Futbolçuların əxlaqı, davranışları hər zaman müzakirə mövzusu olub. Təkcə onlar deyil, ümumiyyətlə, ictimai ağırlığı olan istənilən şəxs diqqətlərin üzərində olduğunu fərqində olmalı, dilinə və hərəkətlərinə yiyəlik etməlidi.
Ötən il "Qəbələ”nin qrup mərhələsinə yolunu Cavid Hüseynovun kiçik bir ehtiyatsızlığı, birmənalı qəbul olunmayan davranışları sonradan böyük peşimançılığa bəhanə verdi. Karyerasının ən yaxşı vaxtlarında dəmir barmaqlıqlar arasında düşdü, gənc həmkarımız Rasim Əliyev dünyasını dəyişdi. Belə olmasını kim istəyərdi ki? Özü də bilsəydi əvvəlcədən belə davranmaz, qalmaqalın əsasın qoymazdı.
Futbolçuların arzuolumaz davranışlarının milli komandanın oyununa təsadüf etməsi daha çox utandırıcıdı. Hamımızın yadındadı, iki il bundan əvvəl Kamran Ağayevin Amerikayla oyundakı söyüşlərinin əks-sədası okeanın o tayından ta Bakıya qədər gəlmişdi. Millinin qolkiperi yaxasını ora-bura çəkməyə çox çalışsa da, artıq gec idi.
Dünən axşam eyni "qəhrəmanlığı” Məhəmməd Mirzəbəyov təkrarladı. Hakimin final fitindən sonra San Marinonun "10” nömrəli futbolçusu Mirko Palazzinin forma istəyini qəribə şəkildə geri çevirdi. Əliylə ehtiyat oyunçular skamyasını göstərən Mirzəbəyov dodaqaltı nəsə mızıldayıb, əllərini məlum jestlə bir-birinə vurdu. Çox güman ki, dağıstanlı futbolçu Palazziyə başa salmağa çalışırdı ki, formasını ona versə, millinin inzibatçıları onu...
Ayıbdı, ay Məhəmməd. Yəqin ki, həmin məqamda televiziya kameralarının ona tuşlandığından xəbərsiz idi. Bilsəydi, özünə-sözünə yiyəlik edərdi. Amma hansısa operatoru, televiziya rejissorunu qınamağın mənası yoxdu. Hakim final fitini səsləndiribsə, bu o demək deyil ki, Mirzəbəyov meydançanın ortasında istədiyini edə bilər. Futbolçu təkcə 90 dəqiqə özünə yiyəlik etməməlidi. Üstəlik, əynində millinin forması varsa. Ayıb olsun!
Sport7.az
Digər xəbərlər
loading...