Azərbaycanlı oliqarxın İsmayıllıdakı milyonluq villası (VİDEO) İsrail vətəndaşının “Bakı sərgüzəştləri”: gömrükdə 35 min dolları əlindən alındı Avtoşluğa görə həbs olunan məmur oğlu ilə sakinlər arasında qarşıdurma - FOTOLAR Lerikdə iki məmurun əyləncə məkanı - “Xəzər” hansı pulla tikilib?
 

Futbolumuzun Nuru Əliyev problemi - onu kimlər aldadır?

Tarix 26.05.16, 15:12

Font ölçüsü : - / +
bitmap-img6

"Rəvan"da yenə aclıqdı. Mövsüm bitdi, klubun adı olub, özü olmayan rəhbərliyi yenə aradan çıxdı. Futbolçular ac qalıb, ötən ilin son aylarının maaşlarını ala bilməyən komandaya bir aylıq maaş verən Nuru Əliyev və komandası cüzü məbləğə ailə saxlayan futbolçuları, məşqçiləri, texniki işçiləri ortada qoyaraq öz işlərinin dalınca yollanıblar.


Ümumiyyətlə, "Rəvan" həmişə problemli komanda olub. Hələ "Muğan" adlanıb, Salyanı təmsil edəndə belə Nuru Əliyevin komandası daim problem yaradıb. Pullu vaxtlarında belə futbolçulara maaş borcları olub, bağlanan müqavilələrin şərtləri yerinə yetirilməyib, günləri FIFA-dakı məhkəmələrin qapısında keçib. Bəzi fırıldaqçı menecerlərin də iştirak etdiyi bu proseslərdə aldadılaraq ölkəmizə gətirilən əcnəbi futbolçular 1-2 aydan sonra arxasından bir təpik vurularaq küçəyə atılıb. Komandanın adı dəfələrlə oyun alış-verişində hallanıb.

Ötən mövsümün startına 1 həftə qalmışa qədər aşağı liqada oynayıb-oynamayacağı belə bilinməyən komanda birdən-birə Premyer Liqada peyda oldu. Bir həftədə heyət də yığıldı, aşağı yaş qrupları da düzəldi, Peşərkar Futbol Liqasına təqdim etməyə bank zəmanəti də tapıldı (?). Hərçənd, bank zəmanətinin verilib-verilmədiyi də bəlli deyil. Bizensinin böhranda olduğunu deyən, futbol klubu saxlamaqda maraqlı olmadığını açıq-aşkar biruzə verən Nuru Əliyevin bir həftə ərzində bu zəmanəti tapması heç də inandırıcı görünmür. Amma "Xəzər Lənkəran"a maliyyə məsələlərinə görə lisenziya verməyən AFFA bir həftədə "Rəvan"ın işinin düzüb-qoşub Premyer Liqadakı say hesabını düzəltdi. Çünki ölkənin ən hoqqabaz komandasının Premyer Liqada oynaması həm AFFA, həm də PFL-in ortaq maraqlarına xidmət edirdi və bu amil bütün problemlərin arxa plana keçməsi üçün yetərli idi...

Və "Rəvan" gəldi. Yenə həngamə, yenə qalmaqal, yenə aclıq... Mövsümün ilk günündən klubun daxilindəki "razborkalar"a start verildi, baş məşqçi Emin Quliyevin "torbası tikildi", "dejurnı", rəhbərliyin əlindəki "pult"la idarə olunan Bəhmən Həsənov iş başına keçdi, hoqqabazlıq başladı. Mövsümün ilk günündən futbolçular maaş problemindən şikayətləndi, hətta məşqə və oyuna çıxmaqdan imtina etdi. Amma yenə də yalan vədlərin hesabına komanda oynamağa razılıq verdi.

"Rəvan" yenə şübhəli oyunlarda şübhəli xallar qazandı. Son iki tura qədər son pillədə olan komanda "Qarabağ" üzərində heç kimin gözləmədiyi halda qələbə qazandı (!), "Xəzər Lənkəran"la matçda Ramil Diniyevin "qəhrəmanlığı" sayəsində Premyer Liqadakı yerini qorudu. Bir sözlə, hər şey qaydasında getsə, gələn mövsüm "Rəvan"ı yenə Premyer Liqada görəcəyik. Yəni hər şey qaldığı yerdən davam edəcək...

