“Mərcansoy” Şirkəti İlham Qasımovla barışıb: Həbsdə olan iş adamı FETÖ ilə anlaşıb? Deputat oğlunu evləndirdi, bəylə gəlin toya buraxılmadı: spikerə görə... Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb? (FOTO) Müəllimlər “Zəka“ liseyinin direktorunu korrupsiyada ittiham etdi
 

Fuad Ələsgərov: “Korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradə mövcuddur“

Tarix 17.11.16, 23:25

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AZƏRTAC-a müsahibə verib. MilliYol.Az həmin müsahibəni təqdim edir.


- Fuad müəllim, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatının Azərbaycana dair nəticələrini necə qiymətləndirərdiniz?
- Azərbaycan ilə bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Bununla bağlı hesabatda əks olunan statistik göstəricilərə diqqətinizi cəlb etmək istərdim. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.

Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.

Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Belə ki, Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi, Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə 11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta göstəricilərdən yaxşı nəticəyə malikdir.

Göründüyü kimi, hesabatın Azərbaycan ilə bağlı nəticələri ümumilikdə proqressivdir. Belə ki, cari hesabatın nəticələrinin təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın səviyyəsinin azaldığını göstərir.

- “Beynəlxalq Şəffaflıq” təşkilatının cari hesabatı və “Korrupsiya Qavrama İndeksi”nin Azərbaycanla bağlı nəticələri arasında fərqi nə ilə əlaqələndirirsiniz?
- Bildiyiniz kimi, “Beynəlxalq Şəffaflıq” təşkilatının iki ənənəvi qiymətləndirmə mexanizmi mövcuddur: “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri”. Hər iki hesabatın Azərbaycanla bağlı nəticələrində irəliləyişlərin olması qeyd edilir. “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən 2016-cı ildə təqdim edilən “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq, hesab edirik ki, “Qlobal Korrupsiya Barometri” daha şəffafdır və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq, vətəndaşların mövqeyini ifadə edir. “Korrupsiya Qavrama İndeksi”ndə isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və təşkilatların hesabatlarından istifadə olunur.

- Həmin hesabatlarda Azərbaycanın mövqeyindəki irəliləyişləri nə ilə izah edərdiniz?
- Əlbəttə, bu nailiyyətlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədəki uğurlarımızı şərtləndirən əsas amillərdəndir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər 2012-2015-ci illərdə dövlət orqanları tərəfindən tam icra olunub. Vətəndaş cəmiyyəti institutları da müstəqil formada Milli Fəaliyyət planlarının icrasının monitorinqini həyata keçirib və nəticələrini yüksək qiymətləndirib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, lisenziyaların sayı və onların verilməsi müddəti azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilib. Elektron hökumət portalı tərəfindən göstərilən xidmətlərin sayı artıb və vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarının fəaliyyətində sıx iştirakı təmin edilib.

Korrupsiya cinayətlərinin təqibini həyata keçirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu təkmilləşdirilib, ştat vahidləri artırılıb və maddi-texniki imkanları genişləndirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “Qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursları inkişaf etdirilib, mərkəzə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi təmin olunub.

Azərbaycanın innovativ antikorrupsiya təcrübəsi Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən də müsbət qiymətləndirilir. Bundan əlavə, 2015-ci ildə Azərbaycan brendi olan “ASAN xidmət” BMT-nin ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - birinci yerə layiq görülüb.

MilliYol.Az



Xəbərin oxunma sayı : 565

loading...

Siyasət

Önəmli

Son xəbərlər

26 SENTYABR 2017

17:59 Prezident Salyana 6.5 milyon manat ayırdı (SƏRƏNCAM)

17:55 ATV-də eks vitse-prezident həbs olunub? - DİN təkzib edir

17:38 Azərbaycan HHQ-nin baş şturmanı: “Artıq NATO taktikasını öyrənmişik”

17:34 Dolların sabaha olan məzənnəsi

17:30 MTRŞ-dan ATV-dəki dəyişikliklər haqda açıqlama:"Burada qeyri-adi heç nə yoxdur"

17:23 Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq

17:18 ATV-nin yeni rəhbəri: “Heç kim işdən çıxarılmayıb”

17:12 Kürd referendumunun arxasındakı gizlinlər - Millət vəkili şərh edir

17:05 SOCAR qazın maya dəyərinin artmasının səbəblərini açıqlayıb

16:55 “Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək“

16:47 London metrosunda partlayış olub, yaralananlar var

16:42 “Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”

16:38 “Polis haqqında“ qanundan “ləyaqətsiz“ sözü çıxarılır

16:32 ATV-nin 32 əməkdaşı işdən çıxarıldı

16:28 Azərbaycanda dövlət bayrağı, himni və gerbi ilə bağlı dəyişikliklər olacaq

16:22 Matriarxın payızı: Merkelin yeni müddəti Avropaya nə vəd edir?

