görürük”

14:18 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

14:13 Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb

14:05 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı“sından çıxarılıb

13:55 "Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir"

13:22 Mehriban Əliyeva İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

13:18 “Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi aktualdır”

13:13 Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir

13:09 “Bizim əsas məqsədimiz…” – Ərdoğan

13:05 Oqtay Əsədov: “Böyük əfv gözlənilir”

12:55 Yağmursuz hava davam edəcək

12:47 “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

12:42 “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

12:37 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan” –Əhmədinejad ev həbsinin bir addımlığında

12:31 Siyavuş Novruzov: "Azərbaycanda siyasi məhbus yoxdur"

12:26 Polis Eldar Mahmudovun pullarını offşorlara ötürən bank barədə təhqiqata başladı

12:22 "Fədayənin arxasına düşüb onu izləməyəcəkdim ki.."

12:13 Şəmkirdə gediş haqqına görə sürücü öldürüldü –Qətl

12:09 Azərbaycan və Türkiyə milli valyuta ilə ticarətə başlayır –Rəsmi açıqlama

12:05 Azərbaycanın 2017-ci il üçün cinayət statistikası

11:56 Ölümlə nətəcələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib

11:42 Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş etdirilib

11:32 Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub – Video

11:29 Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat başa çatır

11:24 Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək

11:17 YAP imzaları MSK-ya təqdim edib

11:13 Avroliqa oyunu öncəsi faciə - polis öldü

11:05 Arif Əsgərovun qohumuna hökm oxundu– 9 il

10:55 Dünyanın ilk rəssamları neandertal insanlar olub

10:46 Rəsulzadənin Stalinə məktubu: “Mənim xilas olmağım...“

10:42 "Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram" - Xoşqədəm

10:38 İnterpol qətl törədən şəxsi axtarışa verdi

10:32 Deputatlar bu gün toplaşır – 19 məsələ müzakirə ediləcək

10:27 Prezident İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

22 FEVRAL 2018

21:05 Sankt Peterburqda terror aktının qarşısı alındı

20:50 “Qarabağ” ilk “onluq”da

20:33 MTN GENERALLARINA AĞIR CƏZALAR İSTƏNİLDİ

20:15 Nəsimi və Yasamala içməli suyun verilməsində məhdudiyyət olacaq

19:35 Fəxri adlara görə aylıq təqaüd artırılıb

19:23 Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

19:11 Bakıda iki avtomobil toqquşub

18:49 İş adamı Anar Əliyev Moskvada güllələndi - Sifarişli qətl

18:30 Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

18:10 Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

17:55 DİN-in sabiq polkovniki məhkəmə zalından azadlığa buraxılıb

17:47 Bu gün “Fəlakət“in toyudur

17:42 İŞİD liderinin müavini öldürüldü –İraqda

17:38 Dolların rəsmi məzənəsi dəyişmədi –Mərkəzi Bank

17:27 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”

17:22 Sarkisyan Livan prezidentinə Qarabağdan danışdı

17:17 Prokuror MTN generallarının rütbələrinin alınmasını istəyib

17:13 Nəm salfet istifadə edənlərə həkim xəbərdarlığı: “Tərkibindəki maddə...”

17:09 “Ölkəyə ərzaq mallarının idxalı dəfələrlə artıb, ixrac isə azalıb”-Ekspertdən diqqətçəkən Şərh

17:05 “ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv olunmalıdır“

16:38 Qaxda “Hazıra-nazir” əməliyyatı– Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?

16:32 Dəməşq Suriya kürdlərini güdaza verir – Təhlil

16:27 Ədalət Şükürovun qızı butik açıb

16:26 İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO)

16:22 52 faiz Avropa İttifaqına, 43 faiz NATO-ya hə deyir

16:16 Prokuror Sübahir Qurbanova 16 il iş istəyib

16:05 Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayır

15:58 Düşmən Tərtər-Ağdərə istiqamətində yenə itki verdi

15:55 Bakı metrosunda maşinist kabinasında siqaret çəkmək qadağan edilib

15:49 Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarıldı

15:44 Buynuzda yanan ev Ziya Məmmədovun qardaşının imiş

15:35 “Xocalı soyqırımı Ermənistan tərəfindən qeyri-qanuni işğalının nəticəsidir“

15:12 Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı

15:05 “Afrinə terrorçu qüvvələrin toplanmasına imkan verilməyəcək” –Türkiyə XİN

14:55 Yunanıstanın sabiq xarici işlər naziri: “Ən yaxşı türk – ölü türkdür”

14:47 Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini açıqlayıb

14:42 XİN Nalbandyana cavab verib

14:38 Nazir kadr dəyişikliyi etdi –Partlayış baş verən hərbi zavodun baş direktoru işdən çıxarıldı

14:33 İrandan gələn Azərbaycan vətəndaşının alt paltarından və corabından narkotik çıxdı

14:24 Sərnişin və yük daşıyanların nəzərinə – Yeni qaydalar müəyyənləşir

14:20 “Rəsmi Moskva Qarabağ probleminə təsir edəcək başlıca güc olaraq qalır”

14:15 Azərbaycanda alkoqoliklərin sayı artıb – Arasında uşaq da var

14:09 Azərbaycan beynəlxalq təşkilatlara seçkiləri müşahidə üçün dəvət göndərib

14:05 Zakir Həsənov Minskə getdi

13:55 Livan prezidenti Ermənistanda rəsmi səfərdədir

13:47 “20 milyard büdcə ilə yaşayırlar, daha nə istəyirlər?!” – Əli Nağıyev

13:42 “Zeytun budağı”: 1829 terrorçu məhv edilib

13:32 “Ərdoğan Əsədlə görüşməməklə zaman itirir” –Putinin ideoloqundan maraqlı şərh

13:28 “Moody’s”: 2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq”

13:22 Adnan Oktar daha “kediciklər“i verilişinə dəvət etməyəcək

13:17 “Ədalət məsələsində geri qalmışıq...”

13:13 FED bu il uçot dərəcəsini planlaşdırılandan daha çox artıra bilər

13:09 Hava yağmursuz keçəcək

13:05 “Misir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”

12:55 “Afrinə hərəkət edən bütün qüvvələr məhv edilsin” – Türkiyə qoşunlarına əmr verildi

12:42 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:38 Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq

12:34 Trampın “hər kəs özünə cavabdehdir” siyasəti dünyanı uçuruma itələyir - “Le Monde”

12:30 Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarları nə vaxt hərəkət edəcək?

12:22 "Xanımım "hə" desə, arxama dönmədən gedərəm" - Nadir

12:16 Yol polisi rəisinin nöqsanlara görə işdən çıxarıldığı rəsmən təsdiqləndi

12:06 Bakıda şok hadisə - “Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı

11:55 Beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryan Rusiyada yaşayır

11:47 “Çox dəyərli müttəfiqimizdir...“

11:42 Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda suçlanan şəxsin işi - bacısını vurub

11:37 ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atıldı



loading...
Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq


30 ilə sığan dahi ömrü
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Azərbaycanda baş redaktor istefa verdi

Oxu.az saytının baş redaktoru Seymur Teymurov istefa verib.
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016