İlqar Axundov

Bəs nə baş verir "Rəvan"da? Nuru Əliyevin klubu bu günə qədər həvalə etdiyi şəxslər hər zaman onun adına xələl gətirib. İstər hazırda kluba rəhbərlik edən Samir Hüseynov, istər vitse-prezident İlqar Axundov, istərsə də, sabiq vitse-prezident Bəhruz Şirəliyev. 3 aydan bir baş məşqçilərin, ildə iki dəfə heyətin dəyişdirilməsi "Nurgün"ün klub üçün ayırdığı pulların havaya və kimlərinsə cibinə sovrulması ilə yekunlaşıb. Nəticə ortadadı: "Rəvan" pullu vaxtlarında belə autsayder statusundan qurtula bilməyib, komanda daim səfalət içində yayışıb...

Bəhruz Şirəliyev

Nuru Əliyev kimdən gizlənir?

Nə hikmətdisə, klubun sahibi, Azərbaycanın ən böyük oliqarxlarından biri olan Nuru Əliyevin adı heç yerdə hallanmır. Az qala adicə fəhlənin belə şəkilini, haqqındakı bütün məlumatları əldə etməyin mümkün olduğu "Google"də belə onun haqqında bir cümlə belə yoxdu. "Nuru Əliyev" ad-familyasını axtarışa verəndə idman saytlarında "Rəvan"la bağlı yazılmış və onun adı keçən bir neçə xəbər, bir dəf Hafiz Məmmədovla quda olub və qohumluğu pozması ilə bağlı yazılar çıxır. Vəssəlam, Azərbaycanın ən böyük oliqarxı haqqında bildiklərimiz bu qədər.

Futbolinfo.az-dakı həmkarlarımız uzun sürən axtarışlardan sonra Nuru Əliyevin kiçik də olsa şəklini tapa bilib. Buna da şükür...

Bəs kimdi, Nuru Əliyev? "Nurgün" Şirkətlər Qrupunun sahibi olan bu şəxs Azərbaycanın ən böyük avtomobil ticarətçisi hesab olunur. “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“ brendinin Azərbaycanda rəsmi distribütorudu. 1994-cü il oktyabrın 4-də təsis edilən şirkət həmçinin “İnfiniti”, “Ford”, “Reno” ölkəmizdəki rəsmi distribütorluğunu həyata keçirir. Nuru Əliyevin biznes imperiyasına “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi, "NBC Bank", "Rəvan sığorta", “Bello” Yuyucu Vasitələr Fabriki, NICOS kosmetika məhsulları, “Salyan Süd” zavodu, “Nurgun İnşaat”, “Caspian Transport” MMC, “Chevron-Texaco” Konserni daxildir.


"Nurgün" Şirkətlər Qrupu həm də 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəyə malikdi. Bu şəbəkəyə "Granini", "Perrier", "Vittel", "S.Pelleqrino", "Les Grands Chais" kimi dünya brendləri daxildir. 

Bu son deyil. Ölkəmizin cənub zonasında - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, hətta Şirvan və Sabirabadda belə ticarət mərkəzlərini bütün ərzaq və gündəlik tələbat malları ilə məhz Nuru Əliyevin şirkəti təmin edir. Bu isə aylıq milyonlarla manat vəsaitin dövriyyəsi, yəni yüzminlərlə manat xalis gəlir deməkdi.


Bəs bu qədər böyük biznes şəbəkəsinin sahibi niyə millətdən, mətbuatdan gizlənir? Əslində, mətbuat orqanları gizli oliqarxa zaman-zaman öz səhifələrində yer ayırmağa çalışır. Amma... Əsl həngamə də elə bundan sonra başlayır. Hansı səbəbdənsə Nuru Əliyevin yaxanları başlayır həmin mətbuat orqanlarından xahiş-minnət etməyə ki, bəs "şef"in adını o yazıdan çıxardın. Səbəb? Bu bir sözlük suala bu günə qədər heç kim cavab verməyib və ya vermək istəməyib. Azərbaycanın ən böyük oliqarxlarından biri olan bu şəxs niyə gizlənir? Onu gölgəsindən belə qorxmağa vadar edən səbəb nədi? Ümid edək ki, bu suallara bir gün cavab verən tapılar...