16:12 “TAP Balkan və Qərbi Avropada 7 milyon ailəni qazla təchiz edəcək”

16:06 “Mərcansoy” Şirkəti İlham Qasımovla barışıb: Həbsdə olan iş adamı FETÖ ilə anlaşıb?

16:05 “Hayla gələn, küylə gedəcək“ - İradə İsaqdan ATV-yə

15:48 Rusiya rəsmi Ankaradan kömək umur - Təhlil

15:44 Kürd şöbə müdirindən sensasion açıqlamalar: "İşdən çıxarsalar, pasportumu da yandıraram"

15:40 “Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdır”

15:32 ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb

15:28 Rauf Dadaşov da ATV-dən çıxarıldı

15:22 63 nəfəri ilan sancıb – Azərbaycanda

15:18 Gürcüstan-Rusiya sərhədində partlayış

15:12 ATV-nin yeni rəhbəri: “Telekanaldakı proqramlar nəzərdən keçirilir”

15:05 Azərbaycanın gerbi, himni və bayrağı ilə bağlı qanunlara dəyişikliklər MM-də müzakirəyə çıxarılacaq

14:50 Bu il Azərbaycanda 388 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb

14:44 “Poroşenko Minsk razılaşmasını unudubsa, demək, onda qız yaddaşı var”

14:40 “Ermənistan danışıqların imitasiyası ilə məşğuldur“

14:33 İranda minlərlə kürd küçələrə çıxdı

14:28 Ərdoğan İraqın şimalındakı “referendum”a münasibət bildirib

14:24 Vüqar Qaradağlının ATV rəhbərliyindən uzaqlaşdırıldı! – Onu kim əvəz edir?

14:19 Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib

14:13 İki dövlətin tələbi ilə uçuşlar dayandırıldı

14:09 Ronaldodan evlilik təklifi

13:58 "Əmək müqavilələrinin olmaması büdcə gəlirlərinə mənfi təsir edir"

13:53 “Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar”

13:49 Turan ATV-nin başını bəlaya saldı

13:45 Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilir

13:40 3 uşaq anası intihar etdi

13:18 “Kərkük paytaxt olsun, Mosul isə…”

13:12 Saxlanılan cinsi azlıqlardan 16 nəfərində QİÇS və siflis aşkarlanıb – DİN

13:05 Böyük islaahtçınını ukrayna savaşı – Saakaşvilinin mübarizəsi nə vəd edir?

12:55 Rusiyada 30-dan çox adamı öldürən ər-arvad azərbaycanlı tələbəni də yeyibmiş

12:48 İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul etdi

12:42 Bugünkü hərracda dollar ucuzlaşıb

12:38 Bəzi yerdə qar yağacaq, temperatur 5-8 dərəcə enəcək, dağ çaylarından sel keçəcək

12:33 "Təhlillər göstərir ki, konkret əsaslar olmadan azadlıqdan məhrum etmə cəzasına üstünlük verilir"

12:27 Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdi

12:22 Rus generalını kim öldürüb? – ABŞ-dan bəyanat

12:17 “Bu barədə qərar yoxdur“

12:12 “Münaqişənin həllinə kömək etməyə çalışırıq”

12:05 Xalq şairinin oğlunu öldürən şəxs: “Yaxın dost idik”

11:57 Prezidentin iqamətgahının yaxınlığında atışma –Mühafizəçilərdən biri öldürülüb

11:53 “Akif Əlinin cəzalandırılması mənlik deyil”

11:48 Elza Seyidcahandan yeni şeir: "Kəfini yedim"

11:43 “Sovetski“də insanları bəladan xilas etdik”

11:38 Bəzi ömürlük məhbusların cəzası 10 il azadlıqdan məhrumetmə ilə əvəzlənə bilər

11:34 İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb

11:30 Xızıda silah anbarında partlayış nəticəsində ərazi çox çirklənib, təmizləmə əməliyyatı uzun müddət davam edəcək

11:24 Cəlilabadda 43 yaşlı kişi özünü güllələdi

11:19 "Amerikada pasportumu ermənilər oğurladı"- Ranar

11:14 Kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

11:09 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

11:05 Azərbaycanın “ofşor”u: Masallı-Lənkəran

10:55 Azərbaycan prezidenti Angela Merkeli təbrik edib

10:50 AzTV sədrinin milyonlarının olduğunu sübut edən sənədlər

10:46 Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

10:42 “Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır”

