Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Gürcüstanlı deputat ATƏT PA-nın prezidenti seçilib


Gürcüstan parlamentinin üzvü, “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Giqi Tsereteli yenidən ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti seçilib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qərar ATƏT PA-nın Berlində keçirilən 27-ci illik sessiyasında qəbul olunub. 

“Avropalı Gürcüstan” partiyası G. Tseretelinin ATƏT PA-nın prezidenti seçilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda partiya liderlərindən biri olan siyasətçinin yüksək vəzifəyə seçilməsi Gürcüstanın böyük uğuru kimi qiymətləndirilib.   

Qeyd edək ki, G. Tsereteli ötən ilin noyabrından etibarən ATƏT PA-nın prezidentinin səlahiyyətlərini icra edib. 
Etiket:

loading...