Nuru Əliyevin varidatını saymağı burda kəsərək keçək gizli oliqarxımızın qohumluq, daha doğrusu artıq keçmiş qohumluq əlaqələrinə... Belə ki, Nuru Əliyev iş adamı, "Baghlan Group"un sahibi Hafiz Məmmədovla quda olmuşdu. Amma "Hafka" ləqəbli iş adamının biznesində problemlər yaranması bu qohumluğun da bitməsinə səbəb oldu. Deyilənə görə, bu əlaqələrin bitməsinin səbəbkarı məhz Nuru Əliyev olub. Hansı səbəbdən olmasını isə özü daha yaxşı bilər.

Hafiz Məmmədov

Çempionatın "Rəvan" problemi davam edəcək?

Deyilənə görə, "Rəvan" yenə Premyer Liqada çıxış edəcək. Kluba yaxın şəxsin dediyinə görə, hazırkı rəhbər Samir Hüseynovun fəaliyyətindən narazı olan Nuru Əliyev onu Bəhruz Şirəliyevlə əvəzləmək niyyətindədi. İkinci artıq AFFA ilə danışıqlara başlayıb. 

Danışıqların mövzusuna gəlincə, məlum olduğu kimi kluba lisenziya verilməyib. İndi Bəhruz Şirəliyev AFFA və PFL-dəki dostlarının köməyi ilə güzəştlərə nail olmaq istəyir. "Xəzər Lənkəran" kimi komandaya heç bir güzəşt etməyən AFFA böyük ehtimalla borc içində batan, futbolçusuna maaş verməyə pul tapmayan "Rəvan"a qarşı daha səxavətli davranacaq.

Danışıqların mövzusu təkcə lizensiya ilə bağlı deyil. Maşın bazarındakı durğunluğu əsas gətirən Nuru Əliyev klubun xərclərini ödəmək gücündə olmadığını deyir. İndi onlar ötən mövsüm olduğu kimi yenə AFFA-dan pul qoparmaq niyyətindədi. Uşaq futboluna sərf etməyə pul tapmayan AFFA Premyer Liqada say hesabını düzəltməkdən başqa heç nəyə yaramayan "Rəvan"a qarşı yəqin ki, yenə eyni səxavəti nümayiş etdirəcək.

Bəhruz Şirəliyev - Samir Hüseynov

Bəs Bəhruz Şirəliyevin gəlişi "Rəvan"da nəyi dəyişəcək? Heç nə. Biz onun kluba rəhbərliyi dövrünü də görmüşük. Sadəcə indiki rəhbərlər - Samir Hüseynov və İlqar Axundovla yola getməyən Şirəliyev məhz onlara görə klubdan getmişdi. İndi isə rəqiblərinə qalib gələrək yenidən iş başına keçmək niyyətindədi.

Bu məlumatları verən dostumuzun (adının açıqlanmasını məsləhət bilmir) dediyi kimi, kim gəlirsə gəlsin, "Rəvan"dan klub olmayacaq!

Pərvin Kazımoğlu
Fanat.az



Xəbərin oxunma sayı : 241

loading...

Analiz

Önəmli

Son xəbərlər

25 MAY 2017

18:35 Prezident Aydın Əliyevlə bağlı sərəncam imzaladı

17:55 Tramp: “Terrorizm NATO görüşündə əsas mövzu olacaq”

17:21 Azərbaycanda işsizliyə görə sığorta ödənişi kimlərə veriləcək?

17:06 Amerika İrana sanksiyaları artırır

16:15 Dövlət Komissiyası əhaliyə müraciət etdi

15:58 Əli Abbasova niyə vəzifə verildi?

15:58 Savçenko prezidentliyə namizədliyini irəli sürəcək

15:52 Dünyanın ən cazibədar qadını (FOTOLAR)

15:46 Neftin qiyməti ilə bağlı çox gözəl xəbər: 100 dollar olacaq

15:41 Bu gün azərbaycanlı məşhurun toyudur: kiminlə evlənir?