10:37 “Azərbaycanda 1991-ci ildən indiyədək hərbi sursat, mina partlayışları nəticəsində 532 nəfər həlak olub”

10:32 Yeni modellər “ölü doğuldu” – 7 adam iPhone 8 alıb

10:28 Komissiya üzvü:“Dekabrda əfv sərəncamı verilə bilər“

10:24 Kürdüstan referendumunun nəticələri

10:18 Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu oldu

10:12 Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

10:05 Sabirabadda ər arvadını bıçaqlayıb

25 SENTYABR 2017

18:18 Prezident bu rayona 24.5 milyon manat ayırdı (SƏRƏNCAM)

17:50 Sumqayıtlı Anarın həbs görüntüləri yayıldı - Video

17:33 Daha bir intihar Cəlilabadda

17:12 Avropa özünə məzar qazır:“onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var“ – Təhlil

17:05 Ərdoğan və Putin sentyabrın 28-də görüşəcək

16:45 Bakıda saxlanılan transseksuallarda QİÇS və SİFİLİS tapıldı - Nazirlik

16:40 Putin Ruhani ilə Rusiya-İran-Azərbaycan əməkdaşlıq formatını müzakirə edib

16:12 Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

15:55 Azərbaycanda cinayət törədən yeniyetmələr üçün yeni cəza növü müəyyənləşdirilir

15:40 DYP-dən piyadalara xəbərdarlıq

15:20 XİN: “İlkin mərhələdə əsas iş uşağı İraq ərazisindən çıxarmaqdır“

15:05 Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib – Ərdoğan

14:45 Venesuela və KXDR vətəndaşlarının ABŞ-a girişi qadağan olundu

14:40 Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı

14:33 Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

14:18 Ermənistanda zavodda partlayış

14:12 “Azərbaycan İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşıdır”

14:05 6 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi

13:55 "AAAF Park"ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Moşennik kimi..."

13:23 “Qayınanam məni döyürdü, ailəmi dağıtdı“ - Elza

13:18 2500-dən çox gənc bu il diplom ala bilməyib

13:12 ATƏT PA-nın xüsusi nümayəndəsi məcburi köçkünlərlə görüşüb

12:50 Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün yeni güzəştlər tətbiq edilir

12:42 “Qaçkınkom”da “çörək pulu” alveri - Şok audio

12:38 “İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır”

12:32 Azərbaycanda narkomanlar cinayət məsuliyyətindən azad olunur

12:28 Azərbaycanda yeni cəza növü tətbiq edilir

12:03 “Milla”dan mənimsənilən pullar

11:06 “Milla”dan mənimsənilən pullar: Adil Məmmədzadə iranlı iş adamını aldadır?

10:34 Telman İsmayılov niyə vurulur?

9:57 İş adamının ailəsi Prezidentdən kömək istəyir

24 SENTYABR 2017

18:57 Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

16:21 Corc Soros: İngiltərə Bankını çökdürən iş adamı

15:54 Müəllimə “çox cazibədar“ olduğu üçün işdən çıxarıldı (FOTO/VİDEO)

15:21 “Həmsədrlərin bəyanatının 15 il əvvəlkilərlə heç bir fərqi yoxdur“

14:45 Azərbaycanlı Marneulinin başçısı postuna namizəd oldu

14:20 “Oksford“da tariximizlə bağlı aşağılayıcı iddia

13:19 Mədət Quliyevdən casus hərbçilərlə bağlı açıqlama

13:15 Bağlanmaq sırası özəl universitetlərdə: sırada hansıdır?

12:59 DTX əməkdaşlarını İraqa göndərdi: 300 azərbaycanlı məhv edilib (RƏSMİ)

12:52 Prezident Neftçalada açılışlar etdi (FOTOLAR)

12:45 İnternetdəki ən təhlükəli şəxsin adı açıqlandı



loading...
Corc Soros: İngiltərə Bankını çökdürən iş adamı


82 yaşında 3-cü dəfə evlənən milyarder
Rusiyaya ilk dəfə qatarla gedən azərbaycanlı milyarder

Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyarder, Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdur.
“Turan“a qarşı vergi sanksiyası ləğv olundu

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Mehman Əliyev həbsinin girovla əvəz edilməsini istəyir

“Turan”ın direktoru məhkəməyə müraciət edib
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016