Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Güləşçilərimiz İstanbuldan 8 medalla qayıdırlar


Azərbaycanın yeniyetmə güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında 8 medal qazanıblar

Yığma üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar. Sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda Vahid Məmmədovun rəhbərlik etdiyi komanda 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala yiyələnib. Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış etmiş 5 qadın güləşçidən yalnız Şahanə Nəzərova (43 kq) gümüş medala sahib olub.  Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında mübarizə aparmış 7 yunan-Roma güləşçisindən Sərxan Məmmədov (110 kq) gümüş, Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) bürünc medal əldə edib.  Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib. (goal.az)
Etiket:

loading...