15:36 “Qalatasaray”ın əfsanəsi öldü

15:11 Erməni kriminal avtoritetin oğlu öldürülüb

14:57 “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı”

14:22 Güzəştli mənzil sisteminin əsasnaməsi təsdiqləndi

14:08 “ABB-dəki əmanətlərlə bağlı məhdudiyyət yoxdur”

13:55 Ərdoğan Brüsseldə 3 dünya lideriylə görüşəcək

13:24 Mosul İŞİD-dən azad edilir

13:01 II Avropa Oyunlarının tarixi açıqlandı

12:44 Məmmədyarov BMT-nin baş katibinə Qarabağdan danışdı

12:29 Özcan Deniz: “Bollivud filmimi oğurlayıb”

12:13 Bəzi siqaretlərin qiyməti ucuzlaşdı – Siyahı

11:55 Səhiyyə Nazirliyi: “Xaricdən həkim dəvət edilməsi azalıb”

11:37 Bakıda yol qəzası: 1 ölü

11:12 Bu gün müəllimlər imtahan verir

10:46 Hikmət Hacıyev: “Xocalı hava limanı Azərbaycanın mülkiyyətidir”

10:21 Atəşkəs 124 dəfə pozuldu

10:08 “2018-ci ildə neft bazarında tarazlıq yenidən pozulacaq”

24 MAY 2017

17:58 İdmançımız “Fənərbaxça” ilə müqavilə bağlayıb

17:26 NATO üzvlərinin sayı gələn ay 29-a çatacaq

17:02 Binəli Yıldırım yeni vəzifəyə seçildi

17:01 Yığmamızın “monqollaşdırılması”ndan kimlər qazanıb?

16:50 “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

16:23 “Aztelekom”:“Tariflərin azaldılması gözlənilir”

16:01 Ukrayna ordusunda kibermüdafiə üzrə bölmə yaradılır

15:42 “Makiyajsız, qorxulu haldayam”

15:28 İŞİD-in “müharibə naziri” öldürüldü

15:13 Azərbaycanda iki şirkətdən Respublika günü ilə bağlı fərqli addım

15:01 Bağlanış günü stadiona 22 mindən çox sərnişin daşınıb

14:45 Mübariz Qurbanlı: “Azərbaycanda dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar”

14:21 Millət vəkili: “Bu, Bakı üçün çox önəmli idi”

14:07 İlham Əliyev Macarıstana səfər edəcək

13:58 Şəkidə məhbus intihar edib

13:51 Məleykə Əlizadə işdən çıxarıldı (FOTOLAR)

13:36 Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

13:12 Stalinin nəvəsi öldü

12:57 Əli Abbasova yeni vəzifə verildi

12:15 Bakıda mənzillərin qiyməti bahalaşa bilər

12:01 Ucarlılardan ölkə başçısına şikayət: "Bizi Ziya Məmmədovun zülmündən xilas edin"

11:47 Həmməruzəçilər Azərbaycana gəlir

11:25 Ramil Usubovdan yeni təyinat

11:05 Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

11:03 Samir Şərifov Azərbaycanı beynəlxalq qalmaqala sürükləyir

10:47 Tramp: “Kim Çen In nüvə silahı olan dəlidir“

10:21 Biləcəri sakini 80 yaşlı anasını döyüb

10:04 Atəşkəs 120 dəfə pozulub

23 MAY 2017

20:33 Azərbaycanlı aktrisa Türkiyədə podyuma elə geyimdə çıxdı ki... (VİDEO)

20:22 Zaqatalda konsert verən cinsi azlıq danışdı (FOTO/VİDEO)

20:16 Tarif Şurası qiymətləri müəyyənləşdirdi

19:30 Avropa İttifaqından Qarabağ açıqlaması

19:16 Azərbaycanlı oliqarxın İsmayıllıdakı milyonluq villası (VİDEO)

19:09 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

19:00 İlham Əliyevə təbrik məktubları gəlir

17:00 Mogerini Qarabağ münaqişəsinin nizamlanması haqda

16:48 “İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür”

16:21 “Azad Ticarət Zonası haqqında qanun hazırlanıb”

16:08 Bəstəkar məmuru məhkəməyə verdi

15:55 Dubayda “ağıllı” çimərliklər yaradıldı

15:32 Zakir Həsənov: “Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir”

15:16 İlham Əliyev: “On gün ərzində bir daha gördük ki...”

15:10 Hülya Koçyiğit əməliyyat olunub

14:57 Qozun faydaları

14:36 “Fənərbağça”nın ulduz futbolçusu həbs edildi

14:12 Milli Məclis büdcənin icrasına baxacaq

12:58 Ruhanidən Trampın səfərinə reaksiya

12:34 Suriyada partlayış: yaralılar var

12:18 Tereza Mey: “Mançesterdəki partlayışlar dəhşətli terror aktıdır”

12:06 Trampın çıxışı zamanı nazir yatdı

11:54 Qızıl bahalaşdı

11:31 Sənəd verən abituriyentlərin sayı niyə azdır?

11:28 İsrail vətəndaşının “Bakı sərgüzəştləri”: gömrükdə 35 min dolları əlindən alındı

11:18 Kərəm Həsənovun işçisinin rüşvət terroru - Neftçalalılar dilə gəldilər

11:03 “Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır

10:51 İqbal Ağazadədən “agent” ittihamına sərt cavab

10:39 Prezident və ailəsi bağlanış mərasimində (FOTOLAR)

10:37 Siyavuş Novruzov: “Azərbaycan yeni standartlar müəyyən etdi”

10:21 Birinci vitse-prezident: “Allah bütün müsəlmanları qorusun!”

10:03 “Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq”

9:50 Cəbhədə erməni təxribatı (RƏSMİ)

9:35 Mançesterdə dəhşətli terror hadisəsi: çox sayda ölü və yaralı var (FOTO/VİDEO)

22 MAY 2017

23:31 “Bakı-2017“nun başlanış mərasimi (FOTO/VİDEO)

19:11 Prezident “Şərəf“ və “Şöhrət“ ordeni verdi, təqaüd ayırdı (SƏRƏNCAM)

19:01 Bakıda dəhşətli yanğın: 2 qardaş yanaraq öldü (FOTO/VİDEO)

17:57 “Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər”

17:57 Azərbaycan İslamiadanın qalibi oldu (CƏDVƏL)

17:34 ÜAK-la bağlı Lavrova məktub göndərildi

17:10 “Reina” gecə klubu 45 dəqiqədə söküldü

16:56 Azərbaycan ilbiz ixracına başladı

16:32 Türkiyə və Gürcüstan iqtisadi əlaqələrin inkişafını müzakirə edəcək

16:18 Everestdə üç alpinist həlak olub

16:00 Trampın Fələstin tələbini İsrail yerinə yetirdi

15:46 Səməd Seyidov: “Qarşı tərəfin razılığının olması sual altındadır”

15:12 İran XİN: “Tramp Ərəbistandan pul qoparmaq istəyir”

15:08 “Instagram” sağlamlığa ziyandır?

14:53 Donald Tramp İsrailə gəlib

14:28 Avropanın ən böyüyü – “Fənərbağça”

14:05 Ərdoğana qarşı sui-qəsdin qarşısı alındı

13:54 Avtoşluğa görə həbs olunan məmur oğlu ilə sakinlər arasında qarşıdurma - FOTOLAR

13:31 Azərbaycanın ən seksual aparıcısının Misir səyahətindən - FOTO/VİDEO

12:50 Bakıda məhkum öldü

12:36 “Dərslər sentyabrın 1-də başlayıb, mayın 25-də tamamlanmalıdır”

12:14 Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək

12:00 Samir Əliyev: “Banklar müştərilər ilə “müharibə” vəziyyətinə düşüb”

11:25 Türkmənistan baş nazirinin müavini intihar edib

11:03 Medvedev İstanbulda Ərdoğanla görüşəcək

10:56 Azərbaycanda 140 minə yaxın məmur ixtisar olunacaq? - Rəsmi açıqlama

10:51 İlham Əliyev Abu Dabinin vəliəhdi ilə görüşüb

10:26 “Azərbaycan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq”

10:19 Abşeronda 37 yaşlı kişi intihar edib

9:53 Ötən axşam cəbhədə nə baş verdi? - RƏSMİ

9:44 Azərbaycanda bu bəylə gəlinin görüntüsü izlənmə rekordu qırır - VİDEO



loading...
Əlişir Usmanov: Varissiz milyarder - FOTOLAR

“Bakı biznes üçün əlverişlidir…”
İşlədiyi reklam şirkətindən qovulub milyon dollarlıq biznes qurdu - FOTOLAR

“Ya evə gedib ağlayacaqdım, ya da hərəkətə keçərək, sevdiyim işi görəcəkdim"
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

Qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılması davam etdiriləcəyi təqdirdə...
İTV-də yeni təyinatlar


